Hava Bakıda hava 18°C
USD 0.7845 AZN
EUR 1.0687 AZN
RUB 0.0235 AZN
TRY 0.3582 AZN
Söhbət otağı
Uşaq Psixoloquna sual ver
Uşaq Psixoloquna sual ver
Şərhlər: 875
Baxılıb: 32799
Paylaş:
Səs ver:
(səs: 61)
Suallarınızı cavablandırır: "Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu - Rüstəmova Narınc

Qısa məlumat:
Qvendolin Börçelinin rəhbərliyi ilə UNİTED AİF FOR AZERBAİJAN- Azərbaycana Birgə yardım Təşkilatının "Uşaq İnkişaf layihəsi” çərçivəsində həyata keçirilmiş trening kurslarında ikinci dərəcəli diplomla təltif olunmuşdur.
Qvendolin Börçelinin rəhbərliyi ilə UNİTED AİF FOR AZERBAİJAN- Azərbaycana Birgə yardım Təşkilatının " Uşaq İnkişafının əsasları”, "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil- təlim” proqramını keçmişdir.
Hacettepe Universitesi Çocuk Gelişimi uzmanları Dr. Arzu Yükselen və Dr. Semra Şahinin rəhbərliyi ilə keçirilmiş "Özel Gereksinimli Çocukların  Gelişimi ve Destek Programları”- "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara inkişaf və dəstək” adlı proqramını uğurla başa vurmuşdur.
Sank Peterburq Erkən Müdaxilə İnstitunun direktoru Natalia U. Baranovanın rəhbərliyi ilə keçirilmiş "Alternative and Agumentative Communication”- "Alternativ və Arqumentativ ünsiyyət” adlı programını uğurla keçmişdir.
Belnəlxalq Transakt analizçi Füsun Akkoyunun rəhbərliyi ilə keçirilən "Supervision Experience for Practitioners”- "Psixoloqlar üçün superviziya” təlimini uğurla başa vurmuşdur.
Bunlar kimi bir çox Beynəlxalq dərəcəli seminar və treninglərdə iştirak etmişdir.
Hal-hazırda "Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri və baş psixoloqu vəzifəsində işləyir.

Ünvan: Bakı şəh. 9.mkr. Mir Cəlal küç. 51c (Elmed Klinikasının yanı)
Tel.: (012) 480 40 16; (055) 254 27 00; (070) 254 27 00
(səs: 61)
Şərhlər: 875
Baxılıb: 32799
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Narınc Rüstəmova
Sitat: yamur
Salam Narinc XANIM size qizim haqda yazmisdim men nece onunla reftar edim aqresiv olmasin ehmiyyet vermirem hec ders elemir ne istiyir aliram deyirem oxusun veya deyirem oxu alacam ne edim bilmirem cox ustune dusurem qisqirir aqlayir,tel nomrelerin hansi size aidi sizinle danismaq isteyirem isteyirem siz onunla mesqul olub mene ne olduqunu deyesiniz belke ele menimde gunahim var onun ele olmaqinda duzgun terbiyye ede bilmirem TESEKKURLER

Salam Yamur xanım. Konsultasiya üçün gün ərzində baş ofis: 012-480-40-16 ; 055 254 27 00 ; 070 254 27 00 və ya (012) 480 47 81 ; 055 258 27 00 (Nizami rayonundakı filial) nömrələri ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərsiniz. Uğurlar!

Sitat: nossa
salam narinc xanim menim oglumun 6 yawi var.O hec bir uwaqla dogrum munasibet qura bilmir hec neyi boluwmek istemir,oz uwaq yoldawlariyla dalawir,her zaman tekliyi sevir bunun sebebini açıqlasaz çox şad olardım

Salam Nossa xanım. Allah saxlasın oğlunuzu. Görünür oğlunuz tək uşaqdır. Oyun zamanı həmişə tək olması çoxluq şəkildə oynanılan oyunlardan zövq almır, məsuliyyət daşımağı sevmir. Bunların yerinə o anda böyüklərlə oturmağı, onları dinləməyi daha çox seçə bilər. Tək olması öz yaşıdlarının azlıq təşkil etməsi və əksər hallarda böyüklərin olması, daim böyük işlərinə marağının olması, aqressivliyin artmasına gətirib çıxarır. Tək uşaq əksər hallarda kaprizli olur, buna səbəb aşırı sevgi, yox nədir anlayışının olmaması və hər istədiyinin olmasıdır. Bunun üçün onu öz yaşıdları bol olan məkanlarda yerlərdə olmasını təmin edin. Bağçaya getmirsə bağçaya getsin. Çalışın hər istədiyi olmasın, yox dediyiniz şeylərdə qərarlı olun. Onun ağlamaqlarına və ya kaprizlərinə fikir verməyin. Əsas olan onun istədiklərinin lazımlı olub-olmadığını ona öyrədin. Və siz də onun mükəmməl olmasını istəməyin. Etdiyi şeylərdən razı qalın. Və çalışın geyinmək, soyunmaq, yemək yemək və s. bu kimi işləri özü etsin. Bunları edin, nəticə almasanız psixoloqa müraciət edin. Gün ərzində baş ofis: 012-480-40-16 ; 055 254 27 00 ; 070 254 27 00 və ya (012) 480 47 81 ; 055 258 27 00 (Nizami rayonundakı filial) nömrələri ilə əlaqə saxlayaraq psixoloqla görüşə bilərsiniz. Uğurlar!
22 aprel 2014 22:27
# 875
Offline
nossa
salam narinc xanim menim oglumun 6 yawi var.O hec bir uwaqla dogrum munasibet qura bilmir hec neyi boluwmek istemir,oz uwaq yoldawlariyla dalawir,her zaman tekliyi sevir bunun sebebini açıqlasaz çox şad olardım
21 aprel 2014 19:04
# 874
Offline
yamur
Salam Narinc XANIM size qizim haqda yazmisdim men nece onunla reftar edim aqresiv olmasin ehmiyyet vermirem hec ders elemir ne istiyir aliram deyirem oxusun veya deyirem oxu alacam ne edim bilmirem cox ustune dusurem qisqirir aqlayir,tel nomrelerin hansi size aidi sizinle danismaq isteyirem isteyirem siz onunla mesqul olub mene ne olduqunu deyesiniz belke ele menimde gunahim var onun ele olmaqinda duzgun terbiyye ede bilmirem TESEKKURLER
20 aprel 2014 15:42
# 873
Offline
Narınc Rüstəmova
Sitat: feride 23
coxsagolun NARINC xanim cavablandirdiginiz ucun.mutleq loqopede muraciet edecem

Buyurun, Fəridə xanım. Mütləq şəkildə müraciət edin. Uğurlar!

Sitat: ulviye
cox sag ol xanim tesekkurler.

Buyurun, Ülviyyə xanım. Xoşdur!

Sitat: ulya1987
cavablandirdiginiz ucun cox sag olun narinc xanim
allah razi olsun

Allah sizə də kömək etsin, uğurlar!
19 aprel 2014 20:45
# 872
Offline
ulya1987
cavablandirdiginiz ucun cox sag olun narinc xanim
allah razi olsun
17 aprel 2014 21:17
# 871
Offline
ulviye
cox sag ol xanim tesekkurler.
16 aprel 2014 13:13
# 870
Offline
feride 23
coxsagolun NARINC xanim cavablandirdiginiz ucun.mutleq loqopede muraciet edecem
15 aprel 2014 22:37
# 869
QUBALI QIZ.....Hec kimi axtarmamlisan yaninda olmali adamlar yanindadir ve yaninda olmayib gedenler ne qelbinde olmali ne de vecine
Offline
Narınc Rüstəmova
Sitat: feride 23
Yox eslinde daniwir sadece yazdigim herfleri duzgun demir

O hərfləri deməməsini də aradan qaldırmaq üçün mütləq şəkildə loqopedə müraciətiniz labüddür. Çünki bu sonra onda kompleksə səbəb ola bilər. Uğurlar!

Sitat: yamur
SAlam Narinc xanim yenede sizi narahat edirem hamilelikde doqusda hec problem olmayib 1 yasina qeder hec xestelenmeyib qizim cox sakit usaq olub geceleri oyanmayib gece danisan olmayib,r herfin deye bilmirdi indi herf barede problem yoxdu sekil cekmeyi cox sevir,pisxoluqada apardim dedi ki usaq dil acanda azer-an dilinde danisib indi ona cetindi rus dili esitme yaddasida zeifdi ,amma baxcaya 2 yasdan gedib indi rus qramatkasini yaxsi bilir gec qavrayir,gec cavab verir.eger yayda gelsem AZ-na siz mesqul olsaniz ne qeder vax lazimdi TESEKKUR EDIREM CAVABINIZ UCUN ALLAH BALANIZI MIN BUDAQ ELESIN ne yaxsi ki sizin kimi pisxoluqlar var

Dilin təsiri də ola bilər, çünki düşünə bilər ki görəsən hansı dildə cavab verim, bu söz nə demək idi və s. Bu düşünmək də onun gec cavab verməsinə səbəb ola bilər. Buna görə də çalışın evdə rus dilində danışın, baxdığı, oxuduğu hər şey rus dilində olsun. Siz gəlin dəqiq diaqnoz qoyulsun, ondan sonra nə qədər məşğul olunacaq. Uğurlar!
15 aprel 2014 21:50
# 868
Offline
yamur
SAlam Narinc xanim yenede sizi narahat edirem hamilelikde doqusda hec problem olmayib 1 yasina qeder hec xestelenmeyib qizim cox sakit usaq olub geceleri oyanmayib gece danisan olmayib,r herfin deye bilmirdi indi herf barede problem yoxdu sekil cekmeyi cox sevir,pisxoluqada apardim dedi ki usaq dil acanda azer-an dilinde danisib indi ona cetindi rus dili esitme yaddasida zeifdi ,amma baxcaya 2 yasdan gedib indi rus qramatkasini yaxsi bilir gec qavrayir,gec cavab verir.eger yayda gelsem AZ-na siz mesqul olsaniz ne qeder vax lazimdi TESEKKUR EDIREM CAVABINIZ UCUN ALLAH BALANIZI MIN BUDAQ ELESIN ne yaxsi ki sizin kimi pisxoluqlar var
14 aprel 2014 10:51
# 867
Offline
feride 23
Yox eslinde daniwir sadece yazdigim herfleri duzgun demir
13 aprel 2014 23:28
# 866
QUBALI QIZ.....Hec kimi axtarmamlisan yaninda olmali adamlar yanindadir ve yaninda olmayib gedenler ne qelbinde olmali ne de vecine
Offline
Narınc Rüstəmova
Sitat: ulviye
salam. cox sag ol ALLAH sizinde ovladinizi saxlasin.cox sag olun ki sualimi cavablandirirsiz.hevesi var mektebde munasibeti yaxsidi.qonsunun oglunan bir sinifde oxuyur onunlada dostluq edir. yemeklerde bezen secim edir bezende oz xosladigi yemek olsa bele yemir. narahat etdiyime gore bagislayin.

Buyurun, Ülviyyə xanım, xoşdur! Bu yaş üçün normal çəki 30-40 kq arasımnda dəyişir. Siz heç soruşmusunuz ki niyə yemək yemirsən? Yeməklər dadsızdır? Əgər sizi bu qədər narahat edirsə həkimə müraciət edin və oğlunuzun fiziki problemlərinin olub-olmadığını dəqiqləşdirin. O ki dərsi sevməməsinə, ona dərsləri siz sevdirin. Beləki evdə dərsi birlikdə maraqlı şəkildə edin, bütün gün dərs etməsin, müəyyən bir vaxt ayırın. Sonra onun sevə biləcəyi şeylərdən görə dərs zamanı istifadə edin. Əgər sizi narahat edən nələrsə varsa psixoloqa müraciət edin. Gün ərzində baş ofis: 012-480-40-16 ; 055 254 27 00 ; 070 254 27 00 və ya (012) 480 47 81 ; 055 258 27 00 (Nizami rayonundakı filial) nömrələri ilə əlaqə saxlayaraq psixoloqla görüşə bilərsiniz. Uğurlar!

Sitat: feride 23
salam Narinc xanim.menim oglumun gelen ay 4 yawi olacaq.ama daniwigi tam selist deyil x,r herflerin deye bilmir.birdeki s herfin biraz peltek deyir.oglumun tam selist daniwa bilmemesi yawi ucun normaldi?

Salam Fəridə xanım. Allah saxlasın oğlunuzu. Əslində bu yaşda uşaqlar çox açıq danışa bilirlər. Təxminən 8 sözlü cümlələr qura bilirlər. Və bu yaşda elə də çox böyük səhvlər etmirlər. 5 yaşına qədər f, v, s, z səslərində çətinlik çəkə bilərlər. Ancaq siz hər ehtimala loqopedə müraciət edin, çünki yazdığınız səslər bir az çətin qoyulur. Gün ərzində baş ofis: 012-480-40-16 ; 055 254 27 00 ; 070 254 27 00 və ya (012) 480 47 81 ; 055 258 27 00 (Nizami rayonundakı filial) nömrələri ilə əlaqə saxlayaraq loqopedlə görüşə bilərsiniz. Uğurlar!

Sitat: yamur
Salam Narinc xanim size meslehetnize cox ehtiyacim var xahis edirem komek edin qizim 9 yasin icindedi 2-ci sinifde oxuyur amma cox zeifdi mektebe getmemisden qabaq mellim yanina qoymusam mektebe gedenden sonrada 2ildi mellim gelir eve mesqul olur amma basina hec ne catmir ne edim bilmirem mecbur edende oxuyur deyirem get oxu mecbur edirem mene deyir sen qeddarsan, aldiqi qiymet 2-3 muellimesi her defe zeng edende mene deyende usaqin ustune dusun mecbur edin men utaniram bilmirem muellime ne deyim ne cavab verim men onuda deyim AZerbaycanda yasamiram elim size catmir komek edin zehmet olmasa

Salam Yamur xanım. Ola bilər ki qızınızda öyrənmə bacarığı yaşına uyğun deyil. Buna bir çox şey səbəb ola bilər, doğuşda və ya hamiləlikdə problemin olması və ən böyük səbəb isə genetikadır. Ümumiyyətlə qızınızda danışmağa başladıqda problemlər yaranıbmı? Gec danışmaq və ya danışarkən digər problemlər kimi və s.? Siz daha dəqiq diaqnoz üçün psixoloqa və uşaq həkiminə müraciət edin. Uğurlar!
13 aprel 2014 22:39
# 865
Offline
yamur
Salam Narinc xanim size meslehetnize cox ehtiyacim var xahis edirem komek edin qizim 9 yasin icindedi 2-ci sinifde oxuyur amma cox zeifdi mektebe getmemisden qabaq mellim yanina qoymusam mektebe gedenden sonrada 2ildi mellim gelir eve mesqul olur amma basina hec ne catmir ne edim bilmirem mecbur edende oxuyur deyirem get oxu mecbur edirem mene deyir sen qeddarsan, aldiqi qiymet 2-3 muellimesi her defe zeng edende mene deyende usaqin ustune dusun mecbur edin men utaniram bilmirem muellime ne deyim ne cavab verim men onuda deyim AZerbaycanda yasamiram elim size catmir komek edin zehmet olmasa
12 aprel 2014 22:34
# 864
Offline
feride 23
salam Narinc xanim.menim oglumun gelen ay 4 yawi olacaq.ama daniwigi tam selist deyil x,r herflerin deye bilmir.birdeki s herfin biraz peltek deyir.oglumun tam selist daniwa bilmemesi yawi ucun normaldi?
12 aprel 2014 14:42
# 863
QUBALI QIZ.....Hec kimi axtarmamlisan yaninda olmali adamlar yanindadir ve yaninda olmayib gedenler ne qelbinde olmali ne de vecine
Offline
ulviye
salam. cox sag ol ALLAH sizinde ovladinizi saxlasin.cox sag olun ki sualimi cavablandirirsiz.hevesi var mektebde munasibeti yaxsidi.qonsunun oglunan bir sinifde oxuyur onunlada dostluq edir. yemeklerde bezen secim edir bezende oz xosladigi yemek olsa bele yemir. narahat etdiyime gore bagislayin.
12 aprel 2014 12:18
# 862
Offline
Narınc Rüstəmova
Sitat: Deniz
onun 23yasi var,axirinci gorusumuz martda olub.o cox qisqancdi,ve menim universitetde oxumagimi istemirdi,men artiq qebul olmusdum,ondada gec idi.herden de deyirki guya bizim aile yaxsi deyil.men ozum cox sakitem,yol gedende basimi yere salib hec kimin gozunun icine bele baxmiram.mene diyirki sen mene layiq deyilsen.axi menim hec bir gunahim yoxdu.men ona cox baglanmisam,artiq gelen il diplom aliram.o menimcun ideal insandi.indi men basqasina nece he deyim,gozumun yasi qurumur.esitsemki o basqasiyla nisanlanib ozumu oldurerem,ya da ureyim dozmez.

Salam Dəniz xanım. Yəni hələ təzə ayrılmısınız. Unutmayın ki hələ ayrılığın təsirindəsiniz. 8 ildə az müddət deyil, ola bilər onun üçün əsaslı səbəb olub ki ayrılmaq istəyib. Sizə ayrılarkən necə əsaslar gətirdi? Siz ayrılıqıa razılaşmadıqda o nə dedi? Ümumiyyətlə münasibətinizi qəflətən bitirdi, yoxsa soyuqluq çoxdandır var idi?

Sitat: ulviye
salam xanim.oglumun 3 de oxuyur,ama zeyifdi isdahi yoxdu.bogazindada et var,dediler ki kesdirsez yaxsi olacaq, apardim hekime hekim dediki burnunda qigirdaqlar var ceper eyriliyi yaradir rahat nefes almaga qoymur,bogazininetine deymek olmaz esas burnudu her sey duzelecek,kesdirdim burnunuda,ama ne ders oxumaginda nede istahinda ir deyisiklik gormurem.siz ne meslehet verirsiz bu hallar ne ile eleqadardi.yazsaz sevinerem

Salam Ülviyyə xanım. Allah saxlasın oğlunuzu. Dərsə heç həvəsi yoxdur? Məktəbə, müəllimlərə münasibəti necədir? Məktəbdə dostları varmı? Yeməklrdə seçim edir, yoxsa heç bir yemək yeməyi istəmir?
11 aprel 2014 17:19
# 861
Offline
ulviye
salam xanim.oglumun 3 de oxuyur,ama zeyifdi isdahi yoxdu.bogazindada et var,dediler ki kesdirsez yaxsi olacaq, apardim hekime hekim dediki burnunda qigirdaqlar var ceper eyriliyi yaradir rahat nefes almaga qoymur,bogazininetine deymek olmaz esas burnudu her sey duzelecek,kesdirdim burnunuda,ama ne ders oxumaginda nede istahinda ir deyisiklik gormurem.siz ne meslehet verirsiz bu hallar ne ile eleqadardi.yazsaz sevinerem
10 aprel 2014 22:39
# 860
Offline
Deniz
onun 23yasi var,axirinci gorusumuz martda olub.o cox qisqancdi,ve menim universitetde oxumagimi istemirdi,men artiq qebul olmusdum,ondada gec idi.herden de deyirki guya bizim aile yaxsi deyil.men ozum cox sakitem,yol gedende basimi yere salib hec kimin gozunun icine bele baxmiram.mene diyirki sen mene layiq deyilsen.axi menim hec bir gunahim yoxdu.men ona cox baglanmisam,artiq gelen il diplom aliram.o menimcun ideal insandi.indi men basqasina nece he deyim,gozumun yasi qurumur.esitsemki o basqasiyla nisanlanib ozumu oldurerem,ya da ureyim dozmez.
10 aprel 2014 17:37
# 859
BANA ALLAH YETER
Offline
Narınc Rüstəmova
Sitat: NARINC XANIM KOMEK EDIN
COX TESEKKUR EDIREM NARINC XANIM HAMSIN DUZ DEYIRSINIZ,MENIM AILEMDE SEVGI EKSIKLIYI VAR ONA GORE KIMSE MENE BAXANDA DEYIREM KI,MEN COX GOZELEM,MEN 16 YASIM VAR 16 ILDE ATAM MENE GOZEL QIZIM DEMEYIB BASIMDAN SIQAL CEKMEYIB,BIR DEFE DE OLSUN AD GUNUMU TEBRIK ETMEYIB,PUL VERMEKLE PALTAR ALMAQLA HER SEY QUTRMIR GEREK BIRAZ USAQA SEVGI GOSTERESEN BASQA ATA VE QIZLARI GORENDE PIS OLUR ONLAR GULUB DANISILAR,ATA QIZINA UREYIM DEYIR DOVSANIM DEYIR AMMA MENIM ATAM HEC NE DEMIR COX SOYUQDU BILIREM MENI COX ISTEYIR AMMA SEVGISIN BIRUZE VERMIR NEYSE...ALLAH SIZDEN RAZI OLSUN

Buyurun, xanım. Xoşdur. Sadəcə siz bilirsinizsə ki atanız siz sevir azacıqda olsa bununla kifayətlənin, ya da atanızla siz açıq olun, o sizə addım atmır, siz ona addım atın, onunla danışın, ondan məsləhət istəyin, onunla birlikdə televizora baxın müzakirə aparın. O nəsə etməsə belə siz edin, ola bilər tam da qarşılıq görməzsiniz,ancaq yenə də nəsə dəyişiklik hiss edəcəksiniz. Kiminsə sizə gözəl və ya yaxşı söz deməsi sizi sevdiyi mənasına da gəlmir, bunlar yalan da ola bilər. Ancaq sizdə haqlısınız ki sevgi bir şəkildə göstərilməlidir. Yenə də kiminsə dəyişməsini istəyirsinizsə özünüz dəyişin. Uğurlar!

Sitat: Deniz
salam Narinc xanim,menim 22yasim var,men sevdiyim insandan ayrilmisam,daha dogrusu o meni atib getdi,8il biryerde olmusug,menim qapima coxlu elciler gelir,hamisina ona gore yox deyirem,anam cox pis olur buna gore,amma anam bilmir menim sevdiyim oldugunu.onu unuda bilmirem,ozum ozumu bedbext edirem,ondan sonra oglanlara nifret edirem,istiremki o menim tek qalmagima gore vicdan ezabi ceksin,stresden 3kg ariqlamisam,taqetim yoxdu,derslerimde cox cetindi.nefes ala bilmirem.her gun agliyiram,hec vaxt basqasini seve bilmerem.ozumu bedbext hiss edirem,yasidlarima baxiram hami xosbextdi,kimse sevgiden,toydan danisanda eseblesirem.mene komey edin

Salam Dəniz xanım. Sevdiyinizlə neçə müddətdir ki ayrısınız? Onun neçə yaşı var? Ayrılarkən necə əsas gətirib?

Sitat: elish4
salam Narinc xanim.Menim iki qizim var,biri 2yas yarimindadi biri 1yas 4 ayliqdi.boyuk qizin axir vatlar narahat uwaq olub.bacisini disdeyir,iteleyir,qisqanir mene herden ise onla oynayir ,opur,bacini incitmek olaz deyir.Bilirem ki hec duz etmirem ama eseblerimi cilovlaya bilmeyende yungulce sille vururam,sesimi ucaldiram usdune onda saktlewir bir az kecen kimi yene tekrarlayir hesey.Bilirem nece edim ki onun psixologiyasina pis tesir etmeden terbiye edim...?balaca qizim ise 1yas 4ayligindadir ama geceler verdis etdiyinden 2-3defe durub su icib yatir.Vermedikde qisqirib aglamaga bawlayir.bu verdisi ona nece tergide bilerem?Xais edirem komek edin mene.Evelceden TESEKUR EDIREM.

Salam Eliş xanım. Allah saxlasın övladlarınızı. Qızınız yavaş-yavaş öz mənini tanıma dövrünə daxil olur ki, bu dövrdə də uşaqlar hər şeyin onların istəyi ilə olmasını istəyir. Buna görə də belə aqressivliklər nümayiş etdirir. Bundan başqa siz ona aqressiv olduğunuz və vurduğunuz kimi o da bunu bacısına tətbiq edir. Deyir mən ondan böyüyəm məndə onu cəzalandırım. Ona görə də siz etdiklərinizi təkrarlayır. Ona nəsə səhv etdikdə cəza olaraq zamanlı şəkildə sevdiyi şeylərdən məhrum edin və verdiyiniz sözün üzərində tutun. Dediniz ki, məni incitdiyin üçün ata gələnə kimi televizora baxmaq olmaz. Onun ağlamağına fikir verməyin və dediyinizi edin. Atası gələndə də soruşun ki mən niyə televizora baxmağa qoymamışdım. Məhrum etməni bir dəfə verməyin, psi etdiyi hər bir davranış üçün məhrumetmədən istifadə edin. Daha sonra yaxşı hərəkətlərinə görə mükafat sistemini tətbiq edin, mükafatlar da maddi yox, daha çox afərin tipli sözlər, alqışlar olsun. O ki qaldı suyu kəsməyə, gün ərzində ona gecə içdiyi suyun miqdarını içizdirin. Gecələr qalxıb ağlasa belə bir neçə gecə ağlamaqlarına dözün və verməyin. Uğurlar!
10 aprel 2014 15:44
# 858
Offline
NARINC XANIM KOMEK EDIN
COX TESEKKUR EDIREM NARINC XANIM HAMSIN DUZ DEYIRSINIZ,MENIM AILEMDE SEVGI EKSIKLIYI VAR ONA GORE KIMSE MENE BAXANDA DEYIREM KI,MEN COX GOZELEM,MEN 16 YASIM VAR 16 ILDE ATAM MENE GOZEL QIZIM DEMEYIB BASIMDAN SIQAL CEKMEYIB,BIR DEFE DE OLSUN AD GUNUMU TEBRIK ETMEYIB,PUL VERMEKLE PALTAR ALMAQLA HER SEY QUTRMIR GEREK BIRAZ USAQA SEVGI GOSTERESEN BASQA ATA VE QIZLARI GORENDE PIS OLUR ONLAR GULUB DANISILAR,ATA QIZINA UREYIM DEYIR DOVSANIM DEYIR AMMA MENIM ATAM HEC NE DEMIR COX SOYUQDU BILIREM MENI COX ISTEYIR AMMA SEVGISIN BIRUZE VERMIR NEYSE...ALLAH SIZDEN RAZI OLSUN
10 aprel 2014 08:10
# 857
Offline
Deniz
salam Narinc xanim,menim 22yasim var,men sevdiyim insandan ayrilmisam,daha dogrusu o meni atib getdi,8il biryerde olmusug,menim qapima coxlu elciler gelir,hamisina ona gore yox deyirem,anam cox pis olur buna gore,amma anam bilmir menim sevdiyim oldugunu.onu unuda bilmirem,ozum ozumu bedbext edirem,ondan sonra oglanlara nifret edirem,istiremki o menim tek qalmagima gore vicdan ezabi ceksin,stresden 3kg ariqlamisam,taqetim yoxdu,derslerimde cox cetindi.nefes ala bilmirem.her gun agliyiram,hec vaxt basqasini seve bilmerem.ozumu bedbext hiss edirem,yasidlarima baxiram hami xosbextdi,kimse sevgiden,toydan danisanda eseblesirem.mene komey edin
9 aprel 2014 20:29
# 856
BANA ALLAH YETER
Offline
elish4
salam Narinc xanim.Menim iki qizim var,biri 2yas yarimindadi biri 1yas 4 ayliqdi.boyuk qizin axir vatlar narahat uwaq olub.bacisini disdeyir,iteleyir,qisqanir mene herden ise onla oynayir ,opur,bacini incitmek olaz deyir.Bilirem ki hec duz etmirem ama eseblerimi cilovlaya bilmeyende yungulce sille vururam,sesimi ucaldiram usdune onda saktlewir bir az kecen kimi yene tekrarlayir hesey.Bilirem nece edim ki onun psixologiyasina pis tesir etmeden terbiye edim...?balaca qizim ise 1yas 4ayligindadir ama geceler verdis etdiyinden 2-3defe durub su icib yatir.Vermedikde qisqirib aglamaga bawlayir.bu verdisi ona nece tergide bilerem?Xais edirem komek edin mene.Evelceden TESEKUR EDIREM.
9 aprel 2014 20:04
# 855
Offline
Narınc Rüstəmova
Sitat: yagmurS
salam hekim size sualim alacaq ,menim 2 usaqim var qizimin 3yasi olacaq oglumun 2 yasi balaca olanda cox sakit semirsiz idiler indi ama qizim cox pisolub cox decelik edir birde cavab qaytarir bilmirem neyniyim oglum hele tam danisa bilmir 2,3 soz deyir ama cox deceldi ziyanivelik edir qirir sindirir birde qizim onu hirslendirende disdeyir bagcaya gedmirler ama calisiram hergun havaya cixsinlar ne meslehet gorerdiz qabagcadan tesekur

Salam Yağmur xanım. Allah saxlasın övladlarınızı. Qızınızın öz mənini tanıdığı dövrdür. Bu dövrdə isə uşaqlar özlərini dünyanın mərkəzi olduğunu zənn edirlər. Və hər şeyin onların istədiyi kimi olmacağını düşünürlər. Bundan başqa artıq anasız hərəkət edə bildikləri üçün anaya qarşı çıxırlar, ona qarşı aqressiv olurlar. Oğlunuzun yaşını qeyd etmədiyiniz üçün o qədər sözü bilməsinin yaşına uyğun, yoxsa uyğun olmadığını deyə bilməyəcəm. Onun ziyanverənlik etməsinə səbəb isə balaca uşaqlar həmişə özlərindən böyüklərinin etdiklərini təqlid edirlər. Qızınız bağçaya getsə yaxşı olar, çünki sosial həyata alışmış olar. Bundan başqa onların sizə qarşı etdiyi pis davranışa və ya tapşırdığınız işi etməməsi təqdirdə onları cəzalandırın. Cəza isə küsmə olacaq. Beləki, sizin dediyiniz etmədi, onlardan küsün və küsməyiniz zamanlı şəkildə olsun, beləki, ata gələnə kimi, yemək bişənə kimi və s. Küsən zaman da qərarlı olun, onların ağlamaqlarına, barışmaq üçün yalvarmalarına fikir verməyin. Vaxt bitəndə də bir az əvvəl soyuq olun, sonra yava.-yavaş isti münasibət göstərin. Barışanda onlardan soruşun ki mən niyə sizdən küsmüşdüm. Qoyun özləri cavab versin, verməsələr siz cavab verin. Və əsla şərt kəsməyin ki bir də belə etsəniz bir də küsəcəm. Yenə etsələr yenə küsün, amma şərt kəsməyin. Bunun yerinə sevdiyi şeylərdən də məhrum edə bilərsiniz. Ancaq bu da zamanlı şəkildə. Uğurlar!
8 aprel 2014 17:02
# 854
Offline
Şehla islamova
Salam hekim çox sağ olun sualımı cavablandırdınız. Teşekkür edirem. Psixoloqa apararam.
8 aprel 2014 16:53
# 853
Offline
Narınc Rüstəmova
Sitat: ulya1987
salam NARINC xanim.menim size sualim olacaq/menim 5 yasinda qizim var.korpeyken cox sakit agilli yasidlarinnan boyuk temkinli usaq idi bu hal 2.5 -3 yasa kimi bele davam etdi son1 -2 ildir usaq tamam deyisib cox kur decel olub.mene cavab qaytarir.demek olar ki soze baxmir ikimiz tek olanda basqadir ancaq adam yaninda basqa bir soz deyen kimi gedib nenesine deyir anam mene bele deyir.meni cox eseblesdirir 1yasinda qardasi var o olanda sonra da lap pis olub nervpatoloqda mualice alib cox hekim deyir sinir oyaniqligi var.artiq men hele heddeyem ki qizimi doyurem istemesem de sonra cox pesman oluram gece olanda deyirem ki men istemirem sene qisqiram vuram ancaq sen meni mecbur edirsen deyir ana yadimnan cixir sabah agilli olaca ancaq sabah tene hemin seyler olur acigi maddi veziyye o qeder de yaxsi deyil ki men psixoloqa aparim onuxais edirem mene komek rdin evvelceden cooox tesekkur edirem size/ qeyd edim ki bagcaya getmir ancaq evde heyetde olur herder gezmeye gedirik/

Salam Ulya xanım. Allah saxlasın övladlarınızı. Əgər konkret diaqnoz qoyulubsa deməli sinir oyanıqlığıdır. Ancaq siz yenə də psixoloqa müraciət edin, çünki bu əlamətlər kaprizin, eqosentrizm dövrünün əlamətləri ola bilər. O hər dəfə sizdən "istifadə etməyi" çox gözəl bilir. Buna görə də hər dəfə söz verir və heç nəyə əməl etmir. Nənəsinə şikayət etməsinə səbəb isə daim onun qorunmasıdır. Eqosentrizm dövründə uşaqlar özlərini dünyanın mərkəzi olduğunu zənn edirlər. Siz psixoloqa müraciət edin ki dəqiq diaqnoz qoyulsun və sizə yardım edilsin, çünki bir il sonra məktəb dövrü başlayır ki işiniz daha çətin olacaq. Gün ərzində 012-480-40-16 ; 055 254 27 00 ; 070 254 27 00 və ya (012) 480 47 81 ; 055 258 27 00 (Nizami rayonundakı filial) nömrələri ilə əlaqə saxlayaraq loqopedlə görüşə bilərsiniz. Uğurlar!

Sitat: İlhamə
Sitat: Narınc Rüstəmova
Sizə məsləhətim dəqiq diaqnoz üçün psixoloqa müraciətiniz daha yaxşı olar.

Təşəkkür edirəm Narinc xanım. Zatən sizi axtarırdım,Allah qarşıma çıxardı. İnşaAllah ilk fürsətdə qəbulunuza yazılarıq.

Buyurun, İlhamə xanım. İstədiyiniz vaxt buyurun gəlin, uğurlar!
8 aprel 2014 16:42
# 852
Offline
Narınc Rüstəmova
Sitat: liza
cox saqolun hekim minnetdaram size bu sefer aparanda onada gosterecem insallah xeyri olar allah komeyiniz olsun

Buyurun, Liza xanım. Xoşdur. Uğurlar!

Sitat: NARINC XANIM KOMEK EDIN
salam narinc xanim,hec bilmirem hardan baslayim menim 16 yasim var,ozumu basa duse bilmirem,ozumu taniya bilmirem ne tip xarakterim var hec onuda bilmirem,her seyi ureyime saliram,oz ozumu min defe teselli edirem amma xeyri yoxdu,men azca ders oxumayanda vicdan ezabi cekirem,ozume nifret edirem ozum basa dusurem ki,anam ve atam menim mellimlerime ne qeder pul tokur amma fikirimi cemleye bilmirem,meselcin bir oglan mene baxsin o deqiqe deyirem ki,bunun menden xosu gelir men gozelem nebilim ne ve yaddan cixra bilmirem,ve ya yolda mene soz atsinlar onuda ureyime derd edirem,ders oxuya oxuya aglim qalir,basqa yerde ozum her seyi basa dusurem bilirem ki,bele olmaz elemey,oglandida baxir baxir,oofff,men yaxsi netice yiqmasam hami mene deyeceki,nece ildi hazirlawir yiqdiqi bala bax,yeqin fikri orda burda olub,sonra meselcin gelib evde oz ozumme daniwiram xeyallar qururam bos bos xeyallar,bilirem ki,fikrimi cemlemeyime amma alinmir alinmir,her adamin sozun der edirem,her seyi ozume qadaga etmiwem,and icmisem ki,telefonuma mahni kocurmeyecem cunki mahniya qulaq asanda xeyal cox qururam,sonra bir hefdeden bir komputere yaxinlasacaqima dair ozume soz vermiwem offf bilmirem sizi basa sala bildim ya yox komek edin,bilirem siz usaq psixoloqusunuz amma bir boyuk kimi bir ana kimi sizden meslehet isteyirem xahis edirem komek edin,amma nolar mene demeyin ki,psixoloqa muraciet edin psixoloqa getmek istemirem xahis edirem mene azda olsa meslehet verin

Salam xanım. Çalışın özünüz üçün konkret dərs saatı ayırın və boş qalan vaxtlar isə zehninizi dinləndirəcək ( gəzməyə gedin, idmanla məşğul olun, kinoya gedin və s.) işlərə sərf edin. Əgər verdiyiniz qərarlar üzərində dayana bilsəniz müvəffəqiyyət əldə edə biləcəksiniz. Əsas olan hədəfinizə daha da bağlanıb, sizi ondan uzaqlaşdıracaq şeylərdən qaçmağı bacarmağınızdır. Sizin dərs edərkən yaxşı nəticə əldə edə bilməmənizə səbəb "nə üçün dərs oxumalıyam?" sualına düzgün cavab verə bilməməyinizdir. Hər davranışın bir səbəbi olduğu kimi dərs oxumağında bir səbəbi vardır. Onsuzda uzun müddət bir işi görmək darixdırıcı olur, buna görə də uzun müddət fasilə olmadan dərs oxumaq həm sizi yoracaq, həm də mükəmməl dərs oxuyacağınız mənasına gəlməyəcək. Ümumiyyətlə çalışın dərs etdiyiniz otağın havasını tez-tez dəyişin, çünki bu vacibdir. Ola bilər sizə adi gələ bilər ancaq bu vacib aspektlərdəndir, çünki otaqda oksigenin çatışmazlığı gərginliyə və baş ağrılarına səbəb olur. Ola bilər siz neçə saat dərs çalışmağın daha düzgün olduğunu da müəyyənləşdirməkdə çətinlik çəkirsiniz. Bu sizin dərsi qavramağınıza görə dəyişə bilər. Ancaq ümumi olaraq bir dərs üzərində çalışmaq 50 dəqiqə və ya 1 saat arasında dəyişir. Ümumiyyətlə fasilə olmadan dərs oxumağın yanlış bir adddım olduğunu unutmayın. Çalışın dərs çalışma müddəti və fasilənizi eyni rejimdə tətbiq edəsiniz. Siz əgər bilirsiniz ki hansı şeylər sizi dərsdən uzaqlaşdırır, onda 1 il müddətinə onlardan uzaq qalmağa çalışın. Bilin ki bir ilin sonunda dərs oxumağınız sizi universitet həyatına aparacaq. Əgər həqiqətəndə o həyatın sizin üçün önəmi yoxdursa bunu açıq şəkildə valideynlərinizə bildirin ki mən oxumaq istəmirəm. Oğlanların sizə baxmasına bu sizin evdə tam olaraq sevgi əksikliyi (valideynləriniz, tanışlarınız) hiss etmənizlə əlaqədardır. Bundan başqa o oğlanlar unutmayın ki söz atırsa hamıya söz atırlar, bu konkret sizinlə əlaqəli deyil, çünki onların bu xüsusiyyəti hamıya göstərirlər. Buna görə də əsas olan sizin özünüz haqqınızda nə düşünməyinizdir. Xəyallar qurmamışdan əvvəl düşünün ki bunların gerçək olması üçün reallıqda şans varmı? Çünki hər xəyalın reallaşacaq deyə bir şeyi yoxdur. Əgər bacarmasınız özünüzlə psixoloqa müraciət edin, çünki ola bilər sizin özünüzün bilmədiyiniz şüuraltınızda hər hansı problemlər var. Gün ərzində 012-480-40-16 ; 055 254 27 00 ; 070 254 27 00 və ya (012) 480 47 81 ; 055 258 27 00 (Nizami rayonundakı filial) nömrələri ilə əlaqə saxlayaraq loqopedlə görüşə bilərsiniz. Uğurlar!

Sitat: Şehla islamova
Salam hekim necesiniz? Menim qayınanam mene deyır kı , senın usagın autızımdır. Men usağı hekıme aparmışam, bası aparatdan kecıb, hekime deyırem kı, usaqda xestelik var yoxsa yox hekım deyır narahat olma get usagın danışacaq. Usağin 3 yası var . Bezı şeylerı başa düşür
. Mes. Get işiği yandır, söndür. Qapını ört, aç. Topu getir. Gedek yemek yeyek. Sene çay verim. Ve s. Bunlar başa düşür. Yatmaq isteyende özü deyir ki, laylay. Yemek yedikden sonra deyir ki, qoquu. Baba, gel tek tek sözler deyir. Azerbaycan dilinde danişir, bezen ise cümleler qurur dayanmadan danişir. Ele bil xaric dilinde danişir. sözlerini başa düşmek olmur. Amma mene Gelib nese deyir, göz kontaktı var. Çağıranda üzüme tez baxır. Mesen ona deyırem apar telefonu papaya ver gedib, onu axtarır , tapır telefonu papasına verir. Amma onu deyim ki, çox Sakit usaqdir. Evde ele bil usaq yoxdur. Sakıt ozu uçun oynayır. Xahiş edirem Mene cavab yazın bu elametleri
autızımdır. Meni derd goturub.

Salam Şəhla xanım. Bu yazdıqlarınıza əsasən övladınıza autizm diaqnozu qoyula bilməz. Əgər nevropatoloqda autizm diaqnozu qoymayıbsa deməli eədir. Ancaq siz psixoloqa da müraciət edin, siz daha da əmin olasınız. Sizi narahat edən övladınızın autizm olub-olmamasıdır?
8 aprel 2014 14:47
# 851
Offline
Şehla islamova
Hekim size coox uzun yazmişam, meni bağışlayın. uşağın bele davranişina ne deye bilersiniz???????????????????????????Meselen. Bir eşyanı götürür, ona deyirem ki, apar onu yerine qoy. Tez onu aparır yerine qoyur. Nese götürende deyırem olmaz . Onu başa düşür. Deyirem papa gelecek. Gedir qapının ağzında gözleyır. Tualete özü serbest gedir, qapsını açır, işiği yandırır. Qaranlıq yerde dayana bilmir, ağlayır. Adeten autızım usaqlar qaranlıq yerde aglamırlar. Evvel ünsiyet qurmurdü, indi qurur. Kimise görende danışir. Skypnan bacımnan danişir. Amma danışdığını başa düşmek olmur.
8 aprel 2014 00:29
# 850
Offline
Şehla islamova
Hekim bır de onu deyim ki, nevropatoloq uşağa Autizm
Diyaqnost qoymur. Deyir ki, danişacaq. Papası uşaq vaxtı
5 yaşında danişib. Hekim mene bu barede meslehet verediniz . Size narahat edirem.
7 aprel 2014 15:29
# 849
Offline
yagmurS
salam hekim size sualim alacaq ,menim 2 usaqim var qizimin 3yasi olacaq oglumun 2 yasi balaca olanda cox sakit semirsiz idiler indi ama qizim cox pisolub cox decelik edir birde cavab qaytarir bilmirem neyniyim oglum hele tam danisa bilmir 2,3 soz deyir ama cox deceldi ziyanivelik edir qirir sindirir birde qizim onu hirslendirende disdeyir bagcaya gedmirler ama calisiram hergun havaya cixsinlar ne meslehet gorerdiz qabagcadan tesekur
6 aprel 2014 23:59
# 848
Offline
Şehla islamova
Salam hekim necesiniz? Menim qayınanam mene deyır kı , senın usagın autızımdır. Men usağı hekıme aparmışam, bası aparatdan kecıb, hekime deyırem kı, usaqda xestelik var yoxsa yox hekım deyır narahat olma get usagın danışacaq. Usağin 3 yası var . Bezı şeylerı başa düşür
. Mes. Get işiği yandır, söndür. Qapını ört, aç. Topu getir. Gedek yemek yeyek. Sene çay verim. Ve s. Bunlar başa düşür. Yatmaq isteyende özü deyir ki, laylay. Yemek yedikden sonra deyir ki, qoquu. Baba, gel tek tek sözler deyir. Azerbaycan dilinde danişir, bezen ise cümleler qurur dayanmadan danişir. Ele bil xaric dilinde danişir. sözlerini başa düşmek olmur. Amma mene Gelib nese deyir, göz kontaktı var. Çağıranda üzüme tez baxır. Mesen ona deyırem apar telefonu papaya ver gedib, onu axtarır , tapır telefonu papasına verir. Amma onu deyim ki, çox Sakit usaqdir. Evde ele bil usaq yoxdur. Sakıt ozu uçun oynayır. Xahiş edirem Mene cavab yazın bu elametleri
autızımdır. Meni derd goturub.
6 aprel 2014 20:59
# 847
Offline
ulya1987
salam NARINC xanim.menim size sualim olacaq/menim 5 yasinda qizim var.korpeyken cox sakit agilli yasidlarinnan boyuk temkinli usaq idi bu hal 2.5 -3 yasa kimi bele davam etdi son1 -2 ildir usaq tamam deyisib cox kur decel olub.mene cavab qaytarir.demek olar ki soze baxmir ikimiz tek olanda basqadir ancaq adam yaninda basqa bir soz deyen kimi gedib nenesine deyir anam mene bele deyir.meni cox eseblesdirir 1yasinda qardasi var o olanda sonra da lap pis olub nervpatoloqda mualice alib cox hekim deyir sinir oyaniqligi var.artiq men hele heddeyem ki qizimi doyurem istemesem de sonra cox pesman oluram gece olanda deyirem ki men istemirem sene qisqiram vuram ancaq sen meni mecbur edirsen deyir ana yadimnan cixir sabah agilli olaca ancaq sabah tene hemin seyler olur acigi maddi veziyye o qeder de yaxsi deyil ki men psixoloqa aparim onuxais edirem mene komek rdin evvelceden cooox tesekkur edirem size/ qeyd edim ki bagcaya getmir ancaq evde heyetde olur herder gezmeye gedirik/
6 aprel 2014 17:06
# 846
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Fiziki görünüşünüz uyğun olarsa, hansı geyimi seçərdiniz?

Uzun don
Mini yubka
Hər ikisi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz
Digər layihələr