Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Goranboy haqqında məlumat
Goranboy haqqında məlumat
Göndərən: Ayten Melek
Şərhlər: 3
Baxılıb: 111
Səs ver:
Goranboy – Azərbaycanda rayon. Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km.-dir.

Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şatal şəhər-qalası yerləşir.

Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi. 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsi rayonun ərazisindən keçən Kürəkçay çayının sahilində, 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında bağlanmış Gülüstan müqaviləsi isə rayonun Gülüstan kəndində imzalanmışdır. Goranboy rayonu ilk dəfə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə inzibati ərazi bölgüsü və rayonların yaradılması ilə əlaqədar Goranboy kəndi mərkəz olmaqla yaradılmışdır. Respublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz sayılmış, Şaumyan (kənd) rayonu ləğv edilərək rayonun keçmiş adı özünə qaytarılmaqla Goranboy rayonu yaradılmışdır. Goranboy rayonu əhalisi Qarabağ savaşında qəhrəmanlıqla döyüşmüş, 288 şəhid vermiş, 9 nəfər goranboylu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Goranboy rayonu Bakı şəhərindən 322 km məsafədə Azərbaycanın qərb bölgəsində yerləşməklə şimal-şərqdən-Yevlax, cənubi-şərqdən-Tərtər, cənubi-qərbdən-Kəlbəcər, qərbdən-Göygöl, şimal-qərbdən-Samux rayonları ilə həmsərhəddir. Sahəsi-1760 km2, əhalisi-108.792 min nəfərdir. Bundan başqa rayon ərazisində 9992 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.

Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var. Rayon kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşməklə, səthi şimala doğru alçalan dağlıq və düzənlikdir.

Cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları əhatə edir. Rayonun şimalını Mingəçevir su anbarının sahili boyunca yerləşən Bozdağ əhatə edir. Ərazidə Poleogen, Neogen və Yura-Antropogen dövrünün çöküntüləri yayılmışdır. Ərazinin geoloji inkişaf tarixi bir-birindən fərqlənən iki böyük tektonik zona daxilində formalaşmışdır.

Rayonun cənubunda Murovdağ zirvəsinin şimal-qərb və Kəpəz şərq yamaclarında 7-9 ballıq zəlzələlərin dağıdıcı fəaliyyətinin nəticəsindən böyük uçurumlar yaranmışdır.

Rayonun şimalında dəniz səviyyəsindən hündürlük 50 m, cənubunda-Murovdağda ən yüksək zirvə-Gamış dağda 3724 m-dir.


Şərhlər: 3
Baxılıb: 111
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli melumat oldu
4 oktyabr 2016 22:13
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
maraqli melumat oldu
4 oktyabr 2016 12:48
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Məlumat üçün təşəkkür
4 oktyabr 2016 12:02
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz