Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İsmayıllı haqqında məlumat
İsmayıllı haqqında məlumat
Göndərən: Ayten Melek
Şərhlər: 10
Baxılıb: 247
Səs ver:
Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonun ərazisində olan yurd yerlərindən tapılan daş alətlər-daş çapacaqlar, bıçaqlar, nizə ucluqları, ox ucluqları, məişət əşyaları bu ərazidə hələ daş dövründə insanların yaşadıqlarını sübut edir.

Rayonun istər yüksək dağlıq, istər dağətəyi və düzən yerlərində qədim yaşayış məskənləri mövcuddur. Yaşayış məskənlərinin bir-birinə yaxın olması, bəzən geniş ərazinin qədim yaşayış məskəni olması İsmayıllı ərazi üçün xarakterik xüsusiyyətdir.

Müxtəlif tikinti, təsərrüfat işləri zamanı tapılmış maddi mədəniyyət nümunələri və ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri ərazidə əhalinin eneolit dövründə oturaq həyata keçdiyini təstiq etmişdir. Ərazidə tapılmış qəbir abidələrinin bəzilərində insanlar saxsı küplərdə, gil təknələrdə dəfn olunmuşlar. Ərazidən tapılan büstlər qədim əhalinin bütpərəstliyə stayiş etmələri ilə bağlıdır.

Rayonun ərazisində olan Mollaisaqlı yaşayış məskəni eradan əvvəl IV, eramızın I əsrlərinə aiddir. Yaşayış məskənindən tapılan maddi–mədəniyyət nümunələri qəbir abidələri yaşayış məskəninin Qafqaz Albaniyasına məxsus olduğunu təstiqləyir.

Sulut kəndi yaxınlığında yerləşən, 4 hektar sahəni əhatə edən Uzunboylar yaşayış məskəni və qəbirstanlığı öz zənginliyi ilə fərqlənir. Abidə eradan əvvəl I Minilliyin son rübünə aiddir.

Rayonun ərazisi qədim qalalarla da zəngindir. VII əsrə aid olan Talıstan kəndinin yaxınlığında yerləşən Cavanşir qalası məşhur alban sərkərdəsi və görkəmli hökmdarı olan Cavanşirin (642-681) adı ilə bağlıdır.

Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Cavanşirin hakimiyyət illərində isə Mehranilər hakimiyyətlərini bütün Albaniya ərazisinə yayılmışlar.

Xanagah kəndi yaxınlığında yerləşən Qız qalası VII əsr abidələrindəndir. Qalanın möhkəm müdafiə xarakterli olması bu gün də aydın şəkildə görünür.

Sulut kəndi yaxınlığında Fit dağının zirvəsində olan Fit qalası orta əsrlərə məxsus tikilidir. Qalanın tarixi haqqında çoxlu sayda əfsanələr mövcuddur. Əfsanələrin birində qalanın tarixi Makedoniyalı İsgəndərlə əlaqələndirilir. Lakin çox güman ki, Fit qalası Şirvanşahların yay iqamətgahı olmuşdur. Sonradan Şamaxı xanları qaladan sığınacaq kimi istifadə etmişlər. Şamaxı xanı Mustafa xan A.Qacara və işğalçı rus sərkərdəsi Sisianiova qarşı mübarizədə Fit qalasından sığınacaq kimi istifadə etmişdir.

Qalıqları indi də Xankəndində qalan Xan qalası XI-XV əsrlərdə inşa edilmişdir. Qala əsasən Şirvanşahların saray qalası kimi tikilmiş və əsasən yay iqamətgahı kimi istifadə edilmişdir.

Qalacıq kəndi yaxınlığında Qasımxan qalası, Sulut kəndi yaxınlığında Haram qalası, Buzxana, Qırxotaq, Lahıc yaxınlığında Niyal qalası tarixinin bir çox sirlərini özündə saxlayır.

Lahıc və Basqal qəsəbələri bu gün də orta əsr şəhəri nümunələri kimi əsil muzeydir.


Şərhlər: 10
Baxılıb: 247
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli melumatdir qeseng gezmeli gormeli rayondur

maraqli melumatdir qeseng gezmeli gormeli rayondur
31 avqust 2016 22:42
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
Ismayıllıda olmuwam cox gozel yerdı ele bızımbutun rayonlar gozeldııı
30 avqust 2016 14:00
# 9
Heyata daim gulmek lazimdii
YalniZ-ArZu
COX OLMUWAM MENDE ISMAYILLIDA,AZERBAYCANIN EN GOZEL RAYONLARINNANDI,INSANLARI DA COX MEHRIBANDIRLAR.
30 avqust 2016 13:28
# 8
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Catwoman666
Ismayillida olmusam. Coooooox gozel yerdi. Getdiyim en gozel yerlerden biridir deye bilerem. Ogey ana filmi de Ismayillinin Qalaciq kendinde cekilib ve o kendde de olmusam. Hetta filmde Ismayilin itburnu dermek ucun cixdigi agaci da gormusem. Ogey bacisi ile yixildigi cayi da, yagisli havada ogey ananin ustunde qacdigi korpunu de gormusem. amma korpu ucubdu. bir hissesi qalib.

...666...
30 avqust 2016 13:25
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
Sara035
Çox olmuşam ismayillida.Lahicda olmaq isterdim ama qismet
30 avqust 2016 13:12
# 6
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
narmiwka_15
olmamiwam ama cox gozel yerdi diyilene gore qismet olsa gederik
30 avqust 2016 12:46
# 5
Be Happy))
Barbaris
Sitat: lale.veliyeva19
Olmamışam İsmayıllıda ama haqqında çox eşitmişəm
30 avqust 2016 12:34
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Elya98
Cox olmusam Ismayillida cox gozel rayondu.
30 avqust 2016 12:30
# 3
lale.veliyeva19
Olmamışam İsmayıllıda ama haqqında çox eşitmişəm
30 avqust 2016 12:16
# 2
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

BARBI
Ismayilli azerbaycanin incisidir. Cox sefali rayondur
30 avqust 2016 12:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz