Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Naxçıvan Xan sarayı
Naxçıvan Xan sarayı
Göndərən: Fialka
Şərhlər: 9
Baxılıb: 220
Səs ver:
Naxçıvan şəhərində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsi.
Naxçıvan - Marağa memarlıq üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngəli  tikdirmişdir. Xan Sarayı 199b-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi  kimi fəaliyyət göstərir.
Xan Sarayı 3600 m2 sahəsi olan saray kompleksinin qərbində, xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Xan Sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina, yeni inşa olunmuş hovuz, su quyusu, yaşıllıq zolaqları, bəzək və meyvə ağacları var. Bina iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Hal-hazırda sarayda muzey yerləşdiyinə görə yalnız cənub dəhlizdən istifadə olunur. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlər əsas fasaddan qabağa çıxarıldığı üçün binaya xüsusi gözəllik verir. Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə qalxılır. Pilləkənlərin ətrafı kərpiclə hörülüb və ağac məhəccərlərlə bərkidilib.
Xan Sarayının ümumi sahəsi 382 m2, divarlarının qalınlığı 60 sm-dən 1,1 m arasında dəyişir. Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə tikilmişdir. Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan  yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunmuşdur. 1 mərtəbədə 3 otaq, 2 mərtəbədə 8 otaq (2 zal) və otaq kimi istifadə olunan vestübüllərin üzərində 2 mansar yerləşir. Hər iki mansardan dəhlizlərin üstündəki açıq balkonlara çıxış var. Mansarlara vestübüllərdən açılmış kərpic pilləkənlərlə qalxılır. Xan Sarayının cənub zalı daha dəbdəbəlidir. Qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 sm hündürlükdə səhnə tipli taxt yaradılmışdır. Taxtlı güşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilmişdir. Zalın digər divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənmişdir. Sonralar aparılan çoxsaylı təmir və bərpa işləri zamanı rəsmlər pozulmuş və ya üzəriləri suvaqla örtülmüşdür. Zalın əzamətini cənub divardakı, ətrafı həndəsi formalar və güzgü parçaları ilə bəzədilmiş buxarı daha da artırır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş.
Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir, bunlardan biri Naxçıvan xanlarına həsr olunmuşdur. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 2000-dən (305 xalça) artıqdır. Burada, demək olar, bütün xalça növlərinin (xovlu: gəbə, zili və xovsuz: sumax, vərni, kilim, palaz, şəddə, cecim və s.) və xalça məmulatlarının (məfrəş, heybə, xurcun, çuval, örkən və s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə - Qazax , Quba -Şirvan,  Qarabağ, Təbriz - Naxşıvan  xalçaçılıq məktəblərinə XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi", "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı" və s. xalçalarla yanaşı, süjetli xalçalar Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin portreti toxunmuş xalça (xalq rəssamı K.Əliyev), "Leyli və Məcnun", "Qarabağ mənzərəsi", "Boz qurdlar", "Gəncə gözəli" və s. da əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları – misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.


Şərhlər: 9
Baxılıb: 220
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
cox gozel yerdi tesekkurler xebere gore
29 oktyabr 2016 18:44
# 9
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Totu
Maraqlı məlumatdır.təşəkkür
19 iyul 2016 19:32
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
___Jasmin___
xebere gore tsk
19 iyul 2016 17:28
# 7
I remained behind now the mother of 14 spring -Big

evli.mutlu.cocuklu
Olmuşam Naxçıvanda qəşəng yedlərdi
19 iyul 2016 14:11
# 6
Nezka
Olmuşam burda. Naxçıvan super yerdi.
19 iyul 2016 13:58
# 5
İçimi görsən mənə aptek alarsan.
Nur Melikzade
Tarixi yerleri cox sevirem. maraqli oldu oxumaq.teşekkür.
19 iyul 2016 13:52
# 4
İmza
vipbetul
Naxcivan gozellikleriyle tarixiyle tarixi abideleri ziyaretgahlariyla zengin bir Respublikadir her qarishiyla gozelliyi tecessum edir
19 iyul 2016 13:24
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
19 iyul 2016 12:34
# 2
Cindrella
Melumata gore tesekkurler.Bilmek maraqli oldu
19 iyul 2016 12:27
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz