Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan Respublikasının rəsmi dövlət himni
Azərbaycan Respublikasının rəsmi dövlət himni
Göndərən: heyatim_menim
Şərhlər: 17
Baxılıb: 491
Səs ver:
Tarixi
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cumhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi.Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən,1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.
Haqqında qanun
Azərbaycan Respublikasının Dövlət himni haqqında 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir
Musiqisi
Cümhuriyyət illərində Üzeyir Hacıbəyov iki marş yazmışdır. Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem ÜngörükünAnkarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.
 
Mətni
Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə Bakıda nəşr olunmuş "Milli nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə həm parlament, həm də hökümət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur
 
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!


Şərhlər: 17
Baxılıb: 491
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yalniz adam
gozel Bakimiz
20 aprel 2016 20:20
# 17
vipbetul
her zaman guclu musteqil dovlet olmaqimizi dileyirem
19 aprel 2016 03:37
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
son bahar
Her seher mektebde oxuyardiq ...her bir azerbaycanli oz dovlet himninin sozlerini ezberden bilmelidir
19 aprel 2016 00:09
# 15
...
qanadli melek
Himnimizi hami sevir ve hormetle seslendirir.ezberleye bilmediyim ucun o qeder doyulmuwemki
18 aprel 2016 23:36
# 14
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Miss_Oxatan
Ilk defe bildim meger sozleri bawqa insana aiddir himnimizin.tesdiqini tapibsa ictimai proqramlarda gundeme getirilmelidir,ictimaiyyete catdirilmalidir.
Himnimiz sozlerini musiqisini uwaqliqdan hamimiz ezber bilirik.ancaq bizim himnimiz sanki minor notlar uzerindedir.meselen Turkiye himni ewidende patriot hissker sanki daha da cuwa gelir insanda.cunki major ustunde bestelenib.musiqiden,notdan anlayiwi olanlar ne demek istediyimi yaxwi bawa duwduler zennimce.mende 18ci illere aid herbi marw var.onu cox beyenirem.
18 aprel 2016 23:31
# 13
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
VIP
Kitabların başlıgında himnimiz yazılı olur.Ordada hər zaman Söz Əhməd Cavad musiqi Üzeyir Hacıbəyov qeyd olunur.
18 aprel 2016 23:23
# 12
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Totu
Çox maraqli xeberdi himnimizi her bir azeri bilmelidi
18 aprel 2016 23:18
# 11
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
aziz a
En sevdıyım musıqıdı heyatımda,her gün her gün ifa edırık boyuk fexaret hıssı ıle....
18 aprel 2016 23:17
# 10
Qelbim doludu !!!!
Antikvar
Sözləri və musiqisini kimlər tərəfindən yazıldığı haqqında məlumatım olsada bu qədər dərindən mariflənməyin yaxşı oldu,Görünən odu yeni bir bəstakar çıxıb sözlərini Əhməd Cavad yazdığını bildiyimiz şəxs deyilmiş nə qədər doğru olduğunu deyə bilmərəm,məktəbə qədəm qoyduğum illərdən indiyə qədər sözlərinin Əhməd Cavad olduğunu bilmişəm.
Məktəb illərim yadıma gəldi himmə nəzər yetirdiyimdə hər səhər direktorumuz bütün sinifləri sıraya düzdürüb himmi oxutdurub sonra sinifə daxil olmağımıza imkam yaradardır.Bir tək soyuq yağışlı havada himmimizi oxumazdıq)Nərimanov rayonu 82 nömrəli orta məktəb əyər orda dərs alan şagirdlərdən saytda varsa maraqlıdır görəsən indidə bu qayda o məktəbdə davam edir ya yox)Himimizi bilməməkmi olar nədə olsa təhsil ilimiz hər səhər himm oxumaqla keçib))təşəkkürlər.
18 aprel 2016 23:13
# 9
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Black_Star
^^3üncü gün seher oxuyuruq Cografiya müellimesi oxutdurur 122 Gözel sözleri var 21
18 aprel 2016 22:49
# 8
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
ayka95
Himnimizi çox sevirem
18 aprel 2016 22:44
# 7
Barbaris
Himnimizin cox menali sözləri var..
18 aprel 2016 22:30
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Himnimizi cox sevirem. Sozleri cox menalidir.
18 aprel 2016 22:29
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
narmiwka_15
bunu her bir azeri xalqi bilmelidi!coxsagolun
18 aprel 2016 22:25
# 4
Be Happy))
evli.mutlu.cocuklu
Himnimizi bilmeyen azerbaycanli deyil himnin sozlero superdi xosum gelir azerbaycanimizin himninden yasa azerbaycan yaxsiki azerbaycan evladiyam fexr edirem
18 aprel 2016 22:22
# 3
Kölge
Dynyanin en göZel himni.....
18 aprel 2016 22:22
# 2
Her şeye gore şukur
Aybə
Himnimizin çox gözəl sözləri və musiqisi var.Dəyərli məlumatçün çox sağolun ama mən bunları bilirəm.
18 aprel 2016 22:08
# 1
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz