Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qara Yanvar - qanlı tarix
Qara Yanvar - qanlı tarix
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 577
Səs ver:
Azərbaycanın azadlığı və ərazi bütövlüyü ugrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmus qanlı 20 Yanvar hadisələrinin növbəti-26-cı ildönümünü anırıq. Sovet hərb maşınının 1990-cı il yanvarın 20-də Bakıda həyata keçirdiyi bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Hadisə 70 il ərzində sülhpərvər missiyanın daşıyıcısı kimi kimi təbliğ olunan Qızıl Ordu barədə düşüncələrdəki mifi alt-üst etdi.
26 il öncə ölkəmizə qarsı ərazi iddiaları irəli sürən Ermənistanın təcavuzkar hərəkətlərindən və kecmis SSRİ rəhbərliyinin onlara havadarlıgından hiddətlənərək Bakı  kucələrinə cıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi. Bakıya yeridilən Sovet Ordusunun 35 minlik xüsusi təyinatlı bölmələri, daxili qoşunları, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə ancaq əzmək, məhv etmək təlqin olunmuşdu.
"Udar" ("zərbə") şərti adı altında keçirilən həmin dəhşətli əməliyyat SSRİ-nin Müdafiə, Daxili İşlər nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmışdı. Əməliyyatda əsas yer xüsusi təyanatlı "ALFA" qrupuna və DTK-nın təxribat qruplarına ayrılmışdı.
Qanlı 20 yanvar hadisələri zamanı 137 soydaşımız öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam həbsə atıldı. Gunahsız insanların qətli ilə nəticələnən olay Qorbacov basda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarsı bağışlanılmaz cinayətidir. Təəssüf ki, cinayət hələ də cəzasız qalır...
"...O gecə tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər gördükləri bütün canlılırı güllə yağışına tuturdular. Qəfil ölüm insanları nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə yaxalayırdı...".
Qanlı yanvar gecəsinin canlı şahidləri müdhiş hadisəni belə xatırlayırlar.
1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız xalqımız azadlıq, müstəqillik qazanmasına yol açdılar.
Artıq 26 ildir yanvarın 20-ni Ümumxalq hüzn günü kimi qeyd edirik. Bakının ən yüksək nöqtəsində azadlıq uğrunda şəhid olan qəhrəman soydaşlarımızın uyuduğu Şəhidlər Xiyabanına ümumxalq ziyarəti var.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.


Şərhlər:
Baxılıb: 577
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz