Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Möminə Xatun türbəsi
Möminə Xatun türbəsi
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 397
Səs ver:
MÖMINƏ XATIN TÜRBƏSI – Naxçıvan şəhərində tarix-memarlıq abidəsi. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri. 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir (memarı Əcəmi Əbu Bəkr oğlu Naxçıvani). Azərb. Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə xatının qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında "Atabəy günbəzi” adı ilə qalmışdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılmışdır: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Ümumi hünd. 34 m olmuş, sonralar 8 m hünd.-də olan xarici örtüyü dağılmışdır. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi planda onbucaqlıdır. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Möminə xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılmışdır. Sərbadədə qiymətli daşdan nəfis şəkildə əsaslı bərpa işləri aparılmışdır (2003). Sərdabə orijinal quruluşlu olub, zəngin tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütun onbucaqlının hər küncləri ilə tağşəkilli formada birləşir. Sərdabənin bu quruluşu sonralar Qərbdə, qotika memarlığında tətbiq edilmişdir. Türbənin yerüstü hissəsi xaricdən onüzlü (bütün tərəfləri kufi kitabələrlə haşiyələnmişdir), daxildən isə dairəvidir. Günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Bişmiş kərpicdən tikilmiş Möminə xatın türbəsinin küncləri çıxıntı şəklində, səthləri isə batıq formada həll edilmişdir. Türbənin künclərindəki çıxıntılar kufi xətti ilə işlənmiş kitabələrlə örtülmüşdür. Bu kitabələrin uz. 500 m-ə çatır. Türbənin səthi quruluşu həndəsi ornamentlərin kompozisiyasından ibarət firuzəyi kaşılarla daha da zənginləşdirilmişdir. Türbənin q. hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində isə ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baştağdan yuxarıda həkk edilmişdir. Türbənin sadə quruluşlu daxili səthi gəc ilə suvanmış, günbəzin iç tərəfinə 4 medalyondan ibarət bəzək vurulmuşdur. Kompozisiyaya, yetkinliyə, ayrıntılarının incə, zərif işlənməsinə və memarlıq həllinə görə türbə orta əsrlər memarlıq sənətinin şah əsərlərindən sayılır. Məşhur incəsənət tarixçisi, SSRI Rəssamlıq Akademiyasının həqiqi üzvü   M.V. Alpatov türbə haqqında yazır: "XII əsr Azərbaycan ustalarının Naxçıvanda yaratdığı Möminə xatın türbəsi nadir gözəllik və zəriflik abidəsidir. Möminə xatın türbəsi Şərqin ən gözəl klassik əsərləri–Firdovsinin "Şahnamə”si və Nizaminin "Leyli və Məcnun”u kimi əbədidir”. Alpatovun fikrincə, o dövrün Orta Avropa memarlığında da belə gözəl abidəyə rast gəlmək olmur. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərb.-ın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir. 19 əsrə aid rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, Möminə xatın türbəsinin yanında monumental tikililər, o cümlədən, Came məscidi olmuşdur.


Şərhlər:
Baxılıb: 397
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz