Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qazançı qalası
Qazançı qalası
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 282
Səs ver:
QAZANÇI QALASI – Culfa rayonunun Qazançı kəndindən şimalında, Əlincəçayın hər iki sahilində e. ə. 3–1-ci minilliyin əvvəllərinə aid tarixi-arxeoloji abidə. Qala e. ə. 3-cü minillikdə ərazilərimizdə geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır. Qala 1985-ci ilin sentyabr ayında bənd tikintisi adı ilə erməni mühəndisləri tərəfindən partladılmışdır. Qalanın solsahil və sağsahil hissəsi bir-birindən sıldırım qayalardan ibarət dərin dərə ilə ayrılır; sağsahil hissəsi hündür konusvarı təpə formasındadır. Məlumatlara görə, təpənin zirvəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş qala olmuşdur. Abidənin sol sahili iki hissədən ibarət olub, hər tərəfdən sıldırım qayalarla əhatələnmişdir. Bu hissədə yarımdairəvi bürclərin qalıqları saxlanmışdır. Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir-birinə keçid yolu var. Müdafiə divarları (eni 2–2,5 m) yonulmuş iri daşlardan yetkin memarlıq üslubunda tikilmişdir. Qazançı qalsı ehtimal ki, e.ə. 2-ci minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olmuşdur. Axtarışlar zamanı Qazançı qalsından tapılmış boz və çəhrayı rəngli gil qab nümunələri, daşdan əmək alətləri, dən daşı və s. Naxçıvan mədəniyyəti üçün səciyyəvidir Qala divarının tikinti texnikası Oğlanqaladakı kimidir. Qazançı qalsından toplanmış yerüstü materiallar dən daşları, boz və çəhrayı rəngli gil qab (küpə, kasa, çölmək tipli qablar və s.) nümunələrindən ibarətdir. Tapıntılar Culfa rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Qazançı qalsı "Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Qazan xanın adı ilə də əlaqələndirilir.


Şərhlər:
Baxılıb: 282
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz