Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Naxçıvanqala" tarix-memarlıq muzey kompleksi
Göndərən: Catwoman666
Şərhlər: 5
Baxılıb: 296
Səs ver:
NAXÇIVANQALA – Naxçıvan şəhərinin cənub-şərqində arxeoloji abidə. Elmi ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında Köhnəqala, Torpaqqala adları ilə tanınır. Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957-59-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzülərin Tunc dövründə (e.ə.3-2-ci minilliklər) Duz mədənlərində istifadə olunduğu məlumdur. Qalanın III Sasani hökmdarı Yəzdəgirdin (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Ö.Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar. Həmin qalanı sonralar Naxçıvanda olmuş Şarden və Frehanq da xatırladırlar. Qala XVIII əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən - kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir. Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz qalmışdır. Böyükqalanın düzbucaqlı formada (185x400 m) olan ərazisi 7400 m2-dir. Narınqalaya nisbətən sonralar inşa və ya bərpa edildiyi güman edilən bu qalanın salamat qalmış, döyməgil və çınqıl qatışığından hörülmüş divarları, kvadrat formalı (19x19x5sm) çəhrayı və sarı rəngdə bişmiş kərpicdən tikilmiş bina qalıqları tikilinin orta əsrlərə aid olduğunu sübut edir. Böyükqala yerləşdiyi təpənin relyefinə uyğun olaraq şimal-şərq və şimal-qərb tərəfdən nisbətən düz, cənub tərəfdən isə ziq-zaq şəklində inşa edilmişdir. Ziqzaqların çöl tərəfə çıxan kəsişmələri diametri 5,7 m. -dən 9 m.-ə dək dəyişən konusvari bürclərlə tamamlanmışdır. Böyükqalanın salamat qalmış divarlarının eni 1 m., hündürlüyü isə bəzi yerlərdə 5 m.-ə çatır. Ayrıca onu da qeyd edək ki, qalanın qərb küncündə Nuhun türbəsi və digər tikintilərin qalıqları qalmaqdadır. Qalanın kvadrat formada (150x150 m) olan Naxçıvan hissəsində hazırda binaların izləri qalmaqdadır. Naxçıvanın çaydaşı əlavə etməklə döyməgildən hörülmüş divarlarının salamat qalmış hissələrinin qalınlığı 3,5 m-dən 4 m.-ə çatır. Narınqala diametri, əsasən, 10 m olan dairəvi qüllələrə malikdir. Güman edildiyinə görə, Narınqalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı olmuşdur. Naxçıvanı əhatə edən divarlar qalanın qərb hissəsində salamat qalmışdır. Şimal-şərq səmtindəki əksər hallarda yuxarıya doğru getdikcə nazilən dairəvi qüllələr qismən salamat halda zamanımızadək gəlib çatmışdır. Narınqalanın cənub-qərbdə 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, çox güman ki, Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Quyulardan biri mağaranın içərisindədir. Qalanın özünəməxsus səciyyəvi xüsusiyyətlərindən biri də qalanın Böyükqala və əsas Narınqala hissələri arasında eni 22,5 m olan dar dəhliz formasında həll edilmiş çıxış yolunun-”tələ”nin təşkilindən ibarətdir. Öz qeyri-adiliyi ilə qalanın xeyli dağıdılmasına baxmayaraq, salamat qalmış qala divarlarının və bürclərinin hissələri diqqəti cəlb edir.


Şərhlər: 5
Baxılıb: 296
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
my_angel
Mənim doğma torpağım - Naxçıvanım!
Gözəl,səfalı,tarixi yerləri ilə məşhur yurdum.
4 mart 2016 22:02
# 5
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Aynur00
doğma vetenimizdi mende naxçıvan tereflerdenem en gözel yerler naxçıvanın kendleridi çox gözel olur yayda temiz hava çaylar axır yaşıllıq... şefa bulağı var ora lap gözeldi gederdik orda yeyib içmeye arzusunda olanlara qismet elesin... ama kentde yaşamağın çetinlikleride çoxdu 126
1 mart 2016 22:46
# 4
Heyat yaşaya bilmediklerimiz belkeler,yaşadığımız kaşkiler, ve üreyimizde saxladığımız ne iselerden ibaretdir....:-)
Tomris Müslümova
Çox marağında olduğum bir yerdir Naxçıvan.Orda eşitdiyimə görə həyat bambaşqadır.Orda gecələr komendat saatı olur,gecə həyatı yoxdur digər rayonlara və paytaxta nisbətən.Çox istərdim oranı gəzmək.Maraqlı məlumatlar əldə etmək mümkündür yazıdan.Təşəkkürlər.
1 mart 2016 16:02
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
cox gozel yerdir Naxcivanda bu cur tarixi yerler coxdur
1 mart 2016 12:56
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Men naxcivana cox getmek isterdim. Cox gozel yerlerdir. Abideleri maraqlidir
1 mart 2016 12:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz