Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tovuz rayonunun tarixi
Tovuz rayonunun tarixi
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 349
Səs ver:
Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tovuzun adı ilə əlaqədar bir neçə mənbələrdən alınan məlumata görə bir neçə variantlar məlumdur, onlardan biri "Tau Ok uz" Qədim tükçədən (Huncadan) tərcümədə Dağ tayfalarıyıq mənasını verir, ikincisi "Tau ust" qala türkcədən (Huncadan) tərcümədə Dağ üstündə yerləşən qala mənasını verir. Bu iki variantlardan daha inandırıcısı İkinci variantdır ki həqiqətən əraziyə bu adın verilməsi dağlarda yerləşən Tavus qalanın adı ilə bağlıdır,qalanın xarabazarlığı hələdə qalmaqdadır. Akademik Sumbatzadəyə görə bu qala eramızın 3-cü əsrində bölgəyə gəlmiş Hun(Hunlar)-Sabir(Sabirlər) türk tayfaları tərəfindən tikilmişdir. Bu faktı bədnəm erməni mənbələridə təstiqləyir. Onlar düzənlikdə yerləşən Hunan şəhərini qorumaq üçün dağda möhtəşəm qala tikdilər və ətrafda gözətçi kiçik qalalar(Karavul)saldılar, qalanı Tauust adlandırdılar, kiçik qalacıqları isə karavulqala adlandırdılar. Sonradan həmin sözlər transkripsiyaya uğrayaraq Tauust-Tavus,Karavul-Koroğlu deyilərək adlandırılmışdır.Hunlar hələ indiyədək tovuz ərazisində yaşamaqdadırlar, Tovuz rayonunun Yanıqlı kəndinin əhalisi indiyədək özlərini Hunnalı çağırırlar və dərələrinə Hunna dərəsi deyirlər. Kəndin qədim adı Hunna olmuşdur, Şah Abbas tərəfindən yandırıldıqdan sonra Yanıqlı adlandırılmışdır. Tovuz şəhəri Tavusqalanın tuşunda yerləşən dəmir yolu stansiyasına (adı genetik yaddaşlarında saxlayan) yerlı əhali tərəfindən verilmişdir. Şəhərin adını 19-cu əsrin 60-cı illərinədək rəsmi yazılarda yerli əhali Tavus adlandırırdı, lakin sonradan sovet dövründə bu adı nədənsə??? yavaş-yavaş Tovuz etdilər. Tarixdə Şəmşədil, Şəmşəddin, Tausu adları ilə də tanınan bölgə keçmiş SSRİ üzrə inzibati ərazi bölgüsü əsasında Tovuz rayonu kimi 1930-cu il avqustun 8-də təşkil olunub.

1899-cu ildə Göyçə mahalının xəritəsi. Xəritə qədim Türk toponimləri göstərilməklə, Çar Rusiyası məmurları tərəfindən tərtib edilmişdir. Xəritənin şimal-şərq hissəsində Tavus-qala (Тауз-кала) haqqında qiymətli melumatlar saxlanılmışdır.
Son zamanlar bədnam qonşularımız bu tarixi adı mənimsəmək üçün fəaliyyətə başlayıblar, onlar bölgəyə Şəmşəddil sultanlığı ruslar tərəfindən dağıldıqdan sonra köçürülüblər və yaşayış məntəqəsini yerli əhali Tavus qalakənd adlandırdıqlarına görə öz dillərinə sadəcə tərcümə edərək Tavus sözünü tullayaraq Berd (yəni tərcümədə Qala)adlandırmışlar, Lakin sonradan 1990-cı illərdə yenə tarixin dalınca qaçaraq bir hərif dəyişərək bölgəyə Tavuş adı verdilər (Tavuş). Sual olunur axı nə üçün Rus imperiasının vaxtında bıçaqlarının soluda-sağıda kəsən zaman bu addan imtina etmişlər? indi bərpa edirlər. Onların mənbəyi təstiqləyir ki bu qalanı Hunlar tikmişlər, indiki ermənilər iddia edirlər ki "xaçpərəst olmuş Hunlar sonradan erməniləşmişlər". Yenədə sual olunur əgər bölgədəki ermənilər hunlardan törəyibsə? onda onlarda türklərdir erməni deyil.

Tovuz Çar Rusiyasının Azərbaycanı işgalına başlamasınadək (1802-1803) Şəmşəddil sultanlığına aid olub.

Tovuz Azərbaycanın futbol merkezlerinden biri sayılır. Tovuzun Turan Tovuz komandası Azərbaycan futbolu üçün çoxlu sayda futbolçu hazırlayıb. Təsadufi deyil ki Azərbaycan yığmasının heyyətində ən azı 5-6 nəfər "Turan" klubunun yetirmələri hər oyunda çıxış edir. "Turan" Azərbaycan premyer liqasında daimi çıxış edən üç komandadan biridir ("Neftçi","Qarabağ","Turan"). Lakin çox təəsüf ki Azərbaycan iş adamları tərəfindən bu komandaya diqqət yetirilmir.


Şərhlər:
Baxılıb: 349
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz