Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azıx mağarası nədən xəbər verir?
Azıx mağarası nədən xəbər verir?
Göndərən: Catwoman666
Şərhlər: 8
Baxılıb: 483
Səs ver:
Azərbaycanda insanların yaşadığı ən qədim mağara Azıx mağarasıdır. Bu mağara dünyanın ən qədim insan məskənlərindən biridir. Azıx mağarası Qarabağın Füzuli şəhəri yaxınlığında yerləşir. 
 
1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, əjdahaların yox, dünyanın ən qədim sakinlərinin (onları Azıx adamı adlandırırlar) yaşayış məskəni olub.
 
1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.
 
Azıx mağarasında, həmçinin ayının, şirin, kərgədanın, maralın, atın, qabanın və digər vəhşi heyvanların sümükləri tapılmışdır. 
 
Azıx mağarasında ocaq izləri və daş alətləri də tapılmışdır. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.
 
Azıx mağarasının sahəsi 800 kv.km.-dir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
 
Vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur.


Şərhlər: 8
Baxılıb: 483
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
tariximiz bilmeyimiz vagibdir
24 noyabr 2015 20:33
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
naz_vefa
Tekraladiqim yaxwi oldu bu hakda melumatim var idi
24 noyabr 2015 20:13
# 7
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Happy
Tekrar biliyin anasidi. Mektebde kechdiyim dersimi tekrarlamish oldum. Teshekkurler
24 noyabr 2015 17:03
# 6
arzum-aysum
Çox heyf ki, indi murdar erməni tapdağı altında qalıb
24 noyabr 2015 15:43
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Grsu
Bunlar haqqinda melumatim var
24 noyabr 2015 14:53
# 4
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Lola_Maya_
5ci sinifdə oxuduğum illər yadıma düşdü lap.Bir daha yaddaşdan keçirtdik Azıx mağarasın.
Təşəkkürlər.
24 noyabr 2015 12:36
# 3
BARBI
En sevdiyim magaralardan biridir. Bizim kecmisimizi tariximizi eks etdirir. Heyf ki dusmenler isgal edibler
24 noyabr 2015 12:06
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
evli.mutlu.cocuklu
men bele melumatlari sevirem
24 noyabr 2015 12:01
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz