Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan ordusu
Azərbaycan ordusu
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 478
Səs ver:
Azərbaycan Respublikası Hərbi İdarəsinin 1919-cu il sentyabr ayının 21-də verdiyi digər bir əmrdə isə deyilirdi: "Azərbaycan hökumətinin 1918-ci il iyunun 27-də Dövlət dili haqqında qəbul etdiyi qərara əsasən ölkə ərazisində, o cümlədən hərbi hissələrdə yazışmalarda türk dilindən istifadə edilsin. Bu məqsədlə mərkəzi Bakı şəhərində yerləşən Baş qərargahda zabitlərin türk dilini öyrənməsi məqsədilə iki mərhələli axşam kursları açılıb. Birinci mərhələ türk dilini tamamilə bilməyən hərbçilər üçün nəzərdə tutulub. İkinci mərhələdə isə türk dilini şifahi şəkildə bilənlər, ancaq onun yazılı qanun-qaydalarından, türk ədəbiyyatından və türk tarixindən xəbərdar olmayanlar savadlarını artırmalıdırlar... Hərbi nazir arzu edir ki, türk dilini bilməyən, ancaq Azərbaycan ordusunda hərbi xidmət etmək arzusunda olan bütün hərbçilər türk dilini və qrammatikasını öyrənmək məqsədilə təşkil edilən kurslarda bu dili öyrənsinlər. Belə kurslar hərbi hissələrin yerləşdikləri bütün ərazilərdə, hərbi müəssisələrdə və qarnizonlarda təşkil edilməlidir.” Həmin dövrdə orduda nizam-intizamın təmini, ordunun döyüş qabiliyyətinin artırılması daim diqqət mərkəzində olduğu üçün bu məsələlərə dönə-dönə qayıdılırdı.

Azərbaycan ordusu
Azərbaycan ordusunun formalaşmasında və təşkilində, onun döyüş qabiliyyətinin artırılmasında qardaş Türkiyədən gələn zabitlər mühüm rol oynadılar. Onların çoxu Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçdilər. Yeni yaranan Azərbaycan ordusu Qarabağın dağlıq hissəsində erməni qiyamının yatırılmasında tarixi bir vəzifəni həyata keçirdi. Bolşevik Rusiyasının əli ilə milli ordunun zabitlərinə divan tutuldu, 20 min nəfərdən yuxarı zabit və generallar məhkəməsiz güllələndi. Azərbaycan Respublikasının Sovet Sosialist Respublikası İttifaqı (SSRİ) tərkibində olduğu 1923-cü il yanvarın 1-dən sonrakı ilk 17 ildə (yəni Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə) Respublika vətəndaşları Sovet Ordusu tərkibində ümumi əsgəri mükəlləfiyyətə cəlb edilməklə yanaşı,Azərbaycanda bir milli atıcı diviziya da var idi. Həmin dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil edilmişdi və 1938-ci ilə qədər mövcud olmuşdur. 1924-1930-cu illərdə diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895-1938) olmuşdur. Sovet Ordusunun təşkili ərazi sistemindən sırf kadr sisteminə keçirildikdə (1938) həmin diviziya 77-ci diviziya adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil edilmişdi.

1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini əldə etdi. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi (MN), oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin (ASQ) yaradılması barədə qərar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi "Silahlı Qüvvələr günü” elan edilmişdir. Hal-hazırda Azərbaycan Ordusu Azərbaycan dövlətçiliyini, ərazi bütövlüyünü qorumağa qadir olan və regionda ən böyük ordudur.


Şərhlər: 5
Baxılıb: 478
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
_TəHLuKə_
Bir sozle Ali Baw komandanimizin dediyi kimi:"Azerbaycan guclu dovletdir ve onun guclu ordusu var"
3 yanvar 2016 19:32
# 5
Özün ol!Qəti özənmə özgələrinə!
aLoNe AnGeL
Allah ordumuzu qorusun-Amin!
31 iyul 2015 15:59
# 4
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Catwoman666
İnşallah ordumuzun gücü ilə Qarabağı alacıq! (belə deyə-deyə axırda əzrail gəlib bizi alacaq)

...666...
30 iyul 2015 15:18
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Allah Ordumuzdaki oqullari qorusun hifs etsin guc quvvet versun ki onlara dushmanla daima uz-uze doyushdediler rahat yerimizde oturmushuq halbuki onlar muharibe seraitinde daima vurushurlar,Ordumuz gucludur quvvetlidir dusmani bir chirmayla darmadaqin etmeye qadirdir
28 iyul 2015 21:33
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Azerbaycan ordusu quvvetli ve yenilmezdir.
28 iyul 2015 12:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz