Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Muğam haqqında
Muğam haqqında
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 681
Səs ver:
Muğam

Muğam üçlüyünə həsr olunmuş Azərbaycan filateliya məhsulu

Muğam — Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı.

Söz açımı

"Muğam" sözü ərəbcə "dayanacaq", musiqidə "səs qatarı" deməkdir. "Məqam" sözü simli alətlərdəki "pərdə" mənasına gəlir.

Fars dilində "muğam" sözünün qarşılığı "gah"dır və bəzi muğam terminlərində rast gəlinir: Yegah, Dügah, Segah, Çahargah, dəstgah. .

Yegah - Rast muğamının ikinci adıdır. Fars dilində işlədilən "Yegah” (birinci) sözünün mənası, ərəb dilində işlədilən "Rast” (düz, doğru, dürüst) ilə uyğun gəlir. Keçmişdə və hal-hazırda türk musiqisində "Rast”a bəzən "Yegah” da deyirlər.
"Dügah" fars sözüdür, tərcüməsi "iki mövqe, məkan, vəziyyət", məcazi mənası "2 vaxt" deməkdir. Məsələn, axşam-səhər, gecə-gündüz və s.
"Segah" "üç mövqe, məkan, vəziyyət" deməkdir. Forma etibarilə "Segah” muğamına baxsaq, onun 3 böyük hissədən ibarət olduğunu görərik. Bu hissələr "Zabol”, "Segah” və "Hissar-müxalif”dən ibarətdir.
"Çahargah" – qədim musiqi alimlərinin fikrincə, göy gurultusu ilə əlaqədardır. Məhz təbiətin bu hadisəsi ilə əlaqədar olaraq yaranmışdır. Üzeyir Hacıbəyov "Çahargah” muğamının dinləyicidə coşğunluq və ehtiras hissi oyatdığını qeyd edir. "Çahargah” muğamı Yaxın Şərq xalqları musiqisində ən çox şöhrət qazanmış muğamlardan biri, onların musiqisinə mənsub muğam köküdür.
Pəncgah Rast muğamının zil pərdəsidir. Bu hissənin ahəngi çox gərgin və ciddidir. "Pəncgah” şöbəsinin "Rast” dəstgahında tutduğu mövqe çox əhəmiyyətli olduğundan, "Rast” dəstgahı çox zaman "Rast-Pəncgah” da adlandırılır. Iran musiqisində də "Rast-Pəncgah” adlı muğamın olmasını fransız alimi Jan Dürinq özünün "İran musiqisinin ənənələri və mənşəyi” adlı elmi kitabında bir daha təsdiq edir.
"Şeşgah” və "Həftgah” muğam və şöbə adı kimi heç bir mənbədə qeyd olunmayıb. Lakin, Əfrasiyab Bədəlbəylinin"İzahlı monoqrafik musiqi lüğəti” kitabında bu adlar diatonik səs düzümünün 6-cı Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti” - Şeşgah və 7-ci səsi Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti” - Həftgah kimi şərh olunur. Burada maraqlı bir sual meydana gəlir. Necə olur ki, eyni kökə sahib olan bu say adlarının bir qismi muğam və şöbə adı, digər qismi isə səs düzümünün pərdələri kimi adlanır?

"Dəstgah” (ər., far. dəst – komplekt + gah – mövqe, məqam, məkan) – müəyyən muğam tərkibinə daxil olan bütün şaxələr, şöbələr, guşələr, rədiflər, rənglər və təsniflərin küll halında, məntiqi inkişaf qaydası üzrə mütəşəkkil məcmusu.

Qədim muğamlar

Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi.

12 əsas muğam bunlar idi: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz. 6 avazat isə Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaştdan ibarət idi.

XIV əsrin axırlarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq, bu möhtəşəm musiqi «binasının» divarları əvvəllər çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır.

Yaxın Şərq xalqları uçub dağılmış bu «musiqi binasının» qiymətli «parçalarından» istifadə edərək, özlərinin «lad tikinti» ləvazimatı ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni «musiqi barigahı» tikmişdir. Təbiidir ki, 12 klassik muğamın adları və həmçinin bu muğamların özləri də böyük dəyişikliklərə uğramışdır: əvvəllər müstəqil hesab olunan muğamlar bəzi xalqlarda şöbə halına keçir və yaxud əksinə, əvvəllər şöbə hesab olunan musiqi sonralar müstəqil muğama çevrilir. Yenə də bu qayda ilə, muğam və onun şöbələrinin eyni adları ayrı-ayrı xalqlarda müxtəlif məna ifadə edirdi.

İndiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam «Rast»dır. Bu muğam kökünün möhkəm və məntiqli olması onun adının mə'nasına tamamilə uyğun gəlir. «Rast»-düz, doğru deməkdir. Qədim musiqişünaslar «Rast»ı muğamların anası adlandırırdılar. «Rast» muğamı yalnız öz adını və səsqatarını deyil, hətta öz mayə (tonika) ucalığını da zəmanəmizə qədər mühafizə etmişdir. Bütün Yaxın Şərq xalqlarında «Rast» muğamının quruluşu və mayə ucalığı eynidir. Bu mayə kiçik oktavanın «sol» səsindən ibarətdir. Aşağıdakı müqayisədən aydın olur ki, indi bizim kicik oktavanın «sol»u adlandırdığımız ton hələ antik dövrdə «Rast» ladının ucalığını göstərirmiş. Ərəb İran və Avropa musiqişünaslarına görə, qədim yunanlar yeddi səma cisimlərindən hər birinin Pifaqor tərəfindən icad edilmiş 7 tondan birinə müvafiq olduğunu zənn edirlərmiş. O tonlar bunlardır :
Bəzi insanlar muğam dinləmirlər.Amma mən əminəm ki,muğam digər mahnılardan daha çox insanı sakitləşdirir.


Şərhlər: 6
Baxılıb: 681
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
men sevmirem milli musiqileri hele hec vaxt mugama qulaq asmaram yeni ozumden asli deyil rock ve hip hop musiqi terzi seven birinin mugama qulaq asmamasi normaldir mence
27 may 2015 19:29
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
GünƏşimƏ_AiD_
Milli musiqilerimizi cox sevurem ve dinleyirem.Mugamada wulaq asiram amam cox yox.
Hem milli musiqilermizi oynamaqi dinlemeyi dehshet cox sevirem.
Musiqiye hevesim her sheyden cox olduqu ucun bu sheyler haqda melumatim vardi.yende tekrara etmisholdum cox tshk edirem.
İnsan oz milli musiqileri haqda bilmelidi.
27 may 2015 17:05
# 5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Fialka
Muğamata o qədərdə qulaq asmasam da növləri haqqında məlumatım var və hər səsi gözəl olan səlis muğam oxuya bilməz onunda öz oxunma texnikaları var hansı ki, mütləq öyrənməlisən.
27 may 2015 15:20
# 4
vipbetul
bizim Muqam dunyada meshurdur gozelliyi shirinliyi insanin ichini silkeliyir,tebiki her kes Muqami dinlemeli Seygahi Suru ayird etmelidir
26 may 2015 23:32
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Mugami cox dinleyen deyilem. Ama haqqinda her bir melumata sahibem.
26 may 2015 22:58
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Bezisini bilirdim bilmediklerimi oyrendim cox sagolun eslinde bunu hamimiz bilmeliyik
26 may 2015 22:43
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz