Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
SSRİ-nin 10 dəhşətli sirri
SSRİ-nin 10 dəhşətli sirri
Şərhlər: 16
Baxılıb: 926
Səs ver:
Azərbaycanın da 71 il tərkibində olduğu bu dövlətdə sirləri gizli saxlamağı çox sevirdilər.

Artıq çoxdan ölmüş və barəsində əfsanələr danışılan dövlətin çox az insanın məlumatlı olduğu 10 sirrini təqdim edir:

1. Dünyanın ən nəhəng atom qəzası (o dövr üçün).

Nəhəng nüvə fəlakəti dedikdə, ilk olaraq ağlımıza Çernobıl və Fukusima gəlir. 1957-ci ildə Rusiyanın cənubunda yerləşən Kıştım şəhərində baş vermiş üçüncü ən böyük nüvə fəlakətindən isə xəbərimiz yoxdur. Kıştım partlayışında 11 000 insanı evi dağılmışdı, 270 000 insan isə radioaktiv təsirə məruz qalmışdı. Mərkəzi Kəşfiyyat İdarəsi bu qəzadan 1976-cı ildə xəbər tutmuşdu. O zaman sovet mühaciri Qərb mətbuatına bu barədə danışmışdı.

2. Sürülən (idarəedilən) ay proqramı

ABŞ prezidenti Con Kennedi 1961-ci ildə elan edir ki, ABŞ onilliyin sonunadək Aya adam göndərməlidir. Kennedinin o açıqlamasına qədər kosmik planda Sovetlər İttifaqı liderlik edirdi. SSRİ kosmosa ilk heyvan və ilk insan göndərən dövlət idi. Lakin 20 iyul 1969-cu ildə Nil Armstronq Aya gedən ilk insan kimi SSRİ-ni bu kosmos yarışında geridə qoyur. Sovetlər İttifaqının rəsmi şəkildə iştirak etmədiyi bu yarışı 1990-cı ilə qədər təkzib edirdi və özlərinin sürülən ay proqramının olduğunu inkar edirdi. Çünki hər kosmik proqram uğurla başa çatmadıqda onu gizli saxlamaq lazım idi.

Sоvetlər İttifaqı bu proqramın bir hissəsini 1981-ci ilin avqustunda, 1971-ci ildə orbitə buraxılmış Kosmos-434 Avstraliya atnosferasına keçdikdə açıqlamışdı. Avstraliya hökuməti peykdə atom materiallarının ola biləcəyindən narahatlığını bildirdikdə, SSRİ Xarici İşlər Nazirliyi peykin eksperiment ay gəmisi olduğunu açıqlamaq məcburiyyətində qalmışdı. Bir neçə belə hadisələrdən sonra SSRİ-nin Ayda insan yerləşdirmə proqramı 1976-cı ildə bağlanmışdı.

3. Yaradıcılıq xəzinəsi

Qərb jurnalistləri və diplomatları 1990-cı illərdə Özbəkistanın uzaq Hukus şəhərində gizlədilmiş sirli muzeyə dəvət edilirlər. Muzaydə stalin rejiminin əvvəllərində tarixi qoyulmuş yüzlərlə incəsənət əsərləri saxlanılırdı. Həmin rejim rəssamları Kommunist partiyasının ideyallarına uyğun əsərlər yaratmağa məcbur edirdilər. Rəngarəng burjua yaradıcılığı fabrik şəkilləri ilə əvəzlənmişdi və o dövrün rəssamlarının yaradıcılığının böyük hissəsi itirilmişdi.

Kolleksioner İqor Savinski olmasaydı, o əsərlərin hamısı məhv edilə bilərdi. Savinski rəssamları və onların ailələrini işlərini ona etibar etmələrinə inandıra bilmişdi. Kolleksioner bu əsərləri 100 kilometrlərlə səhralıqlarla əhatə olunmuş Nukus şəhərində gizlətmişdi.

4. Kosmonavtın ölümü

Sovetlər İttifaqı dəfələrlə kosmonavtları öz tarixindən silib. Məsələn, kosmosa göndərilən ilk kosmonavtın həlak olduğu gizlədilmişdi. Valentin Bondarenko 1961-ci ilin mart ayında kosmik yarışın məşqində ölmüşdü. Onun varlığından dünya yalnız 1982-ci ildə xəbər tutur, bu fakt yalnız 1986-cı ildə ictimai şəkildə etiraf edilir. Əsəbi zəif olanlar isə növbəti abzası oxumasalar yaxşıdı.

Bondarenko izolyasiya edilmiş barokamerada məşq edərkən qaçılmaz səhvə yol verir. Bundan sonra o, əynindəki tibbi ötürücünü çıxarır və dərisini spirtlə silir. Sonra isə pambığı özünə çay qaynatmaq üçün istifadə etdiyi qızmar plitkanın (qızdırıcı elektrik cihazı) üstünə atır və pambıq alışır. Kosmonavt alovu öz paltarının qolları ilə söndürmək istədikdə, 100% oksigendən ibarət atmosfer onun geyimini alışdırır. Qapının açılmasına bir neçə dəqiqə lazım olur. Ona qədər isə ayaqlarının altından başqa kosmonavtın bütün bədəni üçüncü dərəcəli yanıq alır. Bandorenkonun dərisi, saçları və gözləri yanmışdı. O, "çox ağrıdır... nə isə edin" deyə pıçıldayırdı. 16 saatdan sonra o, keçinir.

5. Kütləvi aclıq - tarixin ən pis kütləvi qırğınınlarından biri

1932-ci ildəki kütlıvi aclıqdan çoxunun xəbəri var, lakin bu faktı gizlədənlərin cəhdlərini qiymətləndirməmək olmaz. Sovet İttifaqı siyasəti 1930-cu illərdə məqsədli və ya məqsədsiz şəkildə milyonlarla insanın ölümünə səbəb olmuşdur. Düşünə bilərik ki, belə bir faktı xarici dünyadan gizlətmək çətindi, amma Stalin və onun tabeçiliyində olanlar bunu inkar etməyi bacardılar.

Dünya SSRİ-dəki bu aclıqdan xəbərsiz idi. Stalin xarici komissiya üçün əvvəldən hazırlanmış turlan təşkil edirdi: ərzaqla dolu mağazalar, hər yanda çalıb-oxuyan məktəblilər və fəhlələr. 1937-ci ildə əhali qeydiyyata alınanda artıq aclıq bitmişdi. Minlərlə insanın aclıqdan ölməsindən bəşəriyyət yalnız 70 ildən sonra xəbər tutur.

6. Katın güllənməsi

Как и в случае с голодом 1932 года, международное отрицание Катынского расстрела заслужило для этих убийств первое место в этом списке. 1940-cı illərdə XDİK əməkdaşları Polşadan olan 22000-dən çox əsiri öldürdü və kütləvi qəbiristanlıqda dəfn etdilər. Rəsmi versiyalara əasasən, bunun məsuliyyəti faşist qoşunlarının üzərində idi. Həqiqət yalnız 1990-cı ildə tanındı. Güllələnməni təkcə Sovet Birliyinin deyil, həmçinin ABŞ və Böyük Britaniya liderlərinin köməyilə gizlətmək mümkün oldu.

Uinston Çörçill özünün qeyri-rəsmi söhbəti zamanı təsdiqlədi ki, çox güman ki, güllələnmə "çox qəddar ola bilən” bolşeviklər tərəfindən törədilib. Bununla belə, təkid edirdi ki, Polşa hakimiyyəti ittiham etməkdən əl çəksin, öz mətbuatına senzura qoysun. Çörçill həm də münaqişənin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən müstəqil araşdırılmasının qarşısını da almağa kömək edib. Böyük Britaniyanın Polşadakı səfiri isə bunu "İngiltərənin yaxşı nüfuzunun qatillərin iynə ilə gizlətdiklərini gizlətmək üçün istifadə etməsi” kimi təsvir edib. Franklin Ruzvelt həm də istəmirdi ki, güllələnmələrə görə günah Stalinin üzərində qalsın.

ABŞ hakimiyyətinin Xatın qırğınının həqiqi səbəbkarlarını bilməsi haqqında dəlillər 1952-ci ildə parlament dinləmələri zamanı açılmışdı. Bundan başqa, həmin hadisələr haqqında həqiqəti danışan tək hakimiyyət nasist Almaniya hakimiyyəti idi.

Çörçill yazırdı: "Belə hadisələrdə hakimiyyət yalnız ümumi düşmənləri ittiham edir”.

7. Ekranoplan

1966-cı ildə amerikaya məxsus casus peyk başa çatmamış rus hidroplanını aşkar etdi. Təyyarə ABŞ-ın sahib olduğu istənilən hava gəmisindən böyük idi. O, o qədər böyük idi ki, mütəxəssislərin qiymətləndirməsinə görə, onun qanadları arasındakı məsafə təyyarəyə yaxşı uçmağa imkan verməzdi. Daha qəribəsi isə o idi ki, təyyarənin mühərrikləri qanadlarından çox, burnuna daha yaxın idi. Amerikalılar çaşıb qalmışdılar və bu çaşqınlıq 25 il sonra SSRİ dağılana qədər də davam etmişdi. O zamanlar Xəzər Dənizi Divi adlandırılan bir ekranoplan imiş – təyyarə ilə gəminin qarışığına bənzəyən nəqliyyat vasitəsi suyun cəmi bir neçə metr üzərində uçurdu.

Bu qurğular, əlbəttə ki, çox faydalı idilər. Onlar radarlara tutulmadan yüzlərlə əsgəri, yaxud da bir neçə tankı 500 km/saat sürətlə daşıya bilərdilər. Həmçinin yanacağa müasir hava yük gəmilərindən daha çox qənaət edirlər. Sovet İttifaqı Boinq 747-dən 2,5 dəfə böyük, 8 reaktiv mühərrikli və damında 6 nüvə başlıqlı (tankların daşınması üçün istifadə olunacaq reaktiv təyyarə-gəmidə başqa nə quraşdırmaq olardı ki?) belə bir qurğu hazırlamışdı da.

8. Tarix boyu raketlə bağlı ən dəhşətli qəza

Sağlamlıq və təhlükəsizliyə qarşı biganə münasibət nüvə tullantıları ilə kifaytələnmirdi. 1960-cı il oktyabrın 23-də Sovet İttifaqında yeni gizli P-16 raketinin buraxılışına hazırlıq gedirdi. Yeni yanacaq növü istifadə edən raketin yerləşdiyi buraxılış qurğusunun yanında çoxlu mütəxəssislər var idi. Raket azot turşusu axıdırmış – bu halda yeganə doğru qərar yaxınlıqdakı hər kəsin təxliyə edilməsi idi.

Amma layihəni idarə edən Mitrofan Nedelin axıntı olan yeri yamamağı əmr etdi. Partlayış baş verən zaman buraxılış meydançasında olan hər kəs həlak oldu. Alov şarı meydançanın örtüyünü əritmək üçün kifayət qədər isti idi, buna görə qaçmaq istəyənlər də olduqları yerdə yapışıb qaldırlar və diri-diri yandılar. Hadisə nəticəsində yüzdən çox adam həlak odlu. Bu, tarixdə baş verən ən dəhşətli faciə olaraq qalır.

Sovet təbliğatı dərhal öz işinə başladı. Bildirilirdi ki, Nedelin aviaqəzada həlak olub. Partlayış haqqında xəbərlər isə SSRİ-də yayılan şayiələr kimi təqdim olunurdu. Hadisənin baş verməsi ilk dəfə 1989-cu ildə təsdiq olundu. Qəzada həlak olanların xatirəsinə isə abidə ucaldıldı (Nedelinə deyil). Nedelin rəsmən qəhrəman olsa da, qəzaya hər hansı aidiyyatı olan insanlar Nedelini ona əmanət edilən yüzlərlə insanın ölümündə təqsirli biri kimi xatırlayırlar.

9. Çiçək xəstəliyinin partlayışı (və qarşısının alınması üzrə proqram)

1948-ci ildə Sovet İttifaqında Aral dənizi adasında bioloji silahla məşğul olan gizli laboratoriya yaradılmışdı. Laboratoriya sibir xorası və bubon taununun silaha çevrilməsi ilə məşğul olurdu. Onlar həmçinin çiçək xəstəliyi silahı hazırladılar və hətta 1971-ci ildə açıq havada sınaqdan keçirdilər. Hadisələrin müəmmalı toqquşması nəticəsində çiçək xəstəliyinin canlanması üçün hazırlanan silahın açıq havada aktivləşdirilməsi nəticəsində həqiqətən də bu xəstəliyi canlandırdı. 10 adam xəstələndi, 3-ü öldü. Yüzlərlə adam karantinə yerləşdirildi, həmçinin 2 həftə ərzində yaxın ərazilərdə olan 50 min insan bu xəstəliyə qarşı peyvənd əldə etdilər.

Hadisə haqqında məlumat yalnız 2002-ci ildə geniş yayıldı. Lakin Moskva yenə də baş verənləri qəbul etmirdi. Bu, acınacaqlı hal idi, belə ki, bu hadisədən dərs götürmək olardı ki, bioloji silah terrorçuların əlinə düşsə, necə olardı.

10. Onlarla (düjünlərlə) şəhər

Rusiyanın cənubunda heç bir xəritədə göstərilməyən bir şəhər mövcuddur. Buraya nə avtobus reysləri var idi, nə də ki, onun varlığını təsdiqləyən yol işarələri. Poçt ünvanları isə Çelyabinsk-65 kimi göstərilirdi, hərçənd ki, oradan Çelyabinskə qədər demək olar ki, 100 kilometr məsafə var idi. Onun indiki adı Ozörskdur. İçərisində on minlərlə adam yaşamasına baxmayaraq, 1986-cı ilə qədər şəhərin mövcudluğundan Rusiyanın özündə də xəbərsiz idilər. Gizliliyin səbəbi burada işlənmiş nüvə yanacağının emal edilməsi üzrə zavodun olması ilə bağlı idi. 1957-ci ildə bu kombinatda partlayış baş verdi. Lakin gizliliyə görə, qəzanın Ozörskdan bir neçə kilometr aralıda olan şəhərdə baş verdiyini dedilər. Bu, Kıştım şəhəri idi.

Ozörsk SSRİ-nin onlarla gizli şəhərlərindən biridir. Hal-hazırda 42 belə şəhər məlumdur. Lakin güman edilir ki, daha 15-ə yaxın şəhər hələ də gizli olaraq qalır. Bu şəhərlərin sakinləri ölkənin digər sakinlərindən də yaxşı qidalarla, məktəblə, rahat şəraitlə təmin olunurdular. Hələ də bu şəhərlərdə yaşayanlar öz təcrid olunmalarından yapışırlar – bu şəhərlərə baş çəkməyə icazə verilən çox az olan yadlar isə mühafizəçilərin müşayiətində olurlar.

Getdikcə daha çox qloballaşan dünyada çoxları bağlı şəhərləri tərk edirlər. Ola bilsin ki, bu şəhərlərin daha nə qədər gizli qala biləcəyinin müəyyən həddi var. Bununla belə, bu şəhərlərin çoxu öz ilkin funksiyasını eyrinə yetirir – bu istər plutoniumun istehsalı olsun, istərsə də dəniz donanmasının təmin edilməsi olsun.


Şərhlər: 16
Baxılıb: 926
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Sitat: lelos
şükür müsteqil dövletik

Inanin musteqil adlandirdigimiz biz ...helede asliligimizdan bir cox isteklerimizden mehrumuq.Musteqil adlandirilan yerden cox yazmaq olar sadece birilerinin meslehetine ve bununla beraber soz verdiyim ucun susmagi ustun tuturam)
18 aprel 2015 01:24
# 16
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
bunlarin bezileri haqqinda melumatim vardi
17 aprel 2015 23:34
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Bilmirdim hec birini,melumatlandirdiginiz ucun cox sagolun!
17 aprel 2015 18:28
# 14
Kadın derin ama adam yüzme bilmiyor...
Catwoman666
sukur ki indi musteqilik ve hec bir dovletden asli deyilik!
17 aprel 2015 16:30
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
Rakella
Bir Allah bilir indide ne qeder sirleri varsa rusiyanin
17 aprel 2015 16:14
# 12
Impossible is not a word,it's just a reason for someone not to try
lelos
şükür müsteqil dövletik
17 aprel 2015 15:51
# 11
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
emis
her biri heqiqetendi dehsetli qezalar olub. Allah uzaq elesin.10 cu qeza maraqgimi cekdi bes yol yox idise nece gedibler oranin movcud oldugunu bilibler xertiye dusmememei qaranliq qaldi
17 aprel 2015 14:40
# 10
Meleknur
Yaxwi ki azad olke olmuwug SSRİ dovrunde yawamirig
17 aprel 2015 14:11
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Antikvar
Rusiyanin Cernobilde bas veren atom sizmasi insanlari cox pis hala salan video carxlarini izlemisem.Hemen sehher helede bosdu az -az insanlar gedib o tereflere bas ceker.Getdikleri zamanda evlerine girdikde evlerinin ne halda oldugu dehsetnamiz sehnedi.Hemen vaxtlarda hamile olan qadinlarin usaqlari dunyaya geldiyi zaman dehset derecede eybecer usaq simasini aliblarmYa rexit,ya heyvana benzeyen uz cizgileri,yada basqa daxili xestelikler.Boyuklerde balacalardan ferqli deyiller.
4-cu kosmavanatin olumu necede pis olub.Yaziq 16 saat o yaniq agrilarina nece dozubse.
10-cu yazilanlarda maraqli oldu.Indide bele yerler movcuddu sadece xeberimiz yoxdu.Moskovada ele yerler varki hemen yer ve mekana daxil olduqda ...her neyse gizli qalsin)
17 aprel 2015 13:57
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Tomris Müslümova
yaxsi ki o dovrde yasamamisiq ee.ne eziyyet cekibler insanlar
17 aprel 2015 13:22
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
Çernobil qezasi bütün dünyaya öz tesirini göstermişdi Azerbaycandada ağaclar yanibmiş
17 aprel 2015 13:04
# 6
SVETA
aliceWOnDer
Vay SSRİ dövurundə yaşamaq hec istəməzdim
17 aprel 2015 12:55
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
aziz a
Kosmonavtin yanmasi lap dehsetli.olub, yaziq.
17 aprel 2015 12:25
# 4
Qelbim doludu !!!!
Fialka
Görünən o ki, artıq bu hadisələr sirr deyil, indinin özündə də kim bilir nə qədər sirrlər var hansı ki, heç kəsin xəbəri yoxdu...
17 aprel 2015 12:18
# 3
Nezka
Dəhşətlidi hamısı
17 aprel 2015 12:12
# 2
İçimi görsən mənə aptek alarsan.
BARBI
Her biri dehsetli hadiselerdi hansiki minlerle insan helak olub
17 aprel 2015 12:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz