Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Növbəti stansiya "Qarabağ”
Növbəti stansiya
Göndərən: Qlamurr
Şərhlər: 14
Baxılıb: 582
Səs ver:
Növbəti stansiya "Qarabağ”

Nədənsə mənim ağlıma ideyalar çox vaxt metroda gəlir. Elə bir neçə şeirim də burada peyda olub. Yəqin, bu da mənim üçün yerin altının yerin üstündən daha çox maraqlı olmasındandır.  Amma, bu "yerin altını da bilir, üstünü də” anlamına gəlməsin. Çünki, mən çox şey bilmək istəyən adamlardan deyiləm. Həm də, düşünürəm ki, insan çox şey biləndə, Allahın belə, işinə qarışır. Odur ki, elə buralarda olmaq lazımdır.  Bir tərəfdən də metro mənə ona görə maraqlıdır ki, burada "biz kimik, kim olmaq istəyirik?” kimi suallara cavabfason nəsə tapmaq olur. Nə də olmasa, hamımız buradayıq axı.  Xoruz banlamamışdan əvvəl metroya minənlər var. Belə ki, çoxunun gününün əvvəliylə axırı metroya bağlıdır, ömrümüz metrodan keçir. Zamandan qiymətli heç nə yoxdur, deyirlər. Elə buna görə də, metronu "yeraltı xəzinəmiz” də adlandırmaq olar.

Bizdə şair adını, qəhrəman adını daşıyan metrostansiyalar var. Bu yaxşı haldır. Ona görə yaxşı haldır ki, uzaq keçmişdə, yaxın keçmişdə yaşamış, böyük adla tanınmış şəxsiyyətlərimizə dəyər veririk, unutmuruq, başımız aynıyanda onlar haqqında düşünürük.

Götürək elə rəhmətlik xalq qəhrəmanı, eloğlu Koroğlunu. Mən elə gəlir ki, Koroğlunun ruhunun bizdən inciməyə haqqı yoxdur. Çünki, onun adını daşıyan metrostansiya var, açmışıq. Heykəlini də ucaltmışıq. Ta nə istəyəsidir ki? 7777 dəlisinin hamısının adını əbədiləşdirəsi deyilik ki!  Amma, burada düşünməyimiz gərəkən bir məsələ var. Gəlin, bu məsələni çözmək üçün özümüzə 1-2 sual verək. Qəhrəman kimdir? Kimə qəhrəman deyilir? Aydın məsələdir ki, vətən uğurunda, döyüşən, canından keçən insanlara qəhrəman insanlar deyilir. Diqqət edin a, vətən uğurunda!  Deməli, qəhrəmanın qəhrəman olmasına vəsilə vətəndir. Qəhrəmanlar vətəni, vətən də qəhrəmanları yaradır. Eləysə, biz də diqqətimizi həm də vətənə yönəltməliyik.  Biz bu gün müharibə şəraitində yaşayırıq və torpaqlarımızın bir hissəsi düşmənlərimizin  əlindədir. Bizim o torpaqlara ayaqlarımız dəymir. Dəyər inşəAllah. Cənab prezidentin siyasəti nəticəsində bu problemin həllini tapacağına naümid olmayaq. Bu elə-belə məsələ deyil. Dünyanın o boyda Rusiyası, Yekə Qərb dövlətləri var. Onlar qarışmasa, erməni nəkarədir ki?! Onlar olan yerdə erməninin üstünə şığımaq şam işığının elektrik lampasından daha parlaq olduğunu zənn etməyə bənzər. Boşuna qırılmağın nə faydası var ki! Ona görə də, səbrli olmaq lazımdır. Siyasi fürsəti gözləməliyik. Ancaq elə səbrli olmalıyıq ki, bu səbr bizə o torpaqları unutdurmasın.

Tarixən böyük imperiyalar olub və onlardan bu gün əsər-əlamət qalmayıb. Deməli, Qarabağın torpaq olaraq, ərazi kimi işğalından daha böyük faciə, onun bizim mənəvi xəritəmizdə, könül Azərbaycanımızda  işğalıdır. Bunu da düşmən edə bilməz, etsək-etsək özümüz edərik. Qarabağın cismi bizdə deyil, onun ruhu isə bizdədir və biz bu ruhu qorumalıyıq. Bu gün dünyada soyqırım reallığı, Qarabağ mədəniyyəti müəyyən vasitələrlə təbliğ olunur. Dövlət buna xüsusi diqqət yetirir və bu lazımdır da. Məncə, bu mənada, əsas diqqəti özümüzə də ayırmalıyıq. Yəni, "dünyanı dəyişmək üçün, özündən başla” prinsipinə dünyanı dəyişmək üçün deyil, elə özümüzü dəyişmək üçün əməl etməliyik.

Deyəcəksiniz ki, bu bəni-adəm metrodan başlayıb, gedib Qarabağa çıxdı, oradan da özümüzə yol aldı. Bəli, elə mənim də demək istədiyim budur. Düşünürəm ki, gələcəkdə açılacaq metrostansiyaların birini "Qarabağ”  adlandırmalıyıq. "Qarabağ” futbol klubumuz var, "Qarabağ” metrostansiyamız niyə olmasın?! Deyirlər ki, əgər bir ağıllıya 39 gün dəli desən, 40-cı gün həqiqətən dəli olar. Bu psixoloji məsələdir. Biz də hər gün "növbəti stansiya Qarabağ” eşitdikcə, psixoloji olaraq, Qarabağa köklənmiş olarıq.Və bu bizə ATƏT-in monitorinqlərindən daha çox lazımdır. Əgər bizim millət olaraq, niyyətimiz Qarabağ olsa, mənzilimiz də Qarabağ olacaq.

"Qapılar bağlanır, növbəti stansiya Qarabağ. Hörmətli sərnişinlər, əlillərə, vətənpərvər analara yer verin!!!”

Yusif Nazim


Şərhlər: 14
Baxılıb: 582
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Nə qədər ki,Rusiya istəmir,torpaqlarımız,Qarabağımız işğal altında qalacaq,çünki Rusiya ermənilərin arxasında durub işğalçılıq siyasətini yeridir,Azərbaycan kiçik ölkədi,nə həddinə ki,Rusiya,Abş kimi hegomon dövlətlərə qarşı çıxsın,sadəcə siyasətin qurbanlarıyıq...
Redaktə edənə təşəkkür...
14 aprel 2015 21:02
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
allah ermeniye lenet etsin ciyy
14 aprel 2015 17:18
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Zeynep_Fatih
Inwallah Qarabagi alariq
14 aprel 2015 17:10
# 12
emis
insallah bur gun o torpaqlarimizda gonul rhatligii ile gedib ayaq basa bilerik.ama ermenistanin arxasinda rusiya bes bizim? adi var ki turk duracaq oda ingilis bayragi kimi gah o terefe esir gah da bu terefe hec kime inanmaq olmur n bilim teki Allah axirini xeyir elesin. ama men istemirem muharibe olsun sulh olsun isteyirem. her gun nece neferimiz sehid olurlar, onlarin ne gunahlari var axi. gece yata bilmrik sesden butun gunu atirlar yene ta bilmirik mesqdimi yoxsa atismadimi. duzdu biz biraz aralida olsaqda gullenin sesi evimizin icine kimi gelir. Allahimiza dua etmekden basqa caremiz yoxdu bizim elimizden birce dua etmek gelir.
14 aprel 2015 16:09
# 11
vipbetul
her bir seye Qarabaq adi vermekle Qarabaqin adini yashatmaqla Qarabaqi qaytarmaq olmaz,Qarabaqi qaytarmaqcin mubarize aparmaq lazimdir sebrle deyil gucle silahla danishmaq lazimdir kimse bize Qarabaqi durduqmuz yerde veren deyil,biz adlarimizi deyishib Qarabaq etsek bele quru addan bize fayda olmaz,Qarabaqi almaq cetin meseledi ona goreki Qarabaqda gozu olan ordan gelirler menfettler goturen olkeler coxdur,yalandan balaca ciliz ermeni kopekleri altinda ishlerini gorurler,halbuki her kes her seyi coxx gozel bilib susur ne yaziqki
14 aprel 2015 15:12
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
inşaallah gün geler o gözel qarabağimiz işğaldan azad olar,qaçqin düşenlerimiz öz yuvalarina döner tezlikle,inşaallah amin,növbeti stansiya qarabağ,niyyetin hara menzilinde ora,inşaallah yaxşi olar her şey.
14 aprel 2015 14:26
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Meleknur
Mene maraglidi İlham Eliyev deriy Azerbaycan guclu dovletdi ve Azerbaycanin guclu ordusu var bes niye almir ko torpaglarimizi niye seferberliy etmir? Bu deyqe coxlu miqdarda pul teklif etse vermeye razi olarlar belke de ya da pul nie teklif edir ki oz torpaglarimizi almag ucun seferberliy etsin alsin deyir birde guclu dovletiy bu movzu her defe acilanda eseblewirem ki gucluyuyse alinsinda torpaqlarimiz
14 aprel 2015 13:29
# 8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Antikvar
Dogru qeyd olunub qarsimizda qalan bir olke var oda Rusiya...Sirf bu Rusiya ucbatindan helede addimlamaq istediyibde ala bilmediyimiz torpaqlarimiz var.Ne qeder Ermenistanla aralarinda bezi naraziciloqlari olsada yenede onlarin arxasinda qalmaqdan imtina etmirler.Halbuki bir Ermenistani mehf etmek biz Azerbaycanlilar ucun nediki?Bir gece yeterlidi onlari ordan cixartmaq.Rusiya deyilmi bir gunde krimi aldi...Artiq basqa ne hereket ede bildi ukrayninilar.Oz olkesini mehf etmekden basqa bir qzanclari olmadi.Rusiya ABS sozuyle yeri de oturdacaq qeder ozlerine guvenirler.Amma cox teesuf ki,kimlerese gore oz torpaqlarimiza catmaqda cetinlik cekirik.Bir gun torpaqlarimiza dogru irellemek bizlerede qismet olar.Amma o gune qeder hansi siyasi yollar rol oynacaq bilmek olmaz....
14 aprel 2015 13:19
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
naz_vefa
Teki vetenimizin iwaq altindaki torlaqlari alinsin allah butun esgerleri qorusun vetenimizi olar qoruyur menim niwanimda olarin icinde aminnnnnnnnnnnnnnnnnnn butun esgerler saq salamat gelsin aminnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn
14 aprel 2015 13:18
# 6
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Nur k-off
İnşAllah torpaqlarimiz tez bir zamanda geri alinar bizim buna gucumuz catir hem yaxşi Mübariz kimi ogullarimiz hemde yaxşi silahlarimiz var
14 aprel 2015 13:13
# 5
SVETA
Nezka
Ən çox getmək istədiyim yerlərdən biridi
14 aprel 2015 13:00
# 4
İçimi görsən mənə aptek alarsan.
guler19
aıllahin komekliyi ile o torpaqlarimiz geri qayidar ve ermənilerde layiqli cəzaların alarlar inşALLAH və inşALLAH növbəti stansiyamız Qarabağ olar amin
14 aprel 2015 12:43
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Niyədə olmasın, niyyətimiz hara mənzilimizdə inşAllah Qarabağ olsun , bir gün Qarabağ düşmən tağdağından xilas olar və doğma yurdlarından didərgin düşən həmvətənlilərimiz öz doğma torğaqlarına ayaq basarlar inşAllah Amin.
14 aprel 2015 12:16
# 2
BARBI
insallah bir gun o gozel yerlere getmek nesib olar teki vetenimizin isgal olunmus torpaqlari geri qaytarilsin
14 aprel 2015 12:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz