Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vətənimiz Azərbaycan
Vətənimiz Azərbaycan
Şərhlər: 15
Baxılıb: 1055
Səs ver:
Vətən bizim yaşadığımız kənddən,şəhərdən qəsəbədən,rayondan başlanır.Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən,dibi görünməyən yamyaşıl meşələrdən ,durna gözlü bulaqlardan,çoşqun çaylardan,mavi göllərdən başlanır.

Vətən müqəddəsdir,ülvidir.Onun hər şeyi dağı,daşı,torpağı,suyu,səması bizim üçün əzizdir,doğmadır.

Əgər öz yaşadığın yerin,ozuyub təhsil aldığın,boya-başa çatdığın torpağın keçmişini,bu gününü yaxşı bilməsən,onun sərvətini qoruma,çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan,sən əsl vətəndaş ola bilməzsən.

Vətən…BU kəlmə nə qədər də mənalı və dərindir.Deyilişi şirin olduğu kimi,məzmunu,qayəsi də yüksək və hikmətlidir.

Biz ona dedikde vətəni,vətən dedikdə anamızı düşünürük.Çünki vətən də bizə anamız qədər doğma,anamız qədər əzizdir.Ana müqəddəsliyi vətən müqəddəsliyi,vətən ucalığıdır.

Mənim vətənim Azərbaycandır.Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm,bütün varlığımla bu füsunkar diyara bağlıyam.Mənim vətənim gözəlliklər məskəni,gözəlliklər diyarıdır.Mən vətənimin laləli çöllərini,zirvəsi ağ örpəkli,ətəyi yaşıl meşəli dağlarını,coşqun çaylarını,füruzə qaşlı üzüyə bənzər güllərini,şır-şır axan bulaqlarını canımdan artıq sevirəm.Yaşıl ormanlar,mavi səma,ağ çalmalı dağlar,dərələrdən axan şəffaf çaylar,yurdumun füsunkarlığını birı-min artırır.Təbiətin əfsanəvi gözəli Göygölə kim vurulmaz?!
Azərbaycanımın, Odlar diyarımın gözəllikləri haqqında şairlərimiz,yazıçılarımız çoxlu əsərlər yazmış,bəstəkarlarımız musiqi bəstələmiş yazıçılarımız öz əsərlərində dolğun əks etdirmişlər.
Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur,heç vaxt öz təravətini və gücünü itirmir və elə buna görədir ki,insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır,göyün bütün işığı və nuru onun qəlbinə,fikrinə dolur.Mən də bütün qəlbimdə ana ocağa,ata yurdum Azərbaycana – Odlar diyarına,bu müqəddəs torpağa bağlıyam.Onun fərəhi mənim fərəhim,onun kədəri mənim kədərimdir.

İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir.Sonsuz əngəlliklərə,doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər,hələ beşikdə çırpınan balaca körpələrimizin ürək qəlbləri ancaq bu nəğməni zümzümə edir.Bu nəğməni hərə bir cür oxuyur.Onu döyüş harayi,Koroğlu nərəsi,qılınc zərbəsi ilə də oxuyanlar olub.Bulaq pıçıltısı,qadın isməti,Nigar vəfası,Həcər sədaqəti ilə oxuyanlar da.

Mənim də qəlbimdə doğma yurduma həsr etdiyim öz nəğməm var.Bu nəğmənin hər kəlməsi Vətəndir,hər notu,hər səsi Vətən sevgisi ilə yoğrulmuş əzəli və əbədi bir musiqidir.

Mən öz Vətənimi – doğma Azərbaycanımı hədsiz məhəbbətlə sevirəm.Mənim müqəddəs borcum Vətənə,onun çiçəklənməsinə xidmət etmək,Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır.Xüsusən indiki vaxtda , Vətən ərazisinin 1/5 hissəsinin yağı tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və mən bütün qanımla,bütün canımla onu qorumağa hazıram.Mən bu gün Vətənə borcumu oxumaqla,sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla,iqtisadiyyatın və mədəni-siyasi müxtəlif sahələrində çalışmaqla verəcəyəm.Vətəni qorumaq ,onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi,vətəndaşlıq borcudur.

Vətən sevgisi nədir?İlk baxışdan mücərrəd görünən bu anlayış əslində konkret əməllərdə təzahür edir.Vətəni sevmək,Vətən naminə yaşamaq,ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət,peşə sahibi olmağa lüzum yoxdur.Fəhlə də,həkim də,alim də Vətən üçün yaşaya,öz əməli ilə Vətənin şöhrətini artıra bilər.Kifayətdir ki,ürəkdə təpər,istək,təəssübkeşlik olsun.Əsgər döyüş meydanlarında vuruşur,Vətən qarşısında borcunu səngərdə yerinə yetirir.Fəhlənin,mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti artır.Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər.

Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla,Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur.
Vətən torpağı bizim üçün səcdəgahdır,toxunulmazdır,müqəddəsdir.Əsl vətəndaş odur ki,öz vətənini öz qəlbi ilə,cani ve qanı ile sevir.Onun azadliq ve istiqaliyyəti uğrunda hər an canını qa verməyə hazirdır.İnsan həyata bir defe gəlir və bir dəfə nə vaxtsa köçüb gedir.Lakin Vətən uğrunda canıdan keçən qərəmanlar əbədi bir həyata qovuşur,ölənlərdən sonra şərəflə yad edirlər.

Ana Vətenimiz Azerbaycan Cavanşir,Babək,Koroğlu,Mehdi,Qafur,Hezi kini igidlər yurdudur.Bu qəhrəmanlar Vətəmizin azadlığı,xoş həyatı namiə mübarizə aparmış,bu yolda öz canlarını da qurban vermişlər.

Fikrləşirəm ki, niyə bıs indi elə igidlər qəhrəmanlar yetişdirmiş bu torpaq?Hanlı igir Babəklər,Qoç Koroglular,Qaçaq Nəbilər?Bəlkə keçmişimizə güvənib bu günümüzü itirmişik.

Fikirləşdikcə də nə qədər səhv düşündüyümü,səhvə yol verdiyimi anlayıram.Şəhidlər Xiaybanı yaıma düşür.Şəhid ruhralı qarşısında özünü müqəssir görür,Fikirlərimdən özüm utanıram.Həyatda nakam getmiş bu vətən övladlar doğma yurda sədaqət rəmzi,məhəbbət sinvoludurlar.Onlar vətən uğrunda vuruşmuş,vətən uğrunda canlarını qurban vermişlər!Eşq olsun belə qəhrəmanlara.Eşq olsun onların amalına məskəninə!Bax budur esl vətəndaşlıq borcu,vətəndaşlıq amalı.

Vətən müqəddəsdir,vətən əzizdir.Bizim bütün sevgilərimizin əvvəlidə,axırıda vətənlə bağlıdır.

Mən "Vətən” anlayışını müqəddəsliyini dahi Üzeyirin Koroqlu verturasını dinləyəndən,Sabirlə Mirzə Cəlili oxuyub dərk etməyə başlayandan duymuşam.Bu müqəddəslik mənim qəlbimə ana laylası ilə,ana zümzüməsi ilə axıb,Vətən təkcə torpaq,yurd-yuva deyil.Vətən bizik,hamımızıq.Onun dünəninə də,bu gününə də və sabahına da hamımız cavabdehik.Əməyimizlə lazım gəlsə
canımızla və qanımızla.
Vətən dəyişmir, satılmır,köhnəlmir,qocalmır.O tabe qismətidir,ulu yaradan tərəfindən bizlərə bəxş olunub.Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur.O əbədi və əzəlidir.Onun göylərində əcdadlaımızın ruhları dolaşır.Bu vətəni bizlərə babalarımız ərmağan etmişlər.Əcdadlarımız onun uğrunda vuruşmuşlar,qan tökmüşlər,yağılardan qorumuşlar.Bu vətəndə övladlarımız dünyaya gələcək…

Vətən yalnız üstündə gəzmək,qayğısız ömür sürmək,sərvətlərinə,gözlərinə baxıb güllənmək üçün bu məkan deyildir.Biz vətənimizlə qurur duyduğumuz kimi,həmdə onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq.

Mən də öz ölkəmin vətəndaşıyam.Vətən qarşısında məndə bütün həyatımı,bütün varlığımı borcluyam.Lazım gələrsə,vətən uğrunda hər an canımı qurban verməyə hazıram.Bu,təkcə mənim yox,mənim kimi bütün gənclərin fikridir.Biz hər an vətənin keşiyindəyik,hər an canımızla,qanımızla onu müdafiyə etməyə hazırıq.


Şərhlər: 15
Baxılıb: 1055
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
naz_vefa
Qurban olum vetenime
4 aprel 2015 22:02
# 15
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
adsiz-a
men fexr ediremki men Azerbaycanliyam? men musulmanam,amma herden qic qic adetlerimize ras qelende deyirem men niye azeri oldum amma bu cox tesaduf halda olur

Sitat: adsiz-a
men fexr ediremki men Azerbaycanliyam
men musulmanam,amma herden qic qic adetlerimize ras qelende deyirem men niye azeri oldum amma bu cox tesaduf halda olur
3 aprel 2015 19:30
# 14
aliceWOnDer
Vetenimi cox sevirem
3 aprel 2015 19:27
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
my_angel
Vetenimin bir zerre qeder torpağını bir dünya qızıla deyişmerem,men fexr edirem ki, men AZERBAYCANLIYAM....
3 aprel 2015 18:35
# 12
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Menim balam
Men Azerbaycanliyam 01
3 aprel 2015 17:29
# 11
Melek5
Mən Həqiqətən Fəxr Edirəm ki,AZƏRBAYCAN'lıyam
3 aprel 2015 16:58
# 10
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Ayselina
Vətənimiz haqqında gözəl inşadır..
3 aprel 2015 16:16
# 9
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Mrs.Pianist
Hara gedirsen get,,Amma Vetenden gozel hec yer ola bilmez.
3 aprel 2015 16:09
# 8
Acısı çox olan qizların guluşu gozel olur.!
Dosta_inam
Vetenime qurban onun suyuna havasina qurban.gözel sözlerdir ne qeder danişsan bitmez bir hissdir.teşekkür
3 aprel 2015 15:59
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
tek kelmeyle. gezmeye basqa olke,Olmeye Veten yaxsi.hara gedirsek gedek Vetencin darixiriq
3 aprel 2015 13:59
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Vətən haqqında nə qədər danışsaqda azdı, hara getsəndə vətən kimisi yoxdu...inşanı bəyəndim hər şey haqqında ətraflı məlumat verilib.
3 aprel 2015 13:28
# 5
Catwoman666
sağolun

inşa yazmaq lazım olanda istifadə edə bilərəm)))))
3 aprel 2015 12:33
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
cox gozel yazilib...sagolun!!
3 aprel 2015 12:28
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Vetenimi cox sevirem onu hec bir yere deyismerem .
3 aprel 2015 12:25
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Vetenm
3 aprel 2015 12:09
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz