Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bərəkət mövsümünüz xeyirli olsun!
Bərəkət mövsümünüz xeyirli olsun!
Göndərən: zayka15
Şərhlər: 11
Baxılıb: 672
Səs ver:
Tarixin dərinliklərindən üzü bəri xalqımızın hər il bayram kimi qarşıladığı Novruz sırf elmi həqiqətlərə əsaslanır.
Yəni bu mövzuya dini motivlərlə deyil, dəqiq təbiət hadisəsi kimi baxmaq ən doğru yanaşmadır. Novruz yaz bərabərliyi, yəni gecə ilə gündüzün bərabərliyindən başlayır və həmin anda Yer kürəsi fəzada bir bürcdən başqa bir bürcə keçir. Məlumdur ki, biz dini bayramlarımızı hicri-qəməri təqvimi ilə qarşılayırıq, Novruz isə hicri-şəmsi təqvimi ilə ilin başlanğıcıdır. Hicri-şəmsi təqvimi təbiətin oyanmasını, zəhmət mövsümünün, ruzi-bərəkət fəslinin başlanmasını start nöqtəsi kimi götürür. Əgər diqqət yetirirsinizsə, Novruzun bütün atributları - səməni, yumurta, cürbəcür şirniyyatlarla bəzədilmiş bayram xonçası, xüsusilə də paxlava və şəkərbura, bərəkət rəmzi sayılan plov, mərasimdə söylənən nəğmələr, ev-eşiyin, həyət-bacanın təmizlənməsi, ötən ildən qalanların tonqalda yandırılması məhz bu yenilənməni, təzə bir mövsümün başlanmasını xarakterizə edir.
Bu bayramda süfrələr açılar, evlərdən evlərə dəvətlər gedər, küsülülər barışar, unudulmuşlar yad edilər, nişanlı qızlara bayram xonçası gedər... Niyyətin xoş olarsa, hər mətləbdən xeyrə bir qapı, bir çıxış yolu tapa bilirsən. Bu mənada Novruz min illərdir ki, xalqımız içində barış, əmin-amanlıq, səmimyyət, paylaşma duyğularının inkişafına dəstək olub.
Uşaqlar bu bayramda sevinər, ağsaqqallar, ağbirçəklər təbrikə gələcəklərin yolunu gözləyərlər.
Novruz bizim minillik milli bayramımızdır. Heç şübhəsiz ki, bu günlərdə sizin də yolunuzu gözləyən, pay uman, xoş söz istəyən sevənləriniz var. Onları unutmayın! Qapıları açın ki, qapınız açılsın, sevindirin ki, sevinəsiniz!
Novruz bayramınız, zəhmət-bərəkət mövsümünüz üzünüzə xeyirliyə açılsın!


Şərhlər: 11
Baxılıb: 672
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
arzum-aysum
xeber gecikib deyəsən, amma bir daha bahar bayraminiz mubarek. Xeyirli, ugurlu, bol ruzi bərəkətle gelsin. amin.
heleki qar, yagis imkan vermir
31 mart 2015 23:44
# 11
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Mrs.Pianist
Yazi daha chox sevirem.Tesekkur
31 mart 2015 17:48
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
sufrelerimiz daima bol ruzili saqliqli gan ailemize daimi xosbextlikler getirer bu iller bizlercin insallah
31 mart 2015 15:57
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
novruz bayrami oz gelisi beraber istiler yasilliqlar da getirdi tebietimize her yan yasillasdi yagislar basladi butun fesiller kimi yazida cox sevirem tesekkur edirem
31 mart 2015 15:56
# 8
Qlamurr
Novruz bayramı sırf təbiətin oyanışı deməkdi,özüylə yazı gətirir,yaz da ən çox sevdiyim fəsildi.
31 mart 2015 15:18
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Catwoman666
yazi men de cox sevirem. yayi ondan da cox sevirem
31 mart 2015 15:03
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
istini yani yayi yazi cox sevirem
31 mart 2015 15:02
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
KRALİCEM
En cox sevdiyim fesil yaz feslidi
31 mart 2015 13:48
# 4
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Fialka
Xalqımızın qədim adət ənənələrini əks etdirən bir bayramdır və baharın gəlişini hamı qeyd edir məndə çoxları kimi bahar fəslini, novrz bayramını sevirəm.
31 mart 2015 13:30
# 3
BARBI
Mende novruz bayramini cox sevirem xususende bahari getirdiyi ucun
31 mart 2015 12:18
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Novruzu cox sevirem...yani Novruz bayramini, basqa cur basa dusmeyin:)ha ha ha...
31 mart 2015 12:14
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz