Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səməni saxla məni
Səməni saxla məni
Göndərən: guler19
Şərhlər: 18
Baxılıb: 1470
Səs ver:
Neçə illərdir ki, səməni baharın rəmzinə çevrilib. Novruz bayramı ərəfəsində hansı qapıdan içəri girsən, bayram süfrəsində incə belinə qırmızı kəmər bağlanan nazlı gəlin - yaşıl səmənini görmək olar.
Novruz bayramının atributlarından biri də səmənidir. Səməni bərəkət nişanəsi kimi xalqımızın düşüncəsində mühüm yer tutur. Səməni təbiətin oyanışını, təbiətin gəlişini özündə təcəssüm etdirir. Səməninin il təhvil olunan saatda bayram süfrəsinə qoyulması məhz təbiətin canlanmasından xəbər verir. Həmçinin o, məhsuldarlıq, bolluq rəmzi kimi başa düşülür.Səməni — həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur.
Səməni, saxla məni,
İldə göyərdərəm səni
Sən gələndə yaz olur
Yaz olur, avaz olur.
Xoşdur dədənin sazı,
Yazda ötkəm avazı.
Səməni, can səməni,
Göyərdərəm mən səni.

«Səməni, saxla məni, ildə göyərdərəm səni» deyən ulularımız yazın başlamasını təbiətin yenidən canlanması kimi qiymətləndiriblər. Səməni hər il mart ayında əsasən ilk iki çərşənbədən sonra, Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilir, Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerdə qoyulur.
          
 Səməni sözü mənşəyinə görə Sem/Som kökündən törəmişdir. Doluluq, saflıq bildirir. Monqol dilində isə söz semen şəklindədir. Monqolcada sem gizlilik, sirr mənaları daşıyır. Som/Soma sözü türk dilində özündə qürur, şərəf və iz, işarə kimi mənaları da ehtiva edir.
Qədim Azərbaycanda "həyat və əbədiyyət çiçəyi” hesab edilmiş səm (səmən) çiçəyi təbiətin başlandığını göstərdiyinə və bir sıra təbii-müalicə xüsusiyyətlərinə görə müqəddəs hesab edilmişdir.Qədim azərbaycanlı səmi, yazın başlanması, təbiətin "dirilməsi” simvolu olmaq mənasında "həyat və əbədiyyət” çiçəyi adlandırmış, onun özünün, çubuqlarının, şirəsinin və ondan hazırlanmış xüsusi "xörəyin” ömür uzatmaq qabiliyyətinə malik olduğuna etiqad etmişdir.Bu çiçəyin, doğrudan da, insan ömrünü uzatmaq qabiliyyətinə malik olması barədəki etiqad nəğmənin bu misralarında yaşamaqdadır:
Səməni, saxla məni,
İldə göyərdərəm səni”.

İndi süfrəmizə bəzək kimi qoyulan səməni bütün dünyada həyat və sağlamlıq rəmzi kimi məşhurdur. Səməni həm də nəsilartırma, müqəddəslik rəmzidir. Səməni həlimi, suyu, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Başım, dişim ağrımasın,
Ağrılarım yarımasın,
Düşmənlərim qarımasın.
Cancığazım üzülməsin,
Gözlərimə süzülməsin.
Səməni, ay səməni
Göyərdərəm mən səni.
Səməni, can səməni,
Gözlərimə işıq ver,
İşıq ver, yaraşıq ver.
Dizimə taqət gəlsin,
Qoluma qüvvət gəlsin.
Yazda könül şad olur,
Damağımda dad olur,
Qada, illət yad olur,
Səməni, ay səməni
Göyərdərəm mən səni.

Novruz bayramı süfrəsinə qoymaq üçün əsasən "Səməni”, yaxud "Suman” halvası bişirilir...
Keçmişdə səməninin istər əzilib şirəsinin çıxarılmasında, istərsə də bişirilməsində bütün el iştirak edirdi. Buna qatılan un da bir evdən deyil, iştirak edən bütün evlərdən yığılır. Səməninin içərisinə sındırılmış badam, bu mümkün olmadığı təqdirdə isə, sındırılmış fındıq salırlar. Hər evə verilən paya bundan da mütləq bir dənə salınmalıdır. Lakin bir adət olaraq bunu yeməzlər, gələn il səməni vaxtına qədər saxlayarlar. Xalq buna xeyir-bərəkət gətirən bir amil kimi baxır.
Artıq qatılaşmağa üz qoyan səməni qaynamağa başlayanda dənəciklər atır ki, buna səməninin fındıq atması deyirlər. Bu zaman səməni bişirən qoca qarı ona fındıq, yaxud badam salır. Mərasim də bu zaman başlanır. Qadınlar dəstə ilə səməni qazanının başına dolanıb yallı gedib və səs-səs verib oxuyurlar:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam
Səməni bezanə gəlmişəm,
Uzana-uzana gəlmişəm.

Səməniyə həsr olunmuş Azərbaycanın milli rəqsi də mövcuddur. Səməni ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.


Şərhlər: 18
Baxılıb: 1470
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Semeni qoymaq bizim ata terefden nesle dushmur inanclaridi
18 mart 2015 00:52
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
semeni qoymuşam duzdu biraz seyrekdi ama yola vermek olar .novruz en sevdiyim bayramdi hamiya düşerli olsun inşallah
17 mart 2015 16:20
# 17
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Mrs.Pianist
En sevdiyim bayramdi.))
17 mart 2015 16:05
# 16
Acısı çox olan qizların guluşu gozel olur.!
tek umidim sen
Semenilerimiz boyuyub artiq... Uje xonca da bezedim 08
Bayraminiz mubarek qizlar)
17 mart 2015 16:00
# 15
Kadın derin ama adam yüzme bilmiyor...
emis
menimde yadimnan cixmisdi semeni qoymaq her il qoyurduq bu il nenemgilden getirdim bu il insallah her birimize duserli her birimiizn sufresi ruzili bereketli olsun wiyin
17 mart 2015 15:20
# 14
Qlamurr
Səməni Novruzun əsas atributu,yəni baharın gəlişi ilə torpaq oyanır,hər tərəf yaşıllaşır,bir sözlə səməni simvolik məna daşıyır.Qoyulması da elə bir zəhmət,vaxt tələb etmir.
17 mart 2015 15:07
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ayka
Sitat: aynur2002
Novruz bayrami el bayramidir.Bu bayrami hamimiz qeyd etmeliyik.

duz dedin baci milli bayramimizdi yeni il biim milli bayramimiz olmamasina baxmayaraq boyuk temteraqla qeyd edilir novruz da ele olmalidir

bu il semenini almiwiq ustunde quw ve guller var xirda mamamin yadindan cixmiwdi qoymaq ona gore
17 mart 2015 14:55
# 12
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Tomris Müslümova
bizde mamam qoyur yay gelir diyeee novruzu her il hevesnen gozluyurem
17 mart 2015 13:47
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
cinqosh
Mənim üçün bu bayram Novruz yox, "Nevroz" bayramıdı!!! adi vaxt salamımı dilucu alan, məni adam yerinə qoymayan qonşum indi , "bala, axşam şəkərbura bişirəcəm , gəlib naxış vurarsan." Evdən çölə çıxmaq istəmirəm, nolsun ki, evdə də telefon var. 5 ildi məni itirib axtarmayan cicimin cicisinin cicisi mənə zəng vurub " a bala axşama qoğal bişirəjəm, gələrsən yağlamağa, qoja arvadam dana, gəl köməy elə" oooooffffff. 18
17 mart 2015 13:42
# 10
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Fialka
Hər il Novruz bayramında səməni qoyuram xoşum gəlir.
17 mart 2015 13:19
# 9
pessimist girl
cox sevirem Novruzu.semeni qoymusam gorum nece olacaq 1ci defedi
17 mart 2015 13:11
# 8
Allahima sukur meni qizima qovusdurdu...cox xosbextem..
Sevgi Meleyi
En sevdiyim bayramlardan biridir NOVRUZ BAYRAMI..
17 mart 2015 13:08
# 7
love love love
SEVGI DENIZIM
semeni qoymuram ancaq cox sevirem bu bayrami
17 mart 2015 13:06
# 6
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
aynur2002
Novruz bayrami el bayramidir.Bu bayrami hamimiz qeyd etmeliyik.
17 mart 2015 12:39
# 5
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
BARBI
Novruz bayramini cox sevirem ama hec vaxt semeni becermirem cunki hec sevdiyim atribut deyil
17 mart 2015 12:38
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
duzu xeberi oxumaga sebrim catmadi amma semenisiz Novruz olmaz. esas atribut Semenidir. yawil rengi de tebietin canliligini bildirir eele. yeni yurdumuza bahar geldiyini bildirir etarfin canlandiginin gostericiisidir
17 mart 2015 12:29
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
canr
Novruzun simvoludur semeni.Bayraminiz mubarek
17 mart 2015 12:08
# 2
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
Menim balam
Fondaki şekil çox beyendim.
17 mart 2015 12:03
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz