Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Naxçıvan bölgəsi
Naxçıvan bölgəsi
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 1239
Səs ver:
Naxçıvan bölgəsində ən geniş yayılmış növlər badam, şərq palıdı, fıstıq, qoz, söyüd, ağcaqayın, yabanı armud və çoxsaylı dərman bitkiləridir. Xüsusilə Ordubad əriyi və limonu ilə məşhurdur.
Burada qızmar yay və ilıq payız fəsli Bayan-Şiraz, Təbrizi və Şirazi kimi yüksək keyfiyyətli üzüm növləri yetişdirməyə imkan verir. Bağçılıq da yaxşı inkişaf etmişdir. Burada heyva, alça, armud, şaftalı, ərik və badam yetişdirilir.
Naxçıvanın heyvanlar aləmi də zangindir. Burada ən geniş yayılmış qoyun cinsi balbas adlanır. Balbas cinsli qoyunlar məhsuldarlığı və ağ, yumşaq yunu ilə seçilir. Bu qoyunların yunundan xüsusilə xalçaçılıqda geniş istifadə edilir.
Muxtar Respublikada (MR) faydalı qazıntı yataqları çoxdur. Burada məşhur Badamlı, Sirab, Vayxir, Naqacir və Qızılgcir mineral su bulaqları vardır. Naxçıvan öz duzu ilə də məşhurdur. Bu duzdan yalnız mətbəxdə deyil, həm də müalicə məqsədi ilə də istifadə olunur.
Mineral su bulaqlarının yaxınlığında çoxsaylı kiçik göllər var. Bu göllərdən ən məşhuru – mənzərəli alp çəmənlikləri arasında dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən gözəl Batabat gölüdür.
Ən qədim dövrlərdən başlayaraq Naxçıvanda dekorativ-tətbiqi sənət növləri geniş yayılmışdır. Onların ən məşhur növləri ipəkçilik, xalçaçılıq, güləbətin işləmə, naxışlı toxuma, bədiimetal işləməsi və ağac üzərində oyma sənətləridir.
Naxçıvanın zəngin və çeşidli mətbəxi, yüksək səviyyəli qonaqpərvərlik ənənələri vardır.
Azərbaycanda, həmçinin Naxçıvanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Elə buna görədir ki, çörəyin çeşidli növləri var: təndir lavaşı, qalın, dəstana, kömbə və s.
Naxçıvan mətbəxində parça bozbaş, küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. yeməklərə geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun «qarası» növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından(ərik, gavalı, alça və s.), göyərtilərdən və sair istifadə etməklə hazırlanır.
Naxçıvan mətbəxi xəmir xörəkləri ilə - əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaqla- məşhurdur.
Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama,dovğa, ayranaşı, qurutaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var.
Naxçıvan mətbəxi yeməklə bərabər cürbəcür şərbətlər, meyvə şirələri, şorabalar, salatlarla zəngindir. Naxçıvanın özünəməxsus şirniyyatlarından Ordubad qayqanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və s. geniş yayılıb.
Ordubad bölgəsi bir sıra özəllikləri ilə də seçilir. Məsələn, qoz, gül, badımcan mürəbbələri, maş şorbası, alana – basdıq kimi xörəkləri, lavaşı və quru (qaxac) meyvələri ilə tanınır.
Maş şorbası Ordubad rayonunun ən məşhur yeməkərindəndir. Ordubadda quru maş lobyadan və təzə maşdan (yaşıl lobya) çox istifadə olunur. Yayda bu yeməklər təzə qoyun əti ilə, qışda isə qovurma ilə bişirilir. Qovurma öz yağında bişən qoyun ətidir. Qızardılmış qoyun əti elə oz yağındaca qazan və ya verdələrə yığılır və sərin yerdə saxlanılır. Qovurma həm sulu, həm quru yeməklərə əlavə olunur. Onun dadı qeyri-adidir, çox ləzzətli olur.
Naxçıvanda toy adətləri bəzi xüsusiyyətlərinə görə fərqlənir. Naxçıvan diyarında çaldırılan toy-nişan məclislərində qız evində cavan qız-gəlinlər "haxışta" adlı halay sayağı rəqs ifa edirlər.
8-12 iştirakçıdan ibarət olan iki dəstə cərgə ilə qabaq-qabağa dayanıb əl-ələ tuturlar. Sonra ifaçılardan biri sonu "haxışda" kəlməsilə bitən bir bayatı oxuyur, o birilər bu sözü təkrar edərək əl çala-çala, oynaya-oynaya qarşı cərgəyə, oradan da əks cərgəyə keçirlər. Oxuya bilməyən sıradan çıxmalı və bir ayaq üstə atılıb-düşərək rəqs etməlidir.


Şərhlər: 14
Baxılıb: 1239
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
hec olmamiwam orda
25 fevral 2015 01:31
# 14
Sucan
Men getmemisem naxsivana ama deyirler cox gozel yerdi getmeyimi cok isterdim
24 fevral 2015 22:43
# 13
Qlamurr
Dayım oğlu Naxçıvanda təhsil alır,onun danışıqlarından Naxçıvanın gözəlliyini bilirəm....
24 fevral 2015 18:39
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Nergizz
Naxcivan haqda ne qeder yazsalarda bitmez,en gozelide havasidir,cox temiz havasi var,

men teyyarede hiis edrem havasini,naxcvana kecen kimi
24 fevral 2015 18:35
# 11
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
naxçıvan balası
Qızz Aysel indi biletini al uç NAXÇIVANA pilot mende sene qabaq çıxıram indiyol
24 fevral 2015 17:33
# 10
sona
Azerbaycanin her guwesi gozeldi. Naxcivanda olmamiwam ama olmaq isterdim
24 fevral 2015 17:29
# 9
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
tek umidim sen
Sitat: naxçıvan balası
Aaa menim canım NAXÇIVANIM , Azerbeycanımız bütün böşgeleri kimi NAXÇIVANDA eşi benzeri olmayan gözeliyi adet eneleri var ,hele lehçemizi demirem ,
Canım bacılarım ne vaxt isdeseniz buyrun gelin NAXÇIVANIN qapıları üzünüze sonuna qeder açıqdı 08

gelejem sizee... 02 Ne vaxt gelim??

Xebere gore tesekkur edirem.... maraqla oxudum
24 fevral 2015 16:05
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
naxçıvan balası
Aaa menim canım NAXÇIVANIM , Azerbeycanımız bütün böşgeleri kimi NAXÇIVANDA eşi benzeri olmayan gözeliyi adet eneleri var ,hele lehçemizi demirem ,
Canım bacılarım ne vaxt isdeseniz buyrun gelin NAXÇIVANIN qapıları üzünüze sonuna qeder açıqdı 08
24 fevral 2015 13:30
# 7
cinqosh
Vətənimiz Azərbaycanın bütün bölgələri gözəldir.
24 fevral 2015 13:12
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
AYKA-ISI
naxcivanli balasi bacimizin bolgesi mende getmek isterdim ama nerde adetleride maraqli geldi tewekkurler
24 fevral 2015 12:59
# 5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Menim balam
Naxçivanda olmamişam ama getmek istiyirem
24 fevral 2015 12:38
# 4
Melissa
naxcivanda olmamisam
24 fevral 2015 12:36
# 3
xeyalperest
getmemisem ama gormek isterdim.bizim butun bolgelermiz gozeldi twk
24 fevral 2015 12:20
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Naxcivan en cox gormek istediyim yerlerden biridir cox gozel yerdi ama getmey nesib olmayib
24 fevral 2015 12:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz