Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarabağ xalçaçılıq məktəbi
Qarabağ xalçaçılıq məktəbi
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 669
Səs ver:
Azərbaycanın cənub–qərbində yerləşən Qarabağ  bölgəsinin xalçaçılıq məktəbi dağlıq və aran zonalarında inkişaf etmişdir. X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Tuğ, Köhnə Tuğlar, Muradxanlı, Qasımuşağı, Bağırbəyli, Dağ Tumas kəndləri əsas rol oynayırdılar.
Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli.
Bu xalçalar Qarabağın dağlıq hissəsində Horadiz, Malıbəyli, Muradxanlı, Daşbulaq və bir çox başqa qəsəbələrdə istehsal olunurdu. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Füzuli, Ağdam və Bərdə xalça istehsalında əsas yer tutur.
"Qarabağ xalçası”, "Aran xalçası”, "Bağçadagüllər xalçası”, "Balıq xalçası”, "Buynuz xalçası”, "Bərdə xalçası”, "Qoca xalçası”, "Qasımuşağı xalçası”, "Ləmbəran xalçası”, "Muğan xalçası”, "Malıbəyli xalçası”, "Xanqərvənd xalçası”, "Xanlıq xalçası”, "Xantirmə xalçası”, "Çələbi xalçası” və s. xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.
XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər məişət əşyalarının üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – "Bağçadagüllər xalçası”, "Saxsıdagüllər xalçası”, "Bulud xalçası” və s. çeşnilər toxunurdu.
Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfüqi simmetriya prinsipi üzrə mövzunu dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsas yer tuturdusa, sonralar ovçuluq süjetinə marağın azaldığı aydın görünür. Xalçalarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilmişdi. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerini bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir.
Qarabağ xalçalarının rəng-boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşəratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı xalq arasında "qırmız böcəyi”, "qurd qırmız”, "palıd cücüsü” deyilən həşəratdan alınırdı.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, hazırda erməni işğalı altında inləyən Qarabağımızın bütün milli sərvətlərini mənimsəyən bu azğın düşmənləri qabaqlayıb, öz sərvətlərimizə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur.


Şərhlər: 14
Baxılıb: 669
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
heyifki mende bacarmiram
31 yanvar 2015 09:26
# 14
ayan97
Aay kaski mende toxuya bilseydiiimmm 18
31 yanvar 2015 01:42
# 13
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ece uslu
xalca toxumaq cetin iwdi
30 yanvar 2015 23:51
# 12
EsmaNur
tesekkür
30 yanvar 2015 18:24
# 11
FISTIK
menim nenem toxuyub cavan vaxtlarinda.
30 yanvar 2015 17:29
# 10
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Bestoş
tesekkurler 30
30 yanvar 2015 16:42
# 9
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Mrs.Pianist
Təşəkkürlər
30 yanvar 2015 16:19
# 8
Acısı çox olan qizların guluşu gozel olur.!
aynur2002
Xalca toxumaq dogrudan da cetin isdir.
30 yanvar 2015 16:12
# 7
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Tomris Müslümova
cetindiye ama xalca toxumaq
30 yanvar 2015 14:36
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
arzum-aysum
Heyf indi bizim xalçaları ermeniler öz adları ilə sərgilərdə nümayiş etdirir
30 yanvar 2015 14:03
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
emis
toxumagi sevirem am toxuya bilmirem evveller bilirdim indi yadimnan cixib
30 yanvar 2015 12:50
# 4
Fialka
Qarabağ xalçaları öz orijinallığına görə bənzərsizdir,inşAllah düşmən tapdağı altında olan torpaqlarımız bir gün geri qayıdar
30 yanvar 2015 12:38
# 3
AYKA-ISI
mende toxumaq isterdim

mende toxumaq isterdim
30 yanvar 2015 12:21
# 2
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
BARBI
Cox gozel el isleridir bu xalcalar
30 yanvar 2015 12:08
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz