Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 630
Səs ver:
Naxçıvan Muxtar Respublikası (1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Şimalda və Şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), Qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 11 km), Cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Muxtar Respublikanın Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan Cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araza doğru uzanaraq, Naxçıvan MR-i Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır.

1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur[3].

1 yanvar 2014-cü ilə olan vəziyyətə əsasən Muxtar Respublika inzibati cəhətdən yeddi rayona və Naxçıvan şəhər inzibati ərazi dairəsinə bölünmüşdür; bu inzibati vahidlərdə 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla toplam 219 yaşayış məntəqəsi yerləşir.[1][4] Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.


Şərhlər: 17
Baxılıb: 630
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
hec olmamiwam orda
15 yanvar 2015 01:17
# 17
talis balasi
Gozel seherdi deyirler orda biraz hava soyuq olur mende soyuqu cox seviremdee
14 yanvar 2015 21:45
# 16
emis
Naxcivan gozel yerdi heqiqeten
13 yanvar 2015 16:53
# 15
Gulu-Qezi
OLMAQ ISTEREM
13 yanvar 2015 16:05
# 14
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Menim balam
Naxçivanda olmamişam, aparan olsa getmek isteyerem
13 yanvar 2015 16:02
# 13
arzum-aysum
Bezi melumatim var idi.
13 yanvar 2015 14:44
# 12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Cox getmek isterdim naxcivana
13 yanvar 2015 14:10
# 11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
isveç.de
Çox istərdim Naxçıvanda gəzməklərdə olum.
13 yanvar 2015 13:51
# 10
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
sia
Bir cox taniwlarim var Naxcivanli olmamiwam Naxcivanda Inwallah yolum duwer bir gun
13 yanvar 2015 13:41
# 9
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Alok
Canim Naxcivanim.Men Naxcivanli deyilem iki ildi burda yawayiram.Rayonumdan oz dogma Vetenimden sora ikinci dogma weherdi menim ucun.Cox gozel temiz sade weherdi.Yawamaga deyer.O qeder oyrewmiwemki buralara.
13 yanvar 2015 13:37
# 8
''Anne olmadan anlayamazsın'' derdi annem melekler Ne kadar da haklıymış.Şimdi ona itiraf ediyorum ne kadar haklı olduğunu,gülümsüyor,gözleri doluyor anneciğimin.
canr
Menim yoldasimin ana terefi Naxcivanlidir.Ama hele getmemisem.Isterdim
13 yanvar 2015 13:28
# 7
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
Tomris Müslümova
mene maraqli geldi MINGECEVIR haqqinda da bele xeber hazirlasaz cox sad olaram
13 yanvar 2015 13:23
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ay.dan
Naxcivanda hemiwe olmAg istemiwem .emim oglu her il gedir duzdaga.wekilleri cekib cox gozel weherdi
13 yanvar 2015 13:11
# 5
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Madina
Cox maraqli xeberdir,her azerbaycanlinin veteni haqda melumati olmalidir,twk
13 yanvar 2015 12:56
# 4
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
xeyalperest
Hm bildim ama kaş şekillerde olaydi twk
13 yanvar 2015 12:55
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
uliçka
təşəkkür
13 yanvar 2015 12:39
# 2
Həyat kino kimidir,ən marağlı anında bitir
Qlamurr
Bu qədər bilmirdim....tşk ...
13 yanvar 2015 12:37
# 1
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz