Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəki - Azərbaycanın qədim şəhəri
Şəki - Azərbaycanın qədim şəhəri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1539
Səs ver:
Ümumi məlumat
Şəki - Azərbaycanın qədim şəhəri.Şəki şəhəri respublikanın şimal-qərbində Böyük Qafqaz dağının ətəklərində, Kiş çayının konusunda, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda yerləşir.Böyük Qafqaz Silsilə dağlarının cənub ətəyində, mərkəzi regionlardan uzaqda- təcrid olunmuş bir məkanda yerləşir. Şəhər sahib olduğu gözəl mənzərə ilə adamı heyran edir. Qədim şəhər olan Şəki Yaxın və Uzaq Şərq ölkələrinin ticari yollarını Qərblə birləşdirən Böyük Qafqaz Silsilə dağlarının cənub ətəyində yerləşir. Şəki ilk öncə Kiş çayının sol sahilində yerləşmiş və 1772- ci ildə baş vermiş palçıq vulkanından sonra indiki yerində yenidən qurulmuşdur. Narınqala bu fəlakətdən dərhal sonra tikilmişdir. Yeni qurulmuş şəhər Nuxa kəndinin yanında yerləşdiyindən bir müddət Nuxa adıyla adlandırılmış, 1960-cı ildən sonra isə öz əvvəlki adını bərpa edərək Sak tayfalarının adına əsaslanan Şəki adına qayıtmışdır.

1999-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən Şəki şəhərində 63112 nəfər əhali qeydə alınmışdır. Bu da ümumi rayon əhalisinin 40,1%-i deməkdir. Onların da 39,2%-ni kişilər, 40,8%-ni qadınlar təşkil edir.

Tarix
Şəki Azərbaycanın tarixi şəhərlərindən biri olub, sahib olduğu bir çox tarixi abidəni qoruyub saxlaya bilmişdir. Ticarət və sənət üzərində diqqətini cəmləşdirmiş Şəki şəhəri, həm də ölkənin mühim mədəniyyət mərkəzlərindən biridir. Şəki xanlığının mərkəzi, paytaxtı olan Şəki şəhəri Azərbaycan mədəniyyətinin inkişafında mühim rol oynamışdır. Bu şəhər mərkəzdən uzaq regionda, Qafqaz dağlarının ətəyində yerləşir. Şəhəri əhatə edən təbiət öz gözəlliyi ilə insanı valeh edir. Hava vəziyyəti dəyişkən olan bu şəhər meşələrlə örtülmüş dağlardan, gözəl mənzərəli ucu bucağı görsənməyən vadilərdən və şırıltı ilə axan Gürcənçay və Dəyirman-arxı çaylarından ibarətdir. Qədim şəhər Böyük Qafqaz silsilə dağlarının cənub dağ ətəyində, Yaxın və Uzaq Şərq ölkələrini qərblə birləşdirən qədim ticari yolların kəsişdiyi bir məkanda yerləşib. Hal hazırda yerləşdiyi yerdən bir az daha aşağıda, Kiş çayının vadisində yerləşmişdi. 1772-ci ildə baş vermiş palçıq vulkanı nəticəsində şəhər dağılmış və eyni ildə indiki yerində yenidən tikilmişdi. Şəki qalasının tikintisi də o dövrlərə təsadüf edir. Yeni şəhər onu üç tərəfdən əhatə edən Böyük Qafqaz silsilə dağlarının cənub dağ ətəyindəki geniş ərazidə yerləşir. Xan oylağının sildrım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma- Çaqqaldar və Ottal uşurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Gürcənçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür. Bu ticarət mərkəzi haqqındakı tarixi məlumatlara əsaslanacaq olursaq, şəhərin yalnız bir tərəfnin inkjişaf etdiyinin şahidi olarıq.

Qurcanaçay və Dəyirman-arxı çayları şəhərin su ehtiyaclarını ödəməsilə bərabər, həm də suvarmada istifadə olunurdu. Daha sonralar çayların birləşdiyi yerdə meydançası olan yeni mərkəz quruldu. Şəki şəhərinin bu ərazidə qurulma səbəblərindən ən vacibi Qurcanaçay faktorudur. Digər çay olan Dəyirman–arxı çayı isə şəhərin ikinci aparıcı vasitəsi kimi xidmət göstərməkdədir. Şəkinin sahib olduğu təbii gözəllik şəhərdə tikilmiş bütün tarixi abidələrdə öz əksini tapmışdır. Bütün bunlar Şəki arxitekturasının özəllikləridir. Demək olar ki, qədim şəhəri xatırladacaq heç bir arxitektura nümunəsi qalmayıb. Yalnız E.Çələbinin xatirələrində Şəki haqqında bəzi məlumat var. Onun sözlərinə əsaslanarsaq, onda daşdan tikilmə Şəki qalası təpənin üstündə ucaldılmışdır. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var. Burda minlərlə ev, yeddi məscid, onların arasında Mirzə Əli məscidi bazar küçəsində yerləşməsiylə xüsusi diqqəti cəlb edir. Şəhərin həmçinin bir neçə karvansaray-mehmanxanası, hamamı və balaca bazarı vardır. Bu məlumata əsasən qalaynan sərhədlənməyən Şəki qala divarlarının xaricində ipək istehsalı ilə məşğul olan müəssisələr və tayı bərabəri olmayan ipək istehsalı ilə məşğul olan geniş bağlar mövcud idi. Şəhərin Çələbinin qeyd etdiyinə görə 3000 evdə 20.000-ə yaxın əhalisi mövcud idi. Hal hazırkı şəhərin sahib olduğu mənzərəli görünüşü, relyef pozğunluğu şəhərin tikinliş və quruluş sisteminə öz təsirini göstərmişdir. Şəhərin sol və sağ hissələri arasında 450 m məsafə vardır. 18 ci əsrdə qurulmuş şəhər 19 cu əsrin ortalarına qədər qorunub saxlanmış, strukturasında heç bir dəyişikliklər edilməmişdir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olub, burda yaradılan arxitektura əsərləri ilə bəzədilib. Bu yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanır. Bundan əlavə hər bir ev öz bağı və dəmir hasarı ilə əhatələnmişdir. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir bnirdən çəpər və hasarlar ayırır.

Sakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapmışdı. O dövrdən qalma məhəllə,küçə adları indiyə qədər qorunub saxlanmaqdadır. Şəkinin planlaşdırılmasına təsir göstərən əsas amil isə ölkənin sahib olduğu relyef pozuntusu idi. Küçələrin istiqaməti Böyük Qafqaz silsilə dağlarının ətəyinə nisbətən istiqamətləndirilmiş və qurulmuşdu. Küçələrin bir çoxu şimaldakı yüksəkliyin relyefinə paralel olaraq düzəldilmişdi. Mərkəzi rayonun və əsas küçənin formalaşdırılmasında Gürcənçay və Dəyirman-arxı çaylarının istiqaməti nəzərə alınmışdır. Bu və şəhərin planlaşdırılmasına aid digər xüsusiyyətlər 1862 ci həyata keçirilmiş planın tərkibində görmək olar. Bu plana əsasən Şəki aşağıdakı kvartal və məhəllələrə bölünmüşdü: Çaqqal dərəsi, Giləli, Dəmirçi bulağı, Gəncəli, Sarı torpaq, Otaq eşi, Ağvanlar, Duluzlar, Dodu, Bağbanlar, Sərkarlar, Dabaqxana, Təzə kənd, Köhnə kənd. Şəhəri təşkil edən bu kvartallardan başqa Şəkiyə birləşmiş Dodu, Şəki qışlaq və digərləri kimi ətraf rayonları da mövcuddur. Şəhər iki hissəyə bölünüb. Yuxarı tərəfində Şəki qalası, ticari binalar və şəhər bazarı yerləşir. Aşağı hissəsində isə şəhərə birləmiş olan Şəki qışlağı və yaşayış evləri mövcuddur. Relyefin çox dağınıq olması burda süni suvarma kanalları sisteminin inkişafını əngəlləmişdir. İçməli su çaylardan götürülür. Şəkini içməli suyla Kiş çayı və Xıncalı-Baxlınnskiy hövzələri təmin edir.

Həmçinin burda yəni qalanın içərisində düşmən hücumu zamanı Qurcanaçayın suyu kəsildiyi təqdirdə istifadə edə biləcəkləri reserv su ehtiyatı üçün nəzərdə tutulmuş su quyuları mövcuddur. Kullasovskinin yazdıqlarına görə Şəki su kəmərləri öz sadə strukturu, əlverişli olması və ucuz başa gəlməsiylə diqqəti cəlb edir. Su sistemi axına əsaslanır və yerə basdırılmış və üstü sementlə örtülü gildən olan böyük diametrli borular vasitəsilə hərəkətr edir. Bu borular içərisi yanmış kərpicdən tikilmiş çənlərə tökülür. Çənə böyük bir su borusu gəlir, daha sonra isə çəndən iki-üç daha kiçik boru vasitəsilə su istifadəçilərə paylanır. Həmçinin burdan şəhərin bütün küçə və meydanları suyla təchiz olunur. Su təchizinin belə bir sadə mexanizmə uyğunluğu hər bir evin su ehtiyacını ödəməklə yanaşı istəyənlərə hətta evinin qarşısında fontan düzəldə bilməsinə imkan verir. Qədim şəhərin planlaşdırılmasının spesifik xüsusiyyətlərini ayırd etmək üçün şəhər küçələrinin ümumi konstruksiyası və Şəki arxitekturasının incələnməsi vacibdir. Azərbaycanın tədricən tikilən küçələrinə sahib digər orta əsr şəhərlərindən fərqli olaraq Şəkidə bu iş qısa bir müddətdə, həm də planlı bir şəkildə həyata keçirilmişdir. Şəkinin Gürcənçaya paralel olan əsas və ən uzun küçəsi tərkibində şəhərin ən mühüm arxitektura abidələrini özündə cəmləşdirir. Şəkinin bir çox küçələri tarixi və arxitektura abidələrinin mövcudluğu ilə diqqəti cəlb edir. Birinci yerdə əlbətdə, şübhəsiz ki, əsas küçə olan Şəki küçəsi durur. Bu küçələrdən günümüzdə fəaliyyət göstərən Xoyski, Əfqanlar, Ağamalı oğulları, Gəncəlilər, Kirov, Qoqol, Nurəddin, Nakam, Sovetskaya, Mehdi Hüseyn küçələrini misal göstərmək olar.

Əsas küçələr yerli şəraitdən aslı olaraq bir az dar daha kiçik küçələrə, döngə və dalanlara bölünür.Qurulmuş plan, çay istiqamətində yönəlmiş əsas, aparıcı küçələrin rahat izlənilməsini təmin edir ki, bu da öz növbəsində əhalinin iqtisadi fəaliyyəti üçün zəruri olan amillərdən birini təşkil edir. Sənətkarlar rayonu da tədricən əsas ticarətin aparıldığı küçələrə yaxınlaşmışdır. Qeyd etmək lazımdır ki, orta əsrlərdə olan Şəki şəhəri öz əhatə etdiyi əraziyə görə yetərincə geniş bir şəhər olmuşdur. Təpəli və dağınıq relyefə sahib olan Şəki, şəhərin bir neçə ayrı hissəyə bölünməsinə və nəticə etibarıyla gözəl bir təbii mənzərənin yaranmasıyla nəticələnmişdir. Şəhərin sahib olduğu dağ mənzərəsi onu daha da cazibədar edir. Şəkinin planlaşdırılmasında rol oynayan əsas amillərdən biri təbiət faktorudur. Buna misal olaraq şəkinin su təchiztını qeyd edə bilərik. Artıq bildiyimiz kimi su yer altında olan gil borular vasitəsilə, həm də ki axına əsaslanan sistemə əsasən fəaliyyət göstərir. Bu isə öz nəvbəsində Şəki şəhərinin təbiətlə vəhdət təşkil etdiyinin bariz nümunəsidir. Şəkini digər şəhərlərdən ayıran bir digər xüsusiyyət isə onun nisbətən daha təmiz olmasıdır. Buna biz 19 cu əsrdə öz xatirələrində Şəkini təsvir edən A.P.Ziissermanın yazılarında rast gələ bilərik. Onun yazdığına görə gözəl təbii mənzərəyə sahib olan Şəki kiçik dağ çayının mənsəbində yerləşmiş, yaşıllıqların içinə qərq olmuş evlər, qoz, fındıq, tut ağaclarıyla dolu bağlardan ibarət idi. Şəkinin küçələri həmişə təmiz saxlanılır və hətta bunun üçün xüsusi adamlar da ayrılmışdı. Ümumilikdə isə Şəki sahib olduğu cazibədar təbii mənzərəsi, təmizliyi, sərin havası, axşamları gələn bül bül oxuması səsləriylə insan üzərində təsvir edilməz təsir buraxır. Şəki qalası şəhərin daha yüksəkdə yerləşən hissəsində, şimal-şərqində yerləşir və Şəki xan sarayını da əhatə edir. Qala təkcə hərbi-strateji cəhətdən deyil, həm də mikro iqlimi cəhətdən çox əlverişli şəraitə sahib yerdə yerləşib. Qala ilk Şəki xanı olan Hacı Çələbi xanın (1743-1755) hakimiyyəti dövründə tikilmişdir. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. qala divarlarının qalınlığı 2.2 m-dir.

Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır. Hal hazırda 1958-1963 cü illərdə aparılan bərpa işlərinə baxmayaraq qala divarları və bürcləri dağılmış bir vəziyyətdir. 26 Fevral 1853 cü illə qeyd olunmuş plana əsasən qalanın tərkibindəki 40-a yaxın tarixi abidənin yenidən bərpası nəzərdə tutulurdu. Təbii bir hadisədir ki, Şəki Rusiyanın tərkibinə daxil olduqdan təxminən 50 ilə yaxın sürən bərpa işləri boyunca qalanın əvvəlki planına yetərincə dəyişikliklər edilmiş, lakin ümumilikdə qala öz əvvəlki görünüşünü qoruyub saxlaya bilmişdi. İlk öncə edilən dəyişikliklər buranı qoruyan qarnizonun tələbləri nəzərə alınırdısa, daha sonra həm də yaşayış şəraiti faktoru nəzərə alınmağa başlandı. Sonda belə bir nəticəyə gəlmək olar ki, edilən bəzi dəyişikliklərə baxmayaraq Şəki xan sarayı planlanmasında mühim dəyişikliklərə məruz qalmayıb.


Şərhlər:
Baxılıb: 1539
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz