Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azıx mağarası haqqında
Azıx mağarası haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3804
Səs ver:
Azərbaycan ən qədim insan yaşayış məskəni 1968-ci ildə aşkar olunmuş Azıx mağarasıdır (Məmmədəli Hüseynov tərəfindən). Bu mağara Füzuli rayonunun 14 km-də yerləşir. Bu arxeolji abidədən tapılmış ibtidai insanın alt çənə sümüyünün qalığı bunu sübut edir ki,təxminən Azərbaycanda 350-400 min il bundan əvvəl insan yaşamışdır.Bu adam Azıx adamı (Azıxantrop) adlanır.

Bu tapıntı dünyada 4-cü tapıntıdır.Burada 700 min il bundan əvvələ aid ocaq izləri tapılmışdır.Hətda burada tapılan ayı kəlləsinin üzərində olan cızıqlar ona parlaq işarədir ki,Azıx adamları tatem yəni heyvanlara insan (qədimdən)vardır və bundan əlavə burada çoxlu daş alətlərdə tapılmışdır.Ümumiyyətlə Azıx mağarasının köməyi ilə bir daş dövrü haqqında geniş məlumat ala bilərik.

Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində mağaradır. Mağara Azərbaycanın Füzuli rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.

 

 

Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
Azıx mağarasının kəşfi

Azıx mağarasının yerləşdiyi bölgənin əhalisi bu mağaranın varlığından xəbərdar olsalar da, onun tarixdəki yeri haqqında heç bir məlumata malik deyildilər. Onların nəzərində bura əjdahaların və başqa sehirli varlıqların yaşadığı təhlükəli yerdən başqa bir şey deyildi. Odur ki, insanlar mağaraya yaxın getməkdən belə çəkinirdilər.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, əjdahaların yox, dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanınalt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.
Azıx mağarasında qiymətli tapıntılar

Çənə sümüyünün azı dişlərindən biri bütöv qalmış, digəri isə qismən sınmışdı. Alimlər onu 18 yaşlı bir qadına məxsus olduğu düşüncəsindədirlər. 18 yaş o dövr üçün qocalıq dövrü hesab olunurdu, çünki o zamanlar həyat orta hesabla 20-22 il davam edirdi. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra Azıx mağarasına diqqət daha da çoxaldı.

Çox keçmədən mağarada Paleolit dövrü və Mezolit dövrünə aid olan daşdan qayrılmış əmək alətləri də aşkar edildi. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.

Mağaradan tapılan mühüm tapıntılardan biri də daş alətlər idi. Arxeolojı baxımdan bu sadə alətlər "çay daşı mədəniyyəti«ni təmsil edirdi. Buna və mağara Quruçay ərazisində yerləşdiyinə görə bü dövr „Quruçay mədəniyyəti" adlandırılır. Yaxınlığına görə bu mədəniyyəti ancaq Tanzaniyanın Olduvay düşərgəsində aşkar edilmiş 1.5 milyon illik tarixi olan mədəniyyətlə müqayisə etmək olar. Çünki Quruçay mədəniyyətini də məhz bu qədər tarixə malik olduğu sübut edilmişdir. Azıx mağarasının sakinləri ovçuluqla məşgul olurdular. Mağaradan tapılmış 45 növ heyvan sümüyü bunun əyanı sübutudur. Bəzilərin kökləri artıq kəsilmiş bu heyvanların içərisində nəsli indiyə qədər davam edən ayı və maral xüsusi yer tutur. Bəzi mütəxəssislərin düşüncələrinə görə ayı mağara sakinləri üçün müqəddəs hesab olunurmuş. Alimlər bu fikirləri mağarada bir-birinin yanınca düzülmüş ayı kəllələrinin varlığı ilə sübut etməyə çalışırlar. Hətta mağaranın adı da bununla əlaqələndirilir. Çünki qədim türk dillərində „azıx" -»ayı" deməkdir.

Azıx mağarasında həmçinin ocaq yerləri də aşkar edilmişdir. Bu ocaqlar kənardan daşlarla əhatə olunmuşdur. Mağaradan tapılmış 5 ocaq yerindən insanların təkcə yemək hazırlamaq üçün deyil, həm də odu qoruyub saxlamaq üçün istifadə etdikləri güman edilir. Bu ocaq yerlərindən birinin ətrafında qalınlığı 30 sm. olan aypara şəkilli divar vardır. Bu divarın tikilməsinin əsas səbəbi yaxınlıqdaki yaşayış yerini oddan qorumaq idi. Mağaradakı ocaq yerindın başqa həm də ilk tikili hesab olunur.

Bütün bu göstərdiklərimiz dünyanın ən qədim sakinlərinin yaşayış yerinin Azərbaycanın olduğu haqda fikirləri sübut edir. Çox təəssüf ki, dünyanın ən qədim sakinlərinə ev sahibliyi etmiş bu Azərbaycan torpağı indi işğal altındadır. O torpaqların düşmən caynağından azad olunacağı gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.


Şərhlər:
Baxılıb: 3804
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz