Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarabağın tarixi
Qarabağın tarixi
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1209
Səs ver:
Dağlıq Qarabağ Azərbaycanın ən qədim və gözəl guşələrindən biridir. Azərbaycanın poeziya və musiqi  beşiyi olan Dağlıq Qarabağ Azərbaycan Respublikasının əzəli-əbədi torpağı, ayrılmaz tərkib hissəsidir. Əsrarəngiz təbiəti, zəngin mənəvi və mədəni adət-ənənələri olan bir diyardır. Qarabağ həm də bir çox görkəmli Azərbaycan alimlərinin, yazıçı və şairlərin, rəssam və musiqiçilərin vətənidir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara” və "bağ” sözlərindən əmələ gəlmişdir. "Qara” və "bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir.
 
Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər tarixi-coğrafi bir anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.
 

Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın qədim diyarlarından biridir. Bu ərazidə ən qədim dövrlərə aid insan məskənləri aşkar olunmuşdur. 1968-ci ildə Azıx mağarasında Azıx adamının çənə sümüyü tapılmışdır. Çox güman ki, Azıx adamları burada 250-300 min il bundan əvvəl yaşamışlar.
 
Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Ərəb xilafətinin işğalı və Alban dövlətinin süqutu ilə VII-IX əsrlərdə Qarabağın tarixində böyük dəyişikliklər baş verdi. Ərəb işğalı nəticəsində Albaniyanın xristian əhalisinin əksəriyyəti islamı qəbul etdi, qalanları, xüsusilə Albaniyanın Qarabağ yüksəkliklərində yaşayan əhali isə IV əsrdə Albaniyanın dövlət dini elan olunmuş xristianlıqdan imtina etmədi.
 
XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ermənilərin təzyiqi və israrlı müraciətləri nəticəsində rus çarının alban katolikosluğunu ləğv etməsi Qarabağın alban əhalisinin gürcüləşdirmə və erməniləşdirmə prosesinin başlanğıcını qoydu.
 
Qarabağ ərəblərin işğalından sonra Azərbaycanda bir-birini əvəz etmiş Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakilər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu kimi müxtəlif müsəlman dövlətlərinin tərkibində olmuşdur.
 
Azərbaycanda Səfəvilər dövlətinin (1501) yaranması Azərbaycan torpaqlarının birləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılmış dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər dövlətinin süqutundan və Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarımüstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı.
 

Qarabağ xanlığı Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir tərəfindən yaradılmışdır. Onun oğlu İbrahim xanın dövründə Qarabağ xanlığı daha da gücləndi.
 
1805-ci ildə İbrahim xan Kürəkçayda Rusiya silahlı qüvvələrinin komandanı, general Sisianov ilə müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Kürəkçay müqaviləsi dağlıq bölgə də daxil olmaqla Qarabağın tarixi Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir. Şimali Azərbaycanın işğalından sonra çarizm bu torpaqlarda mövqelərini möhkəmləndirmək məqsədi ilə erməniləşdirmə siyasəti yürütməyə başladı.
 
1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İrandan və Türkiyədən köçürülmüş ermənilər, Qarabağ da daxil olmaqla, Şimali Azərbaycanda məskunlaşdırıldılar.
 

1918-ci il mayın 28-də təxminən 100 il Rusiyanın əsarəti altında olmuş Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ üzərində də siyasi hakimiyyəti saxladı. Həmin dövrdə yeni yaradılmış Ermənistan Respublikası (Ararat) Qarabağa qarşı əsassız ərazi iddiaları ilə çıxış etdi. Ermənilər Qarabağı ələ keçirmək məqsədi ilə əvvəllər də həyata keçirdikləri soyqırımı aktlarını törətməkdə davam edirdilər. Azərbaycan hökuməti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını birləşdirərək Baş Qarabağ əyaləti yaratdı.
 
1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən işğal olunmuş Azərbaycanda sovet hakimiyyəti qurulandan bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş qərəzli və məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığı parçalandı. Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə vadar edildi.


Şərhlər:
Baxılıb: 1209
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz