Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakı kəndlərinin qısa tarixi və kənd adlarının mənası
Bakı kəndlərinin qısa tarixi və kənd adlarının mənası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2857
Səs ver:
Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi . I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərdən birinin yazdığına görə , Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır.
1870-ci il siyahısında isə Bakıda 41 kənd olguğu qeyd edilir. Maştağa Bakının ən böyük kəndidir. Bu kəndin adı vaxtilə burada məskən salmış massaget tayfasının adı ilə bağlıdır.
Buzovna – Maştağa ilə qonşu kənddir. Əsasən əkinçilik və bostançılıqla məşğul olan kənddir. Yerlilər öskürəyə qarşı burada bitən buzovna adlı otdan istifadə etdiklərinə üçün kəndin adı da Buzovna qalıb.
Maştağadan sonra Bakının ikinci böyük kəndi Balaxanıdır. Kəndin adı iki sözdən əmələ gəlib: bala – yuxarı , hündür və xana – ev deməkdir, Balaxanı qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa deyərdilər.
Əhalisinin tərkibinə görə, tat kəndi hesab edilən Suraxanı kiçik bir kənd olsa da, öz ağ nefti və daimi yanar odları ilə bütün şərqdə şöhrət tapıb, burada həmçinin atəşpərəstlik dininin məbədi də yerləşir. Kəndin adı isə iki sözdən əmələ gəlib: sürx – qırmızı və xana – ev.
Binə kəndi Bakı kəndləri içində ən təzəsidir. Bu kənd qədim Kürkənd kəndinin xarabalıqları yanında salınıb. Kəndin yeri vaxtilə nardaranlıların binələri olub. Bir müddət sonra isə yaşayış məskəninə çevrilib.
Qala kəndi – Abşeronda ilk qala burada tikildiyi üçün kənd də Qala adlandırılıb.
Türkan kəndi – Monqolların Azərbaycana hücumundan əvvəl türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar. O zamanlar türkmənlər sadəcə olaraq Türkan adı ilə də məşhur idilər. Bu tayfaların bəziləri Xəzərin qərb sahillərinə daimi məskən salmışlar və Türkan kəndinin adı da görünür bu yerlərdə yaşamış tükmənlərin adı ilə bağlıdır.
Hövsan kəndi – Bu kəndin belə adlandırılması vaxtilə bu yerdə mövcud olan iki böyük su hovuzu ilə əlaqədardır. Hövsan hovuzlar deməkdir.
Zirə kəndi – Abşeron burnunun qurtaracağında salınan axırıncı yaşayış məskənidir. Nargin və Vulf adalarının adlarına əsaslanaraq "zirə” sözünün necə yarandığı barədə fakir söyləmək mümkündür. Adaların (cəzirələrin) adlarını canlı dildə asan tələffüz etmək məqsədilə ilk "cə” hecası atılıb , təkcə "zirə” qalıb . Adaların adları da sadəcə olaraq, "zirə” kimi tələffüz olunmağa başlayıb.
Zirədən şimal-qərbdə Şüvəlan yerləşir. "Şüvəlan” sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranıb. Şüvəlanda olanlar, yəqin fikir veriblər ki, bu yerdən dənizə tərəf enişlər başlayır. Farsca "şiv” sözünün mənası eniş, "lan” isə məkan deməkdir.
Mərdəkan kəndi – "mərdəkan” sözü də iki sözdən əmələ gəlib, mərd və məkan, yəni mərdlərin yaşadığı yer.
Nardaran kəndi dəniz sahilində salınan kəndlərdən biridir. Nardaran iki sözdən: "nar” və "daran” sözlərindən düzəlib, "daran” farsca "olan” mənasında işləndiyindən kəndin adı da nar olan yer kimi tanınmışdır.

Bunlardan başqa, Bakının Əmircan, Keşlə, Bibiheybət, Ramana, Bilgəh, Novxanı, Kürdəxanı, Pirşağı, Masazır, Saray, Digah, Güzdək, Binəqədi, Qobu, Biləcəri, Dərnəgül, Xocasən, Şağan, Zabrat, Zığ, Əhmədli və s. kəndləri də var.


Şərhlər:
Baxılıb: 2857
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz