Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zaqatala haqqında məlumat
Zaqatala haqqında məlumat
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 7535
Səs ver:
 
 Zaqatala rayonu 08.08.1930-cu ildə təşkil edilmişdir. Ərazisi 1.35 min kv. km-dir. Rayon Bakı şəhərindən 450 km aralı yerləşməklə şimaldan Dağıstan MR-sı (Rusiya Federasiyası), şimali şərqdən Qax rayonu, şimali qərbdən Balakən rayonu, cənubdan isə Gürcüstan Respublikası ilə həmsərhəddir. Rayon ərazisindən Tala, Muxax, Zilban, Kebeloba çayları olmaqla, Balakən rayonu ilə həmsərhəddə Katex çayı, Gürcüstan Respublikası ilə həmsərhəddə Qanıx(Alazan) çayları axır. Rayonun ümumi torpaq sahəsinin 54875 hektarı, yaxud 40 faizi meşəlik və kolluq, (38.7 faizi) suvarılan torpaqlardan ibarətdir. Orta illik havanın temperaturu 14.5 dərəcə, orta illik yağıntının miqdarı 781 mm-dir. Zaqatala rayonunda 67 gündüz ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Zaqatala şəhərində 8 ümumtəhsil məktəbi fəaliyyət göstərməklə onlardan biri gimnaziya, biri lisey və biri isə internat məktəbidir. Kənd yerlərində 59 ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Rayonda olan məktəblərin 4-ü ibtidai, 14-ü orta, 49-u isə tam orta məktəblərdir. Bundan başqa rayonda 1 ali, 1 orta ixtisas, 1 peşə məktəbi və Araz hazırlıq kursu fəaliyyət göstərir. Eyni zamanda rayonumuzda İslam Universitetinin Zaqatala tədris korpusu da mövcuddur ki, bu da əhaliyə dini biliklərin tədrisi ilə məşğuldur. Rayonda 80 kütləvi kitabxana, 58 klub müəssisəsi, 3 muzey və 2 istirahət parkı fəaliyyət göstərir. Rayon əhalisinə 6 xəstəxana, 27 ambulator – poliknika xidməti göstərən müalicə müəssisələri fəaliyyət göstərir. Zaqatala rayonunda 29 ərazi nümayəndəliyi, 1 şəhər bələdiyyəsi və 28 kənd bələdiyyəsi fəaliyyətdədir. Rayonun rəhbəri Rayon İcra Hakimiyyətinin Başçısıdır. O, Azərbaycan Respubliksının Prezidenti tərəfindən təyin edilir.
 
 Zaqatala rayonu Azərbaycanın şimal-qərb qurtaracağında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında yerləşir. Rayonun iqlimi mülayim isti və rütubətlidir. Subtropik iqlim özünü göstərir. Zaqatala rayonunda 20-yə yaxın millət və xalqın nümayəndələri yaşayır. 01 yanvar 2011-ci il tarixə rayon əhalisinin sayı 120.3 min nəfər təşkil etmişdir ki, onların da 59.2 min nəfəri kişi, 61.1 min nəfəri qadınlardır. Ümumi əhalinin sayından 31.4 min nəfəri şəhər, 88.9 min nəfəri isə kənd yerlərində yaşayandır. Zaqatala rayonunun təbiəti olduqca zəngindir. 850-yə yaxın bitki növü, 105 növədək oturaq və yarımköçəri quşlar və 40-a yaxın müxtəlif növ heyvanlar yaşayır. Bitkilərdən 11 növь nadir və azlığına görə Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüşdür. Təbiətin belə zənginliyinə görə 1930-cu ildə Zaqatala Dцvlət Təbiət Qoruğu yaradılmışdır. Qoruğun ərazisi 47.3 min hektardır. Zaqatala rayonu hələ eramızdan əvvəl III minillikdə (daş dövrü) insanları cəlb etmiş, daimi olaraq yaşayış məntəqəsinə çevrilmişdir. Rayonumuzun ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunmuş qədim əşyalar bunu sübut edir. Eramızdan əvvəlki və sonrakı dövrlərdə rayonumuzun ərazisində tikilmiş qalalar, müdafiə sədləri, türbələr, məbədlər, evlər, sənətkarlıq emalatxanaları, məscidlər və minarələr vardır. Yuxarı Çardaxlar kənd ərazisində tikilmiş Pəri qalası IV – VI əsrlərdə, Car, Mazıx kəndlərində bürclər X – XI əsrlərdə tikildiyi müəyyən edilmişdir. Mamrux və Paşan kəndlərində alban evləri vardır. Yuxarı Tala kəndindəki məscid XX əsrin əvvəllərində tikilmişdir. Zaqatala qalası 1804-cü ildə tikilməyə başlanmış və 1830-cu ildə tikintisi başa çatmışdır. Qalanın sahəsi 9 hektardan ibarətdir. Qala Çar Rusiyası tərəfindən hərbi məqsədlə tikilmişdir. Qalanın daxilində 30-a yaxın müxtəlif məqsədlər üçün binalar vardır. Qalanın 3 giriş qapısı vardır. Qalanın daxilində Çar Rusiyası ordusunu yerləşdirmişdir. Bu ordu əhaliyə müxtəlif vergilər təyin edirdi. Bu vergiləri ödəyə bilməyən yrli əhali 1830, 1863,1864-cь illərdə üsyana qalxmış və qala bir neçə yerdən dağıdılmışdır. 1905-ci ildə Rusiyada Potyomkin gəmisinin matrosları Çar Rusiyasına qarşı üsyan qaldırdığına görə bu qalaya sürgün olunmuşdular. Qala tarixi abidə kimi vaxtaşırı bərpa edilməklə saxlanılırdı. Hal-hazırda Mədəniyyət Və Turizm Nazirliyinin xətti ilə qalada əsaslı təmir işləri aparılır. Azərbaycan müstəqillik əldə etdikdən sonra rayonumuzda yeni obyektlər tikilib istifadəyə verilmişdir. Zaqatala şəhərində tikilən Olimpiya kompleksi, müxtəlif binalar, fəvvarələr, yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblər, klublar, salınmış körpülər, xüsusilə Yuxarı Tala kəndini Zaqatala şəhəri ilə birləşdirən asma körpü, park və meydançalar, günün tələblərinə cavab verən prospekt və küçələr vardır. Son illərdə istifadəyə verilmiş obyektlərə misal olaraq Beynəlxalq miqyaslı aeroport, Sağlamlıq Diaqnostika Mərkəzini, Heydər Əliyev adına muzeyi, Zərifə Əliyeva adına park va sair müasir tikililəri misal göstərmək olar. Cari ildə qocalar və əlillər üçün istirahət guşəsi, Yuxarı Tala ilə Mişleş kəndini birləşdirən Tala çayı üzərində mühtəşəm körpü tikilib istifadəyə verilmişdir.

İDMAN
  Rayonda 1 Olimpiya İdman Kompleksi, 3 stadion, 1 üzgücülük hovuzu, 1 şahmat kulubu, 71 sadə, 18 kompleks idman qurğuları, 3 aerobika-trenajor zalı idmanın inkişafına xidmət gцstərir. Rayon idmançıları Respublika, Avropa və Dünya çempionatlarında yüksək nəticələr qazanaraq Azərbaycan idmanının inkişafına öz layiqli töhfələrini verirlər.

SƏHİYYƏ
  Zaqatala rayon Mərkəzi Xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, 4 kənd xəstəxanası, 24 həkim məntəqəsi, 16 tibb məntəqəsi insanların keşiyində dayanır. Səhiyyə müəssisələrinin 81 faizi əsaslı təmir olunmuş, müasir inventarlarla təhciz edilmişdir.

MƏDƏNİYYƏT
 Zaqatala 28 məədəniyyət evi, 30 klub, 3 muzey, 80 kitabxana, 1 incəsənət məktəbi əhaliyə mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması sahəsində müəyyən işlər gцrьr.Əlamətdar və tarixi gunlər, el bayramları rayonda yüksək səviyyədə qeyd olunur.Yerli özfəaliyyət kollektivləri müxtəlif mahnı və rəqsləri, el tamaşalarını nümayiş etdirir, xalq sənətkarlığı, dulusçuluq, misgərlik, oyma kimi qədim sənət növlərini yaşadırlar.

TƏHSİL
  Rayonda Azərbaycan Müəllimlər  İnsitutunun Zaqatala Filialı, Bakı İslam Universitetinin rayon şöbəsi, Əliabad İslam Mədrəsəsi, Peşə Məktəbi, 67 Ümum təhsil, 5 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir. Son illər 24 yeni məktəb və əlavə korpus tikilmiş, 29 məktəb binası əsaslı təmir edilmişdir. 2008-2010-cu illərdə 29 nəfər məzun 600-dən yuxarı bal toplamış, 4 nəfər Prezident Təqaüdünə layiq görulmuşdur.  

MƏTBƏX
  Zaqatala ekoloji saf saysız-hesabsız, ətirli, dadlı, məhsullar yetişir. Bağlarda yetişən qoz, fındıq, şabalıd, tut, yabanı şəkildə bitən it burnu, əzgil, çaytikanı, moruq, və s. dadı və tamı ilə seçilir. Buranın beçə balı, südü, qaymağı, motal pendiri təqdirəlayiqdir. Zaqatalanın özünəməxsus mətbəxi vardır.Bol əzvay çeşidi, çoxsaylı xalqların yemək nümunələri arzu edilən süfrəni açmağa imkan verir. Dolma, sürhüllü, yarpaq xəngəli, maxara, qozlu aş, düyü halvası, bamiyə rayon əhalisinin sevimli yeməklərindəndir.
 
TURİZM
  Zaqatala Azərbaycan ən gözəl təbiəti olan bölgələrindən biridir.Dağlıq və dağətəyi ərazilər füsünkar gozəlliyi ilə hər kəsi heyran qoyur . Zaqatalanın mövcud iqlim şəraiti bölgənin dağ iglim kurortuna çevirmək imkanı verir. Rayonun Qəbizdərə kəndi ərazisində 15 metr hündürlükdən tökülən, Respublikanın ən bol sulu şəlaləsi mövcuddur. Car, Mazıx, Meşleş, Qırğıllı, Yuxarı Çardaxlar və başqa kəndlərdə turizmin inkişafı üçün imkanlar daha genişdir. Qəbizdərə, Pərzivan, Silov dərəsi, Cimcimax , Honzoqor dağı, Sabunçu dərəsi, Moorçay, Malarasa aşırımı və digər yerlər öz əsrarəngiz gözəlliyi ilə seçilir. Turizmin inkişafı üçün zəngin meşə sahələri və çox sayda mədəniyyət abidələri olan Zaqatala hotelçiliyin inkişafı isə son 10 ilə təsadüf edir. Bu müddət ərzində rayonda Olimpiya İdman Kompleksinin nəznində kolleclər tikilmiş, "Qafqaz”, "İs-Hotel”, "Turqut”, "Ləzzət”, "Zaqatala”, "SMU-2”, "Tala”, "Qala düzü” kimi hotellər istifadəyə verilmişdir. 


Şərhlər:
Baxılıb: 7535
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz