Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Leyla Əliyeva: Bunu əsl xoşbəxtlik adlandırmaq olar - FOTO
Leyla Əliyeva: Bunu əsl xoşbəxtlik adlandırmaq olar - FOTO
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 562
Səs ver:
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyeva xoşbəxtlikdən yazıb. 

"Baku” dərgisinin ön sözündə baş redaktor bunları qeyd edib:

"Bu nömrəmiz xoşbəxtliyə həsr olunub. Əminəm ki, dostlarımın əksəriyyəti "dünyada xoşbəxtlik yoxdur, sakitlik və iradə var” deyə, düşünür. Hamımız razılaşırıq ki, xoşbəxtlik – çətin kateqoriyadır. Onu müəyyən etmək olmur, yalnız hiss etmək mümkündür. 

Xoşbəxtlik hissi – Azərbaycanda paralimpiya oyunlarında qalib olan uşaqların üzündə var idi. Onların idman sevgisi, qalib olmaq əzmi möcüzə yaratdı, onlar əldə etdiklərinə görə xoşbəxt idilər. Bunu əsl xoşbəxtlik adlandırmaq olar. 

110 il bundan əvvəl Bakıya həkim Yevsey Qindes gəlib. Şəhərdə onu hələ də xatırlayır və danışırlar. O, uşaqların sağlamlığı üçün on tibb müəssisəsinə etdiyindən çox nəsə etmişdi. Ömrünü pediatr kimi çalışmağa həsr etmək göstərir ki, həyatda kiməsə xidmət etməklə xoşbəxt olan insanlar da mövcuddur. 
Bəzən xoşbəxtlik – uşaqlıqdan səninlə yaşayır və reallaşdırılmasını gözləyir. Bu hallarda biz kiçik istedadın yaranmasının şahidi oluruq. Böyük rəssam Tahir Salahovun hər əsəri bu reallığın bir hissəsidir. 

Salahovun özü düşünür ki, xoşbəxtlik insanlarla çalışmaq, baxışlarını incəsənətdə əks etdirməkdir. Bu cür hal bəstəkar Qara Qarayevdə də olub. Əfsanəvi cazmen Çarliz Lloyd Bakı konserti zamanı demişdi: 

"Əgər mən musiqinin mənə verdiyi sonsuz xoşbəxtliyi başqaları ilə bölüşürəmsə, bu məni xoşbəxt edir”. O, möhtəşəm mahnılarını komandası ilə birlikdə yaradır: bas-gitaraçı Co Sanders – "gənc möcüzə”, zərbçi Erik – "əvəzolunmaz”. Görünür eyni hissləri Vadim Repin və Murad Hüseynov duet oxuyarkən və Qarayevin əsərlərindən ibarət disk təqdim edərkən də yaşayıb.

Həqiqi gözəlliklə qarşılaşmaq – bu xoşbəxtlik deyilmi?

 



Şərhlər:
Baxılıb: 562
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz