Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mehriban Əliyeva müsahibə verdi – fotolar
Mehriban Əliyeva müsahibə verdi – fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 866
Səs ver:
Moskvada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 11-də Rusiyanın TASS Agentliyində bu ölkənin nüfuzlu aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Sonra Azərbaycanın birinci xanımı "Rossiya” telekanalının "Vesti nedeli” həftəlik analitik informasiya proqramına müsahibə verib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı TASS Agentliyində səmimiyyətlə qarşılayıblar.
TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman görüşü açaraq bildirib ki, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın TASS Agentliyinə gəlməsi onlar üçün böyük şərəfdir. Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə məlumat verən M.Qusman qeyd etdi ki, bu Oyunların keçirilməsi unikal hadisədir. Azərbaycanda bu Oyunların keçirilməsinə böyük əhəmiyyət verirlər.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yenidən Moskvada olmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu şəhərlə onu bir çox xoş xatirələr bağlayır. İlk Avropa Oyunlarından danışan Azərbaycanın birinci xanımı bu idman tədbiri ilə əlaqədar ölkəmizdə görülən işlərdən bəhs edib. Bildirib ki, ilk Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın birinci xanımı deyib ki, ölkəmizdə bu Oyunlara dövlət, ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən həm böyük dəstək, həm də böyük maraq var. "Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti vurğuladı ki, hazırda "Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı işlər final mərhələsinə qədəm qoyub. Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, bütün xidmətlər Oyunlara tam hazır vəziyyətdədir. Hazırda Oyunların açılış mərasiminə ciddi hazırlıq gedir. Azərbaycanın birinci xanımı bildirib ki, bu Oyunların ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycanda idmana göstərilən dövlət qayğısı, respublikanın paytaxtı ilə yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq idman yarışlarında qazandığı uğurlarla bağlıdır. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri vurğulayıb ki, bu Oyunlarda iştirak edəcək idmançıların və ölkəmizə gələcək nümayəndə heyətlərinin rahatlığını təmin etmək üçün bütün işlər görülüb. Beynəlxalq ekspertlərin qənaətinə görə, Azərbaycanda yaradılan Olimpiya Kəndi dünyada indiyədək yaradılan ən gözəl kəndlərdən biridir. Bundan əlavə, kütləvi informasiya vasitələri üçün də Media Kəndinin yaradıldığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı tədbir iştirakçılarını Oyunlara baxmağa dəvət edib.
Sonra Mehriban Əliyeva Rusiya Federasiyasının nüfuzlu aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin "Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı suallarını cavablandırıb. Bildirilib ki, Azərbaycan qonaqpərvər ölkədir və xalqımız ölkəmizə gələcək qonaqları səbirsizliklə gözləyir. Son illərdə paytaxt Bakıda müasir mehmanxana komplekslərinin inşa olunduğunu qeyd edən Mehriban Əliyeva ölkəmizin iqtisadi inkişafı, beynəlxalq aləmdə qazandığı uğurlar, beynəlxalq idman ictimaiyyətinin Azərbaycanı dəstəkləməsi barədə də ətraflı məlumat verib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondu və Fondun Rusiya nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Səfir bildirdi ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyi bu ölkənin müxtəlif şəhərlərində çox mühüm humanitar və sosial layihələr həyata keçirir.
Azərbaycanın birinci xanımı TASS-ın fotomüxbirlərinin müxtəlif dövrlərdə çəkdikləri fotolara baxıb.

Sora Heydər Əliyev Fondunun prezidenti "Rossiya” telekanalının "Vesti nedeli” verilişinə müsahibə verib.

Müahibədə ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri bu Oyunlara hazırlıqla bağlı görülən işlərdən ətraflı danışıb.

Azərbaycanın birinci xanımı daha sonra Rusiya Federasiyasının "Rossiya-24” kanalına müsahibə verib.
Birinci xanım Mehriban Əliyeva müsahibəsində Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlıq, "Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq, ölkəmizdə hökm sürən tolerant mühit, Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti və digər məsələlərdən danışıb.

Mehriban Əliyeva Rusiyanın TASS agentliyinə məxsusi müsahibəsində bildirib ki, Azərbaycanda birinci Avropa Oyunlarının iştirakçıları və qonaqları üçün maksimum rahat şərait yaradılır. Oyunlara hazırlıq mərhələsi artıq yekunlaşmaq üzrədir. Planlanda nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib, idman obyektlərinin, demək olar ki, hamısı inşa edilib. Hazırda oyunların açılış mərasiminə hazırlıq işləri sürətləndirilib. Açılış mərasiminədək bir neçə test yarışlarının keçirilməsi nəzərdə tutulub.
Azərbaycanın birinci xanımı TASS agentliyinə müsahibəsində vurğulayıb ki, birinci Avropa Oyunları gələcəyin standartlarını müəyyənləşdirəcək.

"Oyunlara hazırlıq işlərinə məhz bu baxımdan yanaşırıq. Məqsədimiz budur ki, Oyunların bütün iştirakçıları və nümayəndə heyətləri özlərini rahat hiss etsinlər”, - deyə Mehriban Əliyeva vurğulayıb. O qeyd edib ki, fərqi yoxdur, istər bir olsun, istərsə də min, qonaq qəbul etmək Azərbaycan xalqının qanında, canındır. Heydər Əliyev Fondunun prezidentinin sözlərinə görə, təşkilat komitəsi maraqlı mədəni proqram da hazırlayıb. Avropa Oyunları ölkəmizlə tanışlıq üçün yaxşı fürsətdir.
Mehriban xanım Əliyeva idmana yatırılan sərmayələrin uzunmüddətli perspektivə malik olduğunu vurğulayaraq, əminliyini bildirib ki, son nəticədə bu sərmayələr cəmiyyətə, cəmiyyətin hər bir üzvünə fayda verir.

 

 

 

 



Şərhlər:
Baxılıb: 866
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz