Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Leyla Əliyeva Bakıdakı uşaq evlərində - fotolar
Leyla Əliyeva Bakıdakı uşaq evlərində - fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 568
Səs ver:
Martın 11-də - Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.

Şağan qəsəbəsindəki 3 nömrəli internat evinə gələn Leyla Əliyeva əvvəlcə müəssisənin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxdı. Heydər Əliyev Fondunun vitse-prezidenti internat evində yaradılan şəraitlə tanış oldu, burada yaşayan 168 uşağın təlim-tərbiyəsi ilə maraqlandı. Bildirildi ki, internat evi Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində də oldu. Məlumat verildi ki, Mərkəz daun sindromu xəstəliyinin xüsusiyyətləri nəzərə alınmaqla qurulub. Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Dəcəllər” teatrının hazırladığı rəqs nümunələrini izlədi.
Sonra Leyla Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəldi. Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət etdi, onların arzu və istəklərini dinlədi.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji Mərkəzində oldu, burada müalicə alan uşaqlar üçün təşkil edilən bayram şənliyində iştirak etdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinin sakinlərinə də bayram təbriklərini çatdırdı. Məlumat verildi ki, bu körpələr evində 4 yaşınadək 52 uşaq yaşayır. Ötən ilin noyabrında burada başlanan əsaslı təmir nəticəsində müəssisədə yaradılan şərait müasir standartlar səviyyəsində olacaq.
Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olundu.

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 568
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz