Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Leyla Əliyeva “Klassik avtomobil sərgisi”ndə - fotolar
Leyla Əliyeva “Klassik avtomobil sərgisi”ndə - fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 621
Səs ver:
Bu gün Heydər Əliyev Mərkəzində "Klassik avtomobil sərgisi”nin açılışı mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bir il ərzində layihə üzərində çalışanlara, o cümlədən Mərkəzin əməkdaşlarına, xarici muzeylərin təmsilçilərinə minnətdarlığını bildirib.
Fransanın Milli Avtomobil Muzeyinin direktor müavini Rişar Keller təmsil etdiyi muzeyin kolleksiyası barədə məlumat verib. Bildirib ki, bu kolleksiyanın əsasını Şlumpf qardaşlarına məxsus kolleksiya təşkil edir. Həmin kolleksiyaya müxtəlif illərdə istehsal olunan avtomobillər daxildir.
Beynəlxalq sərgi kuratoru Horst Kampan bu sərgidə nümayiş olunan kolleksiyanın nadirliyini qeyd edib. Qonaq ölkəmizin zəngin tarixə malik olduğunu söyləyib, Azərbaycanın neft sənayesi ilə fərqləndiyini bildirib və qeyd edib ki, məhz bu sahənin inkişafı dünyada avtomobil sənayesinin inkişafına töhfəsini verib.
Sonra klassik avtomobil sərgisinin açılış mərasimi olub.
Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın Classic Remise və Fransanın Şlumpf kolleksiyası Milli Avtomobil Muzeyi ilə birgə təşkil olunan sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Bu gün ən son yeniliklərə uyğun avtomobillərin istehsal olunmasına baxmayaraq, dövrümüzədək dəbdən düşməyən, ən əsası isə keyfiyyətini itirməyən avtomobillər var. Hətta hazırda istehsal edilməsə belə, yenə də avtomobil həvəskarlarının marağında olan markalar var. Ziyarətçilər məhz bu maraqdan irəli gələrək təqdim edilən sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edəcək, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış ola biləcəklər. Bu sərgi həm də avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaradır. İlk dəfə olaraq belə geniş eksponatlarla təşkil olunan sərgidə, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksessuarlar, eləcə də arxiv materialları əsasında hazırlanan videoçarxlar nümayiş olunur.
Sərgi ərəfəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil tarixi haqqında "Tarixə dörd çarxla” kitabı nəşr olunub. Nəşrdə müxtəlif ölkələrdə ayrı-ayrı illərdə istehsal olunan avtomobillər barədə məlumatlar, fotolar təqdim edilir.
Sərgi həftənin cümə, şənbə və bazar günləri ziyarətçilərin üzünə açıq olacaq.

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 621
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz