Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Prezidentin qızları Londonda sərgiyə qatılıb - fotolar
Prezidentin qızları Londonda sərgiyə qatılıb - fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 747
Səs ver:
"Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta” Azərbaycan incəsənəti festivalı start götürüb.

Məşhur incəsənət qalereyası "Louise Blouin Foundation”da ölkəmizin müasir incəsənətinin istedadlı nümayəndələri Aidə Mahmudovanın və Faiq Əhmədin "Daxili tədqiqat” (Exploring Inward) adlı birgə sərgisi açılıb.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

"Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi bir sıra layihələrdən bəhs edib. O, ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında məlumat verib.
Sərginin kuratoru müasir incəsənət mütəxəsisi, qalereyaçı Fərəh Piriyeva Aidə Mahmudova və Faiq Əhmədin sənət və yaradıcılıqları barədə məlumat verib. O, Azərbaycanın gənc istedadlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdırılıb. Qeyd edilib ki, hər iki rəssamda incəsənəti daxildən kəşf etmək əzmi var. Onlarda axtarış marağı açıq şəkildə özünü biruzə verir və daha ötədə nə olduğunu öyrənmək üçün daim səyahətdədirlər.
Sonra sərgiyə baxış olub. Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi kök ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm Azərbaycan incəsənəti təqdim olunur. Aidə Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə rəsm edilmiş monumental mənzərə əsəri, Faiq Əhmədin isə ənənəvi Azərbaycan xalçalarından ilhamlanaraq hazırlanan incəsənət qurğuları nümayiş etdirilir.

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 747
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz