Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mehriban Əliyeva qızları ilə uşaqlar üçün Yeni il şənliyində - fotolar
Mehriban Əliyeva qızları ilə uşaqlar üçün Yeni il şənliyində - fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1071
Səs ver:
Heydər Əliyev Fondu "Buta” sarayında uşaqlar üçün ənənəvi bayram şənliyi keçirib.
Heydər Əliyev Fondu "Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənlikləri keçirib.
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 30-da keçirilmiş şənlikdə iştirak ediblər.
 
Bayram şənliklərinə uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər dəvət olunublar. Şənlikdə iştirak edən uşaqların "Buta” sarayına gəlib-getmələri üçün xüsusi avtobuslar ayrılıb.
 
Bayram şənliyi ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
 
Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib.
 
Mehriban Əliyeva bayram şənliyində çıxış edib:

"- Hörmətli valideynlər, hörmətli müəllimlər, əziz uşaqlar!
 
Ənənəvi olaraq hər il Yeni il ərəfəsində biz birlikdə ötən ili yola salırıq və Yeni il bayramını bir yerdə qeyd edirik. 2014-cü ili ölkəmiz uğurla yola salır. Azərbaycanda quruculuq, inkişaf işləri davam edir. Bu gün hər birimiz fəxr edirik ki, biz müstəqil, azad, güclü Azərbaycanda yaşayırıq. 2014-cü ildə dünyanın müxtəlif yerlərində böhran, qarşıdurmalar, toqquşmalar baş verib. Amma bizdə - Azərbaycanda hər bir insan sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb. Biz fəxr edirik ki, ölkəmiz Azərbaycan, artıq 23 ildir ki, müstəqil ölkədir. Müstəqilliyimizin möhkəmlənməsinə öz töhfəmizi veririk.
 
Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz – bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız.
 
Mən çox şadam ki, bu gün siz belə gözəl əhval-ruhiyyədəsiniz, şənlənirsiniz, oxuyursunuz, oynayırsınız. Çox şadam ki, biz bütün bayramlarımızı birgə keçiririk.
Bilirsiniz ki, Heydər Əliyev Fondu sizin asudə vaxtınızın səmərəli təşkili ilə bağlı tədbirlər hazırlamaq üçün hər zaman öz səylərini göstərir. Heydər Əliyev Fondu ilk gündən, -artıq on ildir ki, Heydər Əliyev Fondu fəaliyyət göstərir, - bizim uşaqlarımızın sağlamlığına və təhsilinə böyük diqqətlə yanaşır.
 
Əziz dostlar, mən sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə xoşbəxtlik, ölkəmizə əmin-amanlıq arzulayıram. Çox sağ olun, bir daha sizi təbrik edirəm".
 
Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub.
 
Üç gün davam edən bayram şənliyində 2 mindən çox uşaq və məktəbli iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1071
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz