Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mehriban Əliyeva və qızları Londonda - fotolar
Mehriban Əliyeva və qızları Londonda - fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 815
Səs ver:
Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı Kitab”ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada” ("Here Today”) adlı sərginin açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər. Açılış mərasimində çıxış edən Leyla Əliyeva deyib ki, bu sərgi həyatı təhlükə altında olan bütün heyvan cinslərinin gözəlliyini, onların vacibliyi və müdafiəsinin önəmini vurğulamaq üçün yaxşı bir üsuldur.
Ümumdünya Parklar Konqresinin toplantısında iştirak etmək üçün Avstraliyaya səfərini xatırladan Leyla Əliyeva gələcək nəsillərin təbiəti qorumasının vacibliyini bildirib və bu istiqamətdə ölkəmizdə həyata keçirilən işlərdən danışıb.
Leyla Əliyeva deyib: 

"Azərbaycanda biz gəncləri ətraf mühitin mühafizəsi istiqamətində maarifləndiririk. Azərbaycan qədim ənənələrə və zəngin tarixə malik olan ölkədir. Şərq in Qərbin ayırcında yerləşən ölkəmizdə şərqin müdrikliyi, qərbin tərəqqisi var. Ötən müddətdə Azərbaycan tarixi İpək Yolunda əsas bir mərkəzə çevrilib. Azərbaycanın tolerantlıq, dialoq və yeni fikirklər ölkəsinə çevrilməsi mədəniyyətimizin inkişafına böyük təsiri olub. Avropa, Asiya və Orta Şərq arasında nadir coğrafi mövqe gözəl landşaftlar yaratmaqla təkcə mədəniyyətimizə yox, həm də təbiətimizə təsir edib. Azərbaycan qarlı dağlar, göllər, çaylar, sıx meşələr, ovalıqlar və çəmənliklər ölkəsidir. Dünyada mövcud olan iqlim qurşağından doqquzu Azərbaycanda var və bu çox zəngin biomüxtəliflik yaradır. Buna görə üç il bundan əvvəl biz Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq üçün İctimai Birlik - İDEYA-nı yaratdıq. Hələ qət edəcəyimiz yolun əvvəlində olmağımıza baxmayaraq, biz artıq bir çox layihələr həyata keçirmiş və müsbət nəticələr əldə etmişik. Bizim bəzi layihələrimizə Azərbaycanda yaşayan 3 milyon gənci təmsil etmək məqsədilə 3 milyon ağacın əkilməsi, çöl ceynranın vəhşi təbiətə buraxılması və 8 mindən artıq uşağın ətraf mühiti qorumaq üçün maarifləndirilməsi kimi işlər daxildir. Biz, həmçinin öz məşhur beşliyimizi müəyyən etmişik. Bu, qonur ayı, boz qurd, qartal, ceyran və qafqaz bəbiridir”.
Daha sonra Leyla Əliyeva Azərbaycanda Qafqaz biomüxtəlifliyi sammitinin keçirildiyini, ölkəmizin Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin üzvü olduğunu xatırladıb, hazırda isə qafqaz bəbirini məhv olmaq təhlükəsindən qurtarmaq və Avropaya geri qaytarılmasını təmin etmək üçün Dünya Vəhşi Təbiəti Mühafizə Fondu, Pantera təşkilatı və bu sahədə fəaliyyət göstərən digər təşkilatlarla sıx işlərin aparıldığını bildirdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti sərginin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirdi, təbiəti qorumağın vacibliyini bir daha qeyd etdi.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı Kitab”ının 50 illik yubileyinə həsr edilmiş tədbirin yüksək səviyyədə keçdiyini vurğulayan qurumun baş direktoru Culian Marton Lefevre bu günükü tədbirin onun üçün daha əlamətdar olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və dünyada maraqlı layihələri ilə tanınan İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın tədbirdə iştirakı sərgini daha da maraqlı edib. Baş direktor İDEA-nın layihələri barədə məlumatlı olduğunu bildirdi və bu layihələrin dünyada gedən ekoloji marafilərdindrmə işlərinə töhfə verdiyini diqqətə çatdırdı. Rəhbərlik etdiyi təşkilatın ötən 50 ildə uğurlu yol keçdiyini və bir çox nailiyyətlər qazandığını deyən Culian Marton Lefevre bundan sonra da planetin flora və faunasının qorunması istiqamətində mühüm tədbirlər reallaşdıracaqlarını vurğuladı. "Bu gün burdayıq, sabah da bir yerdə olaq”, - deyən baş direktor təşkilatın fəaliyyətinə göstərdikləri diqqətə görə bir daha hamıya təşəkkür etdi.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin və "Baku” jurnalının dəstəyi ilə baş tutan sərgiyə böyük maraq göstərən London sənətsevətlərinə müasir incəsənətin müxtəlif istiqamətlərini təmsil edən əsərlər təqdim olundu. Sərgidə müxtəlif ölkələrin müasir incəsənət nümayəndələri ilə yanaşı, Azərbaycan rəssamları da təmsil olunur. Leyla əliyeva, Aida Mahmudova, Fərid Rəsulov, Rəşad Ələkbərov sərgiyə maraqlı kompozisiyaları ilə qatılıblar. Bundan əlavə, sərgidə Corc Kondo, Teysi Emin, Endi Varol, Qavin Turk, Piter Bleyk, Duqlas Qordon, Stefani Kveyle və müasir incəsənətin digər tanınmış nümayəndələrinin nəsli kəsilməkdə olan flora və fauna növlərini əks etdirən əsərləri nümayiş etdirilir. Sərginin keçirilməsində məqsəd ekosistemin və onun mühafizəsinin əhəmiyyəti barədə ictmai maarifləndirmə aparmaq və bu istiqamətdə sosial məsuliyyəti gücləndirməkdir. Sərgini ziyarət edənlər də o fikirdədilər ki, burada təqdim olunan əsərlərin hər biri özlüyündə müasir dünyanın bəlasına çevrilən qlobal ekoloji təhlükənin yaratdığı risklərin azaldılmasına xidmət edir. Bu istiqamətdə Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin fəaliyyəti də böyük maraq doğurur. Bir sıra ekoloji problemlərin həlli, o cümlədən flora və fauna növlərinin qorunması ilə bağlı ciddi layihələr həyata keçirən İDEA-nın bu fəaliyyətinin sənətə də transfer etməsi mütəxəssislər tərəfindən maraqla qarşılanır.
Dünyanın ən böyük və ən qədim təbiətin mühafizə təşkilatı olan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə 160 ölkədən 1200 hökumət və qeyri-hökumət təşkilatı daxildir. Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı Kitab”ı vəhşi təbiətin, eləcə də təhlükə altında olan növlərin qlobal mühafizəsi üzrə ən əhatəli məlumat toplusu hesab edilir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 815
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz