loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Leyla Əliyeva oğlanları ilə açılışda - FOTOLAR
Leyla Əliyeva oğlanları ilə açılışda - FOTOLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2009
Səs ver:
Dünən IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və "YARAT” Müasir İncəsənət Məkanının birgə təşəbbüsü ilə Bakıda Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak edib.
Layihə çərçivəsində çəkilmiş qraffiti əsərləri ictimaiyyəti ekoloji problemlər haqqında məlumatlandırmaq və insanların diqqətini bu problemlərə yönəltmək məqsədi daşıyır.
Açılış mərasimində bildirilib ki, gənc rəssamlar üçün yeni fəaliyyət istiqamətinin təbliği kimi Azərbaycanda ilk yerüstü qraffiti əsəri "Qafqazın böyük beşliyi”nə daxil olan heyvanları və onların qorunmasının vacibliyini özündə əks etdirir.
Azərbaycan ərazisində məskunlaşan və nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan heyvan növlərinin qorunması üçün L. Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə "Qafqazın böyük beşliyi” adlı layihəyə start verilib. Bu beşliyə qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbiri aiddir.
Hazırda Dədə Qorqud parkında sərgilənən əsərlərdən biri İngiltərədən dəvət olunan qraffitistlər – Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 gün ərzində işlənib. Burada xarici qonaqlarla yanaşı, Azərbaycandan olan qraffitistlərin Xəzər dənizinin ekoloji problemlərini, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi "Ağacların kəsilməsinə yox” proqramını əks etdirən əl işləri də var.

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 2009
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz