Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Leyla Əliyevanın təşəbbüsüylə yeni layihə
Leyla Əliyevanın təşəbbüsüylə yeni layihə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 645
Səs ver:
Heydər Əliyev Fondunun vitse-preziodenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskva şəhərinin Mədəniyyət departamenti ilə birlikdə "Aze Project"in informasiya dəstəyi ilə həvəskar fotoqraflar üçün "Best summer photo of 2014. Azerbaijan" açıq fotomüsabiqəsi elan edir.

Qadınlar.Biz AzərTAc-a istinadən məlumat verir ki, müsabiqəyə 16 yaşından 35 yaşınadək gənclər dəvət olunur.

Öz foto bacarığını nümayiş etdirmək istəyənlər 4 meqabaytdan az olmamaq şərti ilə 300 dpi göstəricisi ilə çəkdikləri fotoşəkilləri, habelə özləri barədə qısa informasiyanı (müəllifin soyadı, adı, atasının adı, əlaqə telefonu, fotoşəklin adı, çəkiliş yeri) 2014-cü il avqustun 31-dən gec olmayaraq aşağıdakı elektron ünvana göndərə bilərlər: amorphoto2014@gmail.com

"Best summer photo of 2014. Azerbaijan" fotomüsabiqəsi 5 tematik bloka bölünmüşdür:

1) Bakı. Arxitektura (memarlıq abidələri, gəzməli yerlər, şəhər mənzərələri);
2) Peyzajlar (Azərbaycan mənzərələri);
3) Turizm və idman (dəniz, dağlar, idman tikililəri, ilk Avropa oyunlarına hazırlıq);
4) Ekologiya (göl və çay mənzərələri, insan ilə ekologiya arasında qarşılıqlı münasibət, təbiət və onun sərvətləri);
5) Azərbaycanlılar (tanınmış insanların fotoşəkilləri) ;
6) Moskva azərbaycanlıların gözü ilə.

Hər bir iştirakçı hər kateqoriya üzrə yalnız 4 fotoşəkil təqdim edə bilər.

Ən yaxşı işlər bu il sentyabrın ortalarında Moskvada keçiriləcək "Total Art" sərgisində nümayiş etdiriləcəkdir. Müəlliflər diplom və qiymətli mükafatlarla təltif ediləcəklər. Hər nominasiya üzrə qalibə pul mükafatı veriləcəkdir.

Öz işini "Instagram" əlavəsində dərc etdirmək istəyənlər #totalartaz и #viewfromazerbaijan qeydi etməlidirlər. Bu əlavədə daha çox "layk" toplamış fotoşəklin müəllifi əlavə mükafat alacaqdır.

Mükafatların təqdim olunması mərasimində maraqlı bədii proqram təqdim ediləcəkdir.

http://amor.az/article/внимание-конкурс linkinə daxil olmaqla müsabiqədə iştirak şərtləri barədə daha ətraflı məlumat ala bilərsiniz.


Şərhlər:
Baxılıb: 645
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz