Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mehriban Əliyeva Kannda sərgiyə qatıldı - fotolar
Mehriban Əliyeva Kannda sərgiyə qatıldı - fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 795
Səs ver:
İyulun 10-da Kannda bir neçə sərgini özündə birləşdirən "Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub.

Qadınlar.Biz AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyət  günləri çərçivəsində ölkəmizlə bağlı növbəti təqdimat iyulun 10-da Festivallar sarayında Azərbaycana aid sərgilərin açılışı ilə baş tutub.

Azərbaycanın  birinci  xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən Kannın Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks bildirmişdir ki, artıq ikinci ildir ki, Azərbaycan Kannda uğurlu təqdimatlarla çıxış edir və bu da şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirilir. Kler-Ann  Reks şəhərə gələn çoxsaylı turistlərin də bu tədbirlərə böyük maraq göstərdiklərini qeyd edib.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək bildirib ki, Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən əməkdaşlıq yaranıb. Bu əməkdaşlıq ikitərəfli hörmət, dostluq  və maraq əsasında qurulub: "Bu ilin may ayında Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bir daha bu əlaqələrimizin strateji xarakter daşıdığını təsdiqləyib. Mən bu kontekstdə təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasını qeyd etmək istərdim. Bu assosiasiyanın yaradılmasını alqışlayırıq  və dəstəkləyirik. Assosiasiya öz ətrafına Azərbaycanın dostlarını toplamış və  assosiasiyanın üzvləri Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə  çatdırırlar.

Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr ildən ilə möhkəmlənir. Ölkələrimiz telekommunikasiya, şəhərqurma, nəqliyyat, yüngül sənaye, şərabçılıq  və digər sahələrdə əməkdaşlıq qurub. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və bu fəaliyyət ikitərəfli fayda gətirməkdədir. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Fransa ilə ticarət dövriyyəmiz iki milyard dollara yaxınlaşır.

Tarix boyu  dilindən, dinindən asılı olmayaraq insanları, xalqları  birləşdirən humanitar sahəyə biz diqqətlə yanaşırıq. Mən çox şadam ki, son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr yeni səviyyəyə yüksəlib. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda fransız liseyi inşa olunmuş və fəaliyyət göstərir. Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun  Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub.

Mən çox şadam ki, Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda bizim bütün tədbirlərimiz böyük  maraq və hörmətlə qarşılanıb. Biz bu şəhərə ürəkdən bağlandıq və  mədəniyyət günlərimizi ənənəvi olaraq  burada keçirmək istərdik".

Daha sonra sərgi ilə tanışlıq olub.

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 795
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz