Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Leyla Əliyeva: GEDİM BİR AZ AĞLAYIM
Leyla Əliyeva: GEDİM BİR AZ AĞLAYIM
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 962
Səs ver:
Dolan ürəyimi boşaltmaq üçün
Bir xəlvət yer tapım, gözlərdən iraq,
Gizlədib qəlbimi yastığın altda,
Ya da ki, tullayım qoy getsin uzaq

Ağlayım, bir azca… ovunmaq üçün,
Hər kəsdən saxlayım pünhan dərdimi,
Bulanıq dənizdə batırmaq üçün
Alıb gedəcəyəm mən ürəyimi.

Ya qoşum sərsəri, sərt küləklərə,
Gəzib səhraları dolaşsın bir az.
Qoy elə qumlarda tufan qoparsın,
Niyə yandığına cavab tapammaz

Sıxım, qoy çilənsin qanı kollara
Suya təşnə olan gül-çiçək içsin,
Batırım yalanı şəkərə, bala,
Acısı dilimin ucundan itsin!

Çağırım dostları şam yeməyinə,
Məst olaq bu gecə, doyunca içək…
Mən məzə yerinə…səni verəcəm,
Acını dadsınlar sənin, ay ürək!

Həyətdə oynayan uşaqlar, ehey…
Bəlkə top lazımdır, buyurun, alın.
"Sevincdən” üfrülüb mənim ürəyim,
Qorxmayın çiləyin…rahat oynayın!

Ya da qoy çıxarım onu bazara,
Müştəri, gəl bəri, ucuz satıram!
İndi param-parça, dəlik- deşikdi,
Bənzəyir kül olmuş boz vulkanlara!

…Hamı çıxıb getdi, qaldıq ikimiz!
Qaldıq bu gecənin qaranlığında.
Bağladım çətiri, bağladım ki, biz
İslanaq yağmurun aydınlığında!
Əl açıb göylərə, aya, günəşə, hayqırdım:
Alın ürəyimi, alın qəlbimi,
Aparın göylərə, əbədiyyətə!
Bilmirəm, bilmirəm, mən həmin gecə,
Bu ürək sənindir, demədim, niyə?

Tərcümə etdi: Telli Pənahqızı


Şərhlər:
Baxılıb: 962
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz