Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mehriban Əliyeva muzeydə -fotolar
Mehriban Əliyeva muzeydə -fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 905
Səs ver:
Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 16-da Afinada "Kiklad” İncəsənət Muzeyi ilə tanış olub.

Qadınlar.Biz AzərTac-a istinadən xəbər verir ki, muzeydə Mehriban Əliyevanı Yunanıstanın Baş nazirinin xanımı Georgia Samaras müşayiət edib.

Azərbaycanın birinci xanımının diqqətinə çatdırılıb ki, Afinanın ən böyük muzeylərindən olan "Kiklad” 1986-cı ildə Yunanıstanın mötəbər ailələrindən olan Nikolas və Dolli Qulandrislərin Kiklad və qədim yunan incəsənətinin nümunələrindən ibarət fərdi kolleksiyası əsasında yaradılıb.

Nikolas və Dolli Qulandrislər kolleksiyanı 1960-cı ildən yunan dövlətinin icazəsi əsasında toplamağa başlamışlar. Kolleksiya qısa zamanda öz nadir eksponatları ilə məşhurlaşmışdır. İlk dəfə bu kolleksiya 1978-ci ildə Benaki muzeyində nümayiş olunmuş, 1979-1983-cü illərdə isə dünyanın ən iri muzey və qalereyalarında təqdim edilmişdir. Nikolas Qulandrisin vəfatından sonra onun həyat yoldaşı muzeyin yaradılması məqsədilə kolleksiyanı yunan dövlətinə təqdim etmişdir.

Muzeyin ekspozisiyası sonradan daha da genişlənmişdir. Muzeyin kolleksiyası üç əsas istiqamətə bölünür. Bunların birincisini bürünc dövrünün əvvəlini – eramızdan əvvəl 3200-2000-ci illəri əhatə edən Kiklad sivilizasiyasına aid olan eksponatlar təşkil edir. Daha bir istiqamət eramızdan əvvəl II minillikdən eramızın IV əsrinə gəlib çatan qədim yunan incəsənəti nümunələridir. Burada qədim Kiprin neolit dövründən xristian dövrünə qədərki eksponatları nümayiş olunur. Nəhayət, üçüncü istiqamət eramızdan əvvəl IV əsrdən eramızın VI əsrinə qədər olan dövrü əhatə edir. Bu, dünyada qədim Kipr eksponatlarının ən dolğun kolleksiyalarından biri sayılır.

Bildirildi ki, Kiklad İncəsənət Muzeyi Egey dənizi və qədim Kipr mədəniyyətinin tədqiqi və təbliği məqsədilə yaradılmışdır. Burada daimi olaraq seminarlar keçirilir. Muzey müxtəlif layihələrdə və tədqiqatlarda iştirak edir. Ümumilikdə muzeydə üç mindən çox müxtəlif eksponat təqdim olunur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Yunanıstan Baş nazirinin xanımı Georgia Samaras birgə nahar ediblər.

 

 

 

 

 

 

 

 

 

 


Şərhlər:
Baxılıb: 905
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz