Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızları Mehriban Əliyeva və dəbdən yazdı
Qızları Mehriban Əliyeva və dəbdən yazdı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1662
Səs ver:
Ölkə başçısı İlham Əliyevin qızları Arzu və Leyla Əliyevalar anaları,  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan, geyim tərzi və dəb haqqında yazıblar.

Qadınlar.Biz-in məlumatına görə, A.Əliyeva sosial şəbəkədəki rəsmi səhifəsində  paylaşdığı yazıda bunları vurğulayıb:

"Biz harasa ailəlikcə gedəndə birlikdə hazırlaşırıq, bir-birimizdən məsləhətlər alırıq. Adətən, mən fərqlənməyə çalışıram. Bu o qədər də asan olmur. Bununla belə həmişə konservativ tərzə üstünlük verirəm – super hitlər və qıcıqlandırıcı geyimlər mənlik deyil.
Anam bizim üçün paltar seçməyi bacarır. Hətta biz yanında olmasaq belə, o, seçdiyinin bizə yaraşıb-yaraşmayacağını bilir və heç vaxt yanılmır. Bacımla birlikdə ilk tərz dərslərini lap uşaqkən anamı müşahidə edə-edə öyrənmişik. O, geyinib bəzənəndə, saçlarını darayanda biz oturub baxırdıq. Anam bizə xüsusi məsləhətlər verməyib, amma böyüdükcə istər-istəməz onun tərzini təkrarlamağa başladıq”.

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva da anası haqqında fikirlərini bölüşüb:

"Hərdən birlikdə mağazaları gəzirik. Təəssüf ki, bu istədiyimiz qədər tez-tez baş vermir. Mən paltarı ilk növbədə "yaraşır, ya yaraşmır" prinsipi ilə seçirəm, "dəbdədir, ya yox" deyə fikirləşmirəm. Bizim üçümüzün də bədən ölçümüz eynidir. Odur ki, hərdən paltarlarımızı dəyişirik. Anam kimi mən də lakonik, detallarla ağırlaşdırılmamış, birrəngli paltarları sevirəm. Ən çox qara rəngdən xoşum gəlir. Çalışıram ki, hamının tanıdığı, kolleksiyanın hitinə çevrilmiş libasları yox, özümə yaraşanı geyinim. Anam həmişə nəyi nə ilə uyğunlaşdırmaq lazım gəldiyini bilir. Suallarım yarananda məsləhət üçün ona müraciət edirəm. Başqa heç kimə.
Mənim tərzimi nə Moskvasayağı, nə də Bakısayağı adlandırmaq olmaz. O, daha çox Londona xasdır. Çünki mən İngiltərədə böyümüşəm. Londonda geyimə çox vaxt ayırmaq qəbul edilmir. Çins, idman ayaqqabıları geyinib çıxırsan. Amma Moskvada və Bakıda qarderoba ciddi yanaşırlar. Bu sevindirici haldır”.
(axsam az)


Şərhlər:
Baxılıb: 1662
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz