Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Birinci xanım İlham Əliyevə təşəkkür etdi
Birinci xanım İlham Əliyevə təşəkkür etdi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4016
Səs ver:
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Qadınlar.Biz Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Əvvəlcə Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr edilən film nümayiş etdirilib.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə böyük nüfuz qazanan Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə ötən 10 ildə silsilə uğurlar əldə etdiyini vurğulayıb. Dövlət başçısı "Yeniləşən Azərbaycana yeni məktəb”, "Xocalıya ədalət!”, həmçinin səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən çoxlu sayda layihənin ötən illərdə müvəffəqiyyətlə həyata keçirildiyini bildirib. Dövlət başçısı bir-birinə tamamilə zidd olan dövrlərdə Heydər Əliyevin Azərbaycanı yüksək zirvələrə qaldırdığını vurğulayıb. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində, çətin bir dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanı böyük bəlalardan xilas etdiyini, ölkəmizin əsaslı inkişaf yoluna qədəm qoyduğunu deyib. Prezident İlham Əliyev hazırda da Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyini, respublikamızda yeni 10 illik inkişaf dövrünün başlandığını bildirib.

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bütün əməkdaşları adından Fondun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. "Fond fəaliyyətinin ilk günündən Heydər Əliyevin adını daşımağa layiq olmağa çalışıb”, - deyən Mehriban Əliyeva bildirib ki, bu illər ərzində ən böyük uğur Azərbaycan xalqının etimadının qazanılması olub. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanda çoxəsrlik köklərə malik xeyriyyəçilik ənənəsini bərpa etməyə çalışdığını vurğulayıb.

Fondun çoxşaxəli fəaliyyətindən, icra etdiyi layihə və proqramlardan danışan Mehriban Əliyeva onu da qeyd edib ki, 10 il ərzində Fond tərəfindən icra olunan layihələr ölkəmizin həyatının bir çox sahələrini əhatə edib, əldə olunan nəticələr isə çox genişdir. Reallaşdırılan proqramları sadalayan Mehriban Əliyeva bildirib ki, bu gün bütün bu layihələrin nəticələri göz qabağındadır və onlar Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir.


Şərhlər:
Baxılıb: 4016
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz