Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xızı şəhəri
Xızı şəhəri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5352
Səs ver:
Yaranma tarixi - 24.04.1990 (rayon),
Ərazisi - 1,85 min km2,
Əhalinin sayı - 14,3 min nəfər (1 yanvar 2007-ci il),
Əhalinin sıxlığı - 1 km2 8 nəfər (1 yanvar 2007-ci il)
Bakı ilə məsafəsi: 104 km
Nəqliyyat vasitəsi: Bakı-Quba avtobusları

Xızı rayonunun əsası 1930-cü ildə qoyulmuşdur. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. Ərazisi - 1,85 min km2-dir. Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzərdənizinə qovuşur. 2004-cü ildə Böyük Qafqaz silsiləsinin cənub-şərb yamaclarının flora və faunasını qorumaq məqsədi ilə yaradılan Altıağac Milli parkı vaşaq, cüyür, ayı, fəhşi qaban və nadir "Tur” dağ keçisinin yaşaması üçün təbii şəraitə malikdir. Rəngarəng heyvanat aləminə Giləzi Dili və Yaşma ovçuluq qoruğunda rast gəlmək olar. Sahil hissəsi qıvırcıq qutan, hacıleylək və vağ quşu kimi müxtəlif quş növlərinə görə tanınır.Böyük Qafqaz silsiləsinin digər yerləri kimi bura uzun illərdən bəri köçüb gələn İran etnik qrupu olan tatların yaşayış yeri olmuşdur. Sonralar Molaxanları (süd içənlər) Altıağac kəndində yerləşdilər, burada hələ də kənd təsərrüfatı rus xarakteri daşıyır. Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın «Beşbarmaq» adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında «Xıdırzində» («Ölməz Xıdır») ziyarətgahı yerləşir. Azərbaycanın ən səfalı güşələrindən biri olan Altıağac Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün buradan yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər «ağac» sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi. Altı (6) - Ağac (7 km) Şamaxıdan 42 km aralıda dəvə karvanının son dayanacağı olmuşdur. Bura Azərbaycanın ən az əhali məskunlaşan yeridir.Rayonda tarixi abidələr çoxdur. VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi, V əsrə aid itmiş şəhərin qalıqları, Şeyx Heydər türbəsi, V əsrə aid Xızı qalasının uçuq hasarın daşlı qalıqları, Xələnc kəndindəki XV əsrə aid pir – ziyarətgah onlardan bəziləridir. Azərbaycanın görkəmli yazıçısı və dramaturqu Cəfər Cabbarlı Xızıda doğulub boya başa çatmışdır. Görkəmli şair Mikayıl Müşfiq də Xızıda doğulub boya-başa çatmışdır. Onun Xızı yolunda onun kiçik muzeyi var. Xızı həmçinin təbii bulaqlarına görə məşhurdur. Region həmçinin öz gözəl xalçaları və xurcunlarına görə tanınır. Fındıqxan kəndi bu sahədə ən yaxşı istehsalçılardan olmuşdur.Xızı 07.08.2009-cu ildən şəhər statusu almışdır.
 
Gəlin seyr eliyək ana torpağı,
Gör nə gözəl şən çağı var Xızımın.
Xızım bir cənnətdi əzəl binadan,
Ürək açan novrağı var Xızımın.

Xızıdan çıxmamış tıxlı bağından,
Bir ayaq saxla ötmə yanından.
Əyilib yay vaxıi iç bulağından
Gör nə şirin bulağı var Xızımın.

Dağlılar adlanır bu elin adı,
Bizik bu ellərin igid övladı
Mahir sənətkardır hər söz ustadı,
Müşviq,Cəfər ocağı var Xızımın... 


Şərhlər:
Baxılıb: 5352
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz